İnsan ölən zaman nələr görür və nələr baş verir?

İnsan ölən zaman nələr görür və nələr baş verir?Çoxlarımız üçün maraqlıdır ki insan ölüm anında nə görür? İmam Əli (ə.s) bu suala belə cavab vermişdir:

İnsan dünyanın son günlərində və axirətin ilk günlərində qərar tutan zaman anidən qarşısında bir sima görər ki, onun üçün naməlumdur. Ondan soruşar ki, sən kimsən ki, mən səni tanımıram? Deyər: "Mən sənin malınam ki, bütün ömrün boyu toplamısan." Həmin şəxs deyər: "Bilirsənmi ki, mən sənə qarşı nə qədər həris idim və nə qədər zəhmət çəkmişəm. Gecə və gündüz qaçmışam ki, səni toplayım. Mənim vəziyyətimi görürsən ki, nə qədər çarəsizəm. Can verən zaman halımın ağırlığını müşahidə edirsən. Bu çətin şəraitdə mənə nə kömək edə bilərsən?".

Malı ona deyər: "Sənin bir kəfən qədər məndə haqqın vardır. Kəfəni götürə bilərsən və özünlə apara bilərsən. Ondan qeyrisinə haqqın yoxdur və qalanları dünya əhli üçün qalmalıdır".

Şəxs bu simadan ümidsiz olar və başqa bir sima onun qarşısında aşkar olar. Ondan soruşar ki, sən kimsən? Deyər ki, mən sənin əhlinəm. (ailəsi, xanımı, uşaqları). Ona deyər: "Bilirsənmi ki, mən sizin üçün nə qədər zəhmət çəkmişəm, haqq və nahaqq etmişəm? İstirahətimi sizə fəda etmişəm və sizin rifahınız üçün səy göstərmişəm? İndi giriftaram və mənə nə kömək edə bilərsiniz?".

Əhli ona deyər: "Biz səni qəbrinə qədər müşayiət edərik və dəfn edərik. Səninlə qəbrə daxil ola bilmərik. Dəfndən sonra qayıdarıq ki, öz dünyamızla məşğul olaq." İnsan əhlindən də ümidsiz olur.

Qarşısında üçüncü sima zahir olur və bu simadan soruşar ki, sən kimsən? Deyər ki, mən sənin əməllərinəm. Ömrün boyu yerinə yetirdiyin əməllərin. Ona deyər: "Bilirsinizmi ki, sizə qarşı ürəyim xoş deyildi.Siz mənim üçün ağır idiniz.Namaz vaxtı gələndə deyirdim ki, yenə qalxıb namaz qılmaq lazımdır. Səhər gərək yuxudan ayılaydım. Ramazan ayının orucu mənim üçün çox çətin idi. İndi ki, mənim giriftarlığımı görürsünüz, mənə nə kömək edə bilərsiniz?."

Əməli ona deyər: "Mən hər yerdə və həmişə: qəbirdə, bərzəxdə, Qiyamətdə səninləyəm. Səninlə behiştə qədər birlikdə olacağam. Əslində sənin behiştin - elə mənəm."(milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 6496   Tarix: 10 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237