Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professor

Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professorBütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də "Ramazan ayında oruc tutmaq olarmı" sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb.

Bu barədə Publika.az-a Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov məlumat verib.

O qeyd edib ki, Delphi konsensusunda iştirak etmək üçün 24 ölkədən 61 tanınmış metabolik və bariatrik cərrahdan ibarət komitə yaradılıb:

"Komitə MBS-dən sonra orucla bağlı tövsiyələr və mübahisələrlə əlaqədar 45 bəyanata səs verib. Ekspertlər iki raund səsvermədən sonra 45 bəyanatdan 40-ı üzrə konsensus əldə ediblər. Mütəxəssislərin yüz faizi MBS keçirmiş xəstələrdə orucun xüsusi qida dəstəyinə ehtiyacı olduğuna inanır. Orucla bağlı qərar cərrah, diyetoloq və xəstə arasında razılaşdırılmalıdır. MBS-dən sonra istənilən vaxt 96,7% davamlı dözümsüzlük əlamətləri olduqda orucu dayandırmağı tövsiyə etdi. Mütəxəssislərin 70 faizi xəstənin vəziyyətinə və cərrahın təcrübəsinə uyğun olaraq MBS-dən sonra orucun 6-12 aya qədər təxirə salınmasını tövsiyə edib və 90,1 faizi 6 aydan az müddətdə oruc tutmağa başlayan xəstələrdə proton pompası inhibitorlarının davam etdirilməli olduğunu bildirib. Ekspertlərin müvafiq olaraq 88,5%, 90,2%, 88,5% və 85,2% arasında orucun arıqlamağa, alkoqolsuz yağlı qaraciyər xəstəliyinin, dislipidemiyanın, hipertoniyanın və 2-ci tip şəkərli diabetin yaxşılaşdırılmasına - remissiyasına kömək edə biləcəyi barədə fikir birliyi var".

Taryel Ömərovun sözlərinə görə, ölkəmizdə 9 ildir ki, bariatrik-metabolik cərrahi əməliyyatlar aparılır: "Bu illərin təcrübəsi onu deməyə əsas verir ki, əməliyyatdan sonrakı ilk 12 ay ərzində oruc tutulması bu pasiyentlərdə müəyyən psixoemosional və qastroentroloji problemlər yarada bilir. Buna görə də tövsiyə etmirik. 1 ildən sonra isə tam tövsiyə olunur. Onlar da digər insanlar kimi normal fizioloji oruc tuta bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 7083   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174