Səyahət üçün ən münasib ölkələr hansıdır? - AÇIQLAMA

Səyahət üçün ən münasib ölkələr hansıdır? - AÇIQLAMAQarşıdan yay tətili günləri gəlir. Hər il olduğu kimi bu il də Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənara səyahət etməyi planlaşdırırlar.

Bəs gəlin görək yay istirahəti üçün ən münasib ölkələr hansıdır?

Biz də BiG.AZ olaraq mövzu ilə bağlı Turizm üzrə ekspert Rəhman Quliyev ilə əlaqə saxlayaraq fikirlərini öyrəndik:

Səyahət üçün ən münasib ölkələr hansıdır? - AÇIQLAMA"Demək olar ki, bir neçə aydır erkən rezervasiyalar başlayıb. Türkiyə, Monteneqro və digər Avropa ölkələrinə turlar satılır. Amma buna baxmayaraq iqlim şəraitinə görə təkliflər fərqlidir. Yay mövsümündə əlverişli hava şəraiti olduğuna görə, xüsusilə, azərbaycanlı turistlər Türkiyə və Avropa ölkələrinə daha çox üstünlük verirlər.

Səyahət üçün ən münasib ölkələr hansıdır? - AÇIQLAMADaha öncə ən çox satış bazarlarından biri də Ukrayna və Rusiya sanatoriyaları idi. Lakin, iki ildir ki, Rusiya və Ukrayna müharibəsi ilə bağlı hər iki ölkəyə giriş-çıxış məhdudiyyəti qoyulub".

Turizm üzrə ekspert Azərbaycan vətəndaşlarının hər il olduğu kimi bu il də qardaş Türkiyəyə daha çox üstünlük verməsinin səbəblərini belə izah etdi:

"Təbii ki, bu,Türkiyədə təhlükəsizliyin, əmin-amanlığın qorunub-saxlanması, yüksək səviyyədə xidmətin olması, eyni zamanda xidmətə görə qiymətin də münasibliyi ilə bağlıdır. Bu baxımdan demək olar ki, Azərbaycandan ən böyük kütlə Türkiyənin bir neçə şəhərinə birbaşa uçuşlar həyata keçirir. Bu siyahıda Antalya, Alanya, Ankara, İzmir, Dalaman, İstanbul kimi şəhərlər yer tutur. Bu ildən isə Trabzona, Bodruma birbaşa reyslər fəaliyyətə başlayıb.

Rəhman Quliyev həmçinin Avropa ölkələrinə səyahət düşünənlər üçün fikirlərini bölüşüb:

"Avropa ölkələrinə səyahətin viza baxımından bir çox problemləri var. Amma buna baxmayaraq daha öncədən vizası olanlar rahat şəkildə Avropaya səyahət edə bilirlər. Belə ki, Rusiya turistlərinin Avropaya getdikləri vaxt orada böyük turist kütləsi yaranırdı. Bu gün isə Rusiya, Belarusiya, Ukraynadan turist axını olmadığı üçün mehmanxanaların qiymətində az da olsa endirimlər müşahidə olunur.

Səyahət üçün ən münasib ölkələr hansıdır? - AÇIQLAMAÜmumiyyətlə, bu gün Avropaya birbaşa reyslərin sayının artırılması da qarşılıqlı turist mübadiləsinin göstəricisidir.

Şübhəsiz ki, dünya ölkələrinə turist axınının olması Azərbaycan iqtsadiyyatının irəliləməsindən xəbər verən amillərdəndir".

Aynur HÖKMÜRƏVAN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 3810   Tarix: 23 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb

Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb. APA-a istinadən xəbər verir ki, Azərbaycanın Turizm Bürosu ilə birgə hazırlanan testdə portal oxucularına Azərbaycan mətbəxini nə qədər bildikləri ilə bağlı suallar yerləşdirib. Suallar Azərbayca

26.06.2019 2523
.

Fuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"

"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var

27.06.2019 2583
.

Azərbaycanın beynəlxalq hava limanları 2019-cu il üçün 2,4 milyon sərnişinə xidmət göstərib

Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib. Bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları"

29.07.2019 3248
.

Avropada turizm mövsümü açıq elan edilib - VİDEO

Avropa İttifaqı ölkələrində turizm mövsümü açıq elan edilib. "Euronews" xəbər verir ki, Avropa İttifaqı ölkələri daxilində səyahət üçün peyvənd pasportunun olması vacibdir. Qeyd olunur ki, bu qaydanın tam tətbiqinə iyun ayının ortasından başlanılacaq. İyun ayına qədər isə Avropa ölkələri vətəndaşlarını

12.05.2021 1904
.

Avia biletlərin satışı başlayıb

Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür

25.12.2020 4539
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306
.

Azərbaycanlılar niyə Antalyanı seçir?

Ölkəmizdən 2370 kilometr uzaqda yerləşən, Türkiyənin ən böyük turizm bölgələrindən olan Antalyaya hər il minlərlə Azərbaycanlı səfər edir. Son illər sayları artan turizm şirkətləri arasında yaranan rəqabət mühiti qiymətlərə də təsirsiz ötüşmür. -a istinadən xəbər verir ki, təxminən 350 manatdan başlaya

29.07.2019 3876
.

Antalya turist vergisinə "yox" dedi

Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar. Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçü

29.07.2019 3546