Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILARSon zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir.

Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir.

Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir? Qidalanmanın, idmanın, yuxu rejiminin boy uzanmasına təsiri necədir? Boy artımı neçə yaşa qədər davam edir?

Həkim-endokrinoloq Fərhad Burzu Oxu.Az-a açıqlamasında bildirib ki, hər bir cəmiyyətin yerləşdiyi arealda insanların boy və çəki nisbəti spesifikdir:

"Hər ailəyə məxsus boy, çəki inkişaf meyarları var. Təəssüf ki, biz Türkiyə cədvəllərindən istifadə edirik. Çünki Azərbaycan üçün bu məsələdə qəbul olunmuş standartlar mövcud deyil. Cədvəllərə əsasən, yenidoğulmuş dövrdən etibarən uşağın hər dövrə uyğun çəkisinin, boyunun, sümük-skeletinin inkişafının nə qədər yetərsiz və ya artıq olmasını müəyyən edirik.

İnkişaf etmiş ölkələrdə pediatrlar, bağça, məktəb həkimləri il ərzində ən azı bir-iki dəfə boy, çəki inkişaf dərəcələrini ölçür və qeyd edirlər. Nəticədə onların boyunun, çəkisinin və cinsi inkişafının irəlilədiyini və ya geri qaldığını təyin edirlər. Bizim cəmiyyətimizdə bu, yox səviyyəsindədir. Çünki bağçada, məktəblərdə bu proses aparılmır".

F.Burzu deyir ki, yenidoğulmuş dövrdən etibarən uşaqlarda boy artımı geriləyə və ya sürətlə irəliləyə bilər:

"Qısaboyluluğu ən kiçik yaşda təyin etmək mümkündür. Müalicə-təqib tədbirlərinə iki yaşından etibarən başlanılır. Qızlarda 9-13 yaşından, oğlanlarda isə 13-15 yaşdan etibarən cinsi inkişafla yanaşı, boy artmasına da daha ciddi yanaşırıq. Boy inkişafının geriləmə dərəcəsi üç faiz (3-cü persentil) civarındadırsa, boy yetməzliyi hesab olunur. Persentil 100-ün üstündədirsə, boy artıq hesab edilir".

Endokrinoloq vurğulayıb ki, boy artımına təsir edən faktorlar orqanizmdə boy hormonunun ifrazının artıqlığı və azlığı ilə əlaqəlidir:

"Genetik faktor da burada əsas məsələdir. Həm irsi olaraq qısaboyluluq, həm də boy hormonunun yetməzliyi ola bilər. Boy qısalığı və hündürlüyü tək sağlamlıq məsələsi deyil, eyni zamanda, əmək qabiliyyətinin olmaması və əlillik dərəcəsi üçün əsas kimi də dəyərləndirilir. Passiv həyat tərzi, həddən artıq elektron cihazlardan istifadə, stres, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir.

Qeyd edim ki, böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır. Belə ki, boy hormonu, əsasən, gecə saat 21:00-3:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır. Əlbəttə ki, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalırlar. Amma vaxtında yatan uşaqlar öz genetik potensialının maksimum həddinə çata bilirlər".

Həkim uşaqların sağlamlığı barədə valideynlərə çağırış edib:

"Ölkəmizdə insanlar özünümüalicə ilə məşğul olmaqdadırlar. Təəssüf ki, çox adam fərqli üsullarla boy hormonları əldə edir. Bu, yolverilməzdir. Sosial şəbəkələrdə satılan dərmanlara nəzarət edən qurum yoxdur və orada kim nə istəyir, satır.

Ölkədə qeydiyyatdan keçməyən çoxlu sayda dərmanlar satılır. Çalışmaq lazımdır ki, həkim yazan dərmanlardan istifadə edilsin. Bütün bu hallardan övladlarınızı qorumaq üçün onların müalicəsini həkim müayinəsi ilə davam etdirməyiniz məqsədəuyğundur".

Pediatr Vaqif Qarayev Oxu.Az-a açıqlamasında bildirib ki, son zamanlar sosial şəbəkələrdə boy məsələsi ilə bağlı paylaşımlar aktuallaşıb:

"Hər uşağın boy hormonu yoxlanılmalıdır. Bu, atanın, ananın boy ölçüsü və müəyyən əmsalla aparılır. Nəticədə ortaya rəqəm çıxır. Bu rəqəmlə uşağın boy artımında problemin olub-olmadığı bilinir. Eyni zamanda, uşaqların boyunda inkişafın olub-olmaması onun biləyindən edilən rentgen çəkilişindən də bilinir.

Valideynlər bilməlidirlər ki, aptekdəki boy dərmanı satan şəxslər boyu təyin etmirlər. Valideyn uşağının boyunun ölçüsündən narahatdırsa, mütləq həkimə müraciət etməlidir. Əgər aparılan müayinələrdə nəticələr normaldırsa, valideynin özünün boyu balacadırsa, bu, genetik məsələdir. Bunu belə qəbul etmək lazımdır. Tövsiyə edilən dərmanlar sizin uşağınıza mənfi təsir edə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 889   Tarix: 24 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957