Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq.

"Report " xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Yevlaxda keçirilən "İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək.

"Həmçinin, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub və bu məqsədlə ölkəmizdə bir sıra beynəlxalq və yerli tədbirlərin keçirilməsinə başlanılıb. Belə tədbirlərdən biri kimi bu gün burada Kənd Təsərrüfatı Nazirliyi "Azərşəkər" MMC ilə birlikdə respublika müşavirəsi keçirir. Bu baxımdan müşavirənin gündəliyinə uyğun olaraq müasir su ehtiyatlarına qənaət edən texnologiyalardan istifadə, eləcə də karbon emissiyasının azaldılması yollarına dair ediləcək təqdimatlarla yanaşı, qabaqcıl və innovativ texnologiyalar nümayiş etdiriləcək. Təqdim edilən bir sıra texnologiyaların respublikanın müəyyən bölgələrində sınaqları keçirilib. Bu texnologiyaların geniş ərazilərdə tətbiqi məhdud resurslar şəraitində torpaq və sudan daha səmərəli istifadəyə imkan verir", - deyə nazir müavini qeyd edib.

S.Cəfərov əlavə edib ki, ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb: "Belə ki, nazirliyin tabeliyində olan elmi-tədqiqat institutları təcrübə xarakterli, özəl şirkətlər isə kommersiya məqsədli "ağıllı istixana" və "ağıllı bağ"lar qurub, torpaq və su sensorları, "ağıllı" suvarma sistemləri, aqrodronlar, agrorobotlar, "dəqiq" əkin texnologiyaları tətbiq edilib. Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi aqrar sektor haqqında təsəvvürlərin dəyişməsinə səbəb olur və onu daha çox gəlirli, səmərəli bir sahəyə çevirir. Bu gün müasir təsərrüfatlar rəqəmsal texnologiyalarla böyük mənfəətlər əldə edirlər. Bu texnologiyalar kənd təsərrüfatı məhsul istehsalçılarına dəqiq əkinçiliyin həyata keçirilməsinə, sudan və gübrədən daha səmərəli istifadə etməyə, rəqabətqabiliyyətli məhsulun istehsalına, eləcə də ətraf ekosistemə mənfi təsirin aradan qaldırılmasına imkan verir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 183   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Avropanın ən qeyri-adi 10 qala və sarayı (SİYAHI)

Avropa qitəsi bütün mümkün memarlıq üslublarında çoxsaylı qalalar və saraylarla məşhurdur. Çox vaxt onlar mənzərəli yerlərdə yerləşir və əfsanələrlə örtülür. Buna görə də Avropaya gələn turistlərin əksəriyyəti üçün mütləq görməli yerdir. Qaynarinfo xəbər verir ki, "Daily Express" qitəyə səyahətini

14.05.2024 288
.

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ

Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. "Unikal"ın əldə etdiyi məlumata görə, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib. Sonuncu dəfə Azərbaycanı

14.05.2024 690
.

"Yerli kənd məhsulları xarici məhsullardan daha baha təklif olunur"

Son zamanlarda mövsümü olmayan meyvələr bazarlarda alıcılara təklif olunur. Amma onların zərərli və ya zərərsiz olmasından heç kəs xəbərdar deyil. Tələbat olduğu üçün satışa çıxarılan bu meyvələr əslində dərman və qatqılarlamı yetişdirilir? Bəs onlar sağlamlıq üçün təhlükəlidir, ya yox?. Mövzu ilə bağl

14.05.2024 173
.

Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO

Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə əlavə ekspertiza rəyi açıqlanıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylini

14.05.2024 721
.

Putinin Çinə dəqiq səfər tarixi məlum oldu

Beşinci dəfə Rusiyanın Prezidenti seçilən Vladimir Putinin Çinə gözlənilən rəsmi səfərinin vaxtı məlum olub. Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunur ki, V.Putin 16-17 may tarixlərində Çində rəsmi səfərdə olacaq. Məlumatda, həmçinin qeyd olunub ki, Kreml rəhbəri reallaşacaq səfə

14.05.2024 244
.

"COP29 beynəlxalq əməkdaşlıq və qarşılıqlı olaraq ortaq mövzuların müzakirəsi üçün əlverişli platformadır"

"COP29 tədbiri Azərbaycanın müstəqillik tarixində miqyasına görə ilk beynəlxalq tədbir olacaq. Bu Azərbaycan üçün böyük sınaqdır ki, belə bir tədbir məhz ölkəmizdə keçiriləcək. Bundan əvvəl olan tədbirlər kimi, bu tədbirində ölkəmiz üçün bir neçə müstəvidən olduqca vacib əhəmiyyəti var. Birincisi

14.05.2024 160
.

Azərbaycanda həkim vəfat etdi - FOTO

Sumqayıt səhiyyəsinə ağır itki üz verib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunub ki, tanınmış həkim Riayət Hacıyev ötən gün uzunsürən xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib. Riayət Hacıyev uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsind

14.05.2024 489
.

Ermənistan hərbi təlimlər keçirib

Mayın 14-də Ermənistan Silahlı Qüvvələri strateji komanda-qərargah təliminə başlayıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyi bildirir ki, təlimlərin məqsədi Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsi və döyüş istifadəsi üzrə planların praktiki icrasın

14.05.2024 246
.

Türkiyəli aktrisa vəfat etdi

Türkiyənin məşhur teatr aktrisası Ayten Gökçer dünyasını dəyişib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sabah 2009-cu ildə vəfat etmiş əri, teatr aktyoru Cüneyt Gökçerin yanında dəfn olunacaq. Qeyd edək ki, 84 yaşlı aktrisa bir çox məşhur film və seriallarda da rol alıb

14.05.2024 641