Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİLCənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında konstruktiv mövqe sərgilədiyinə dair ümumi bir təsəvvür yaranmışdı. Lakin pərdəarxasındakı məqamlar gün işığına çıxmağa başladığı andan Vaşinqton da əsl simasını göstərməyə başlayıb. Bu qənaətə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Vədinə xilaf çıxan Vaşinqton

Öncə ondan başlayaq ki, bir neçə ay əvvəl ABŞ xüsusi xidmət orqanları və Dövlət Departamentinin birbaşa nəzarətində olan mərkəzlər və media orqanları "Azərbaycan Ermənistana hücuma hazırlaşır" tezisini inkişaf etdirməyə başladı. Özü də ortaya heç bir fakt, dəlil qoymadan və Bakının sülh danışıqlarına sadiqliyini bəyan etməsinin fonunda. Konqresdə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Ceyms O Braynın Bakı-Vaşinqton münasibətlərinə kölgə salan anti-Azərbaycan bəyanatlarının üstündən o qədər də çox vaxt keçməyib. Düzdür, məlum olaydan sonra tərəflər gərginliyin daha da artmaması üçün ümumi razılığa gəlsələr də, görünən odur ki, ABŞ-nin Azərbaycana qarşı ikili standartlara əsaslanan siyasətində elə ciddi bir dəyişiklik yoxdur.

Ermənistanı silahlandırmaqdakı əsas məqsəd

Biz bunu Avropa İttifaqı-ABŞ-Ermənistan üçlüsünün Brüsseldə keçirilən görüşünün əsl mahiyyətini ifşa edən gizli razılaşmaların gün işığına çıxması fonunda da müşahidə edirik. İsrarla bu danışıqların iqtisadi dəstək mahiyyəti daşıdığı bəyan edilsə də, yayılan son sənədlər Ermənistana güclü hərbi dəstəyin göstərilməsi və ümumilikdə Cənubi Qafqazın təhlükəsizlik strukturunun tamamilə dəyişdirilməsinin hədəfləndiyi ortaya çıxır. Təbii ki, Ermənistana birbaşa hərbi yardımların edilməsinin kimə qarşı istiqamətləndiyi heç kimə sirr deyil. İrəvanın "düşmən" obrazında dünyaya təqdim etdiyi əsas dövlət Azərbaycandır. Halbuki bu gün Ermənistanın düşdüyü vəziyyətin əsl səbəbkarı İrəvanın 30 ildən artıq davam edən işğal siyasətidir. Bu reallığı illərlə mənasız danışıqlarla torpaqlarımızı Ermənistana güzəştə getmək üçün Bakıya bağlı qapılar arxasında təzyiqlər göstərən ABŞ də gözəl bilir. Hansı ki, uzun illər bədnam Minsk Qrupunun əsas həmsədrlərindən biri olub.

ABŞ-nin planlarını alt-üst edən həmlə
İndi isə Azərbaycan rus sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlayıb. Özü də qansız, qadasız. Hətta bu prosesin yaşandığı günlərdə Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri və həmkarı Vladimir Putinlə apardığı müzakirələr Bakının bölgədə real siyasət anlayışını çox uğurla tətbiq etdiyinin əyani göstəricisidir. Bununla belə, dünyanın hər yerində rus əsgərini özünün milli maraqlarına təhdid kimi görən Vaşinqtonun sülhməramlıların Qarabağı tərk etməsinə göstərdiyi reaksiya çox qəribədir. Əslində bu yanaşmanın özü də məkrli planların mövcudluğundan xəbər verir. Çünki Ağ Evin planlarında rus hərbçilərinin mövcudluğu Bakı ilə Moskva arasında gələcək siyasi və hərbi gərginliyin əsasını təşkil etməli idi. Əsrlər boyu formalaşmış "ruslar girdikləri yerlərdən çıxmırlar" tezisinin Qarabağdakı sülhməramlılar timsalında özünü doğrultmaması Vaşinqtonun bəlkə də yaxın və orta perspektivdə Cənubi Qafqazı yenidən qaynar qazana çevirmək planlarını alt-üst edib.

ABŞ-nin qarşı çıxdığı layihələr

Bütün bu proseslər fonunda Azərbaycan və Ermənistan ikitərəfli danışıqlar əsasında illərdir işğal altında qalan dörd kəndimizin geri qaytarılması barədə razılığa gəlib. Xüsusi vurğulanmalı bir məqam var - məhz ikitərəfli danışıqlar fonunda, nə Vaşinqton, nə də Brüsselin "tərəfsiz" vasitəçiliyi ilə. Sərhədlərin delimitasiya prosesinə start verilir. Bu formatın bölgədə sülh və sabitliyə ən uğurlu töhfə verə biləcək bir müstəvi olduğunu İrəvan da anlayır. Bakı bölgədə təhlükəsizliyin təminatı rolunda çıxış edə biləcək tranzit nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün yeni razılaşmalara imza atır. Buraya həm Şərq-Qərb, həm də Şimal-Cənub layihələri daxildir. Hansı ki, sülh olacağı təqdirdə Ermənistanın da iqtisadi inkişafında mühüm rol oynayacaq. Lakin gərgin beynəlxalq vəziyyət və böyük dövlətlərin şərtlərini digərlərinin milli maraqlarını nəzərə almadan diktə etməyə çalışması fonunda ABŞ və Rusiyanın maraqlarının toqquşduğu bu layihələrlə bağlı Vaşinqtonun Azərbaycana qarşı təzyiqlər göstərdiyi də istisna deyil. Bu günlərdə Konqresə təqdim olunan və sanksiya tətbiq olunması tələb edilən "siyahı"nı da bu fonda dəyərləndirə bilərik. Siyahıda Azərbaycanın haqq müharibəsində qəhrəmanlıq göstərən əsas hərbi rəhbərliyinin, o cümlədən, bəşəriyyətə qarşı hərbi cinayət törətməkdə ittiham olunan separatçıların məhkəmə prosesində iştirak edən prokurorluq və hakim heyətinin adlarının əksini tapması hər şeyi açıq şəkildə ortaya qoyur.

Azərbaycan Ukrayna deyil

O da məlumdur ki, bir neçə aydan sonra Ağ Evin yeni sahibini müəyyənləşdirəcək seçkilər hazırda ABŞ-nin dünya siyasətinə də ciddi təsir edir. Hakimiyyət uğrunda mübarizə aparanları isə qaynar nöqtələrdə müharibə fəlakəti ilə üzləşənlərin taleyi o dərəcədə də narahat etmir. Əksinə, Vaşinqtonun maraqlarına xidmət edən yaşanan bu faciələr daxili siyasi mübarizədə bir vasitədir. Biz bunu aylardır böyük güclərin hərbi poliqonuna və əzələ nümayişi meydanına çevrilmiş Ukraynaya hərbi yardımın göstərilməsi oyununun timsalında da müşahidə edirik. Lakin bir fakt var ki, Azərbaycan Ukrayna deyil. Dövlətimizin ali rəhbərliyinin siyasi iradəsi və qətiyyəti, zəngin təcrübəsi Azərbaycan üzərindən qurulan bütün məkrli oyunların əvvəlcədən iflasa məhkum olacağını şərtləndirən başlıca amildir. İstər Paris, Brüssel, istərsə də Vaşinqton - bu oyunu quranların kimliyi rəsmi Bakı üçün elə də böyük fərq etmir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 242   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - 15 il sonra

13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən BİG.AZ-a verilən məlumata görə, püskürmə 9 dəqiqə davam edib. Vulkan pükürməsindən əvvəl alo

13.05.2024 431
.

Orta aylıq əməkhaqqı artıb

2024-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 748,9 min nəfər olub. Onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. BİG.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər veri

12:47 356
.

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum oldu: İş yoldaşı saxlanıldı

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Natiq Məhəmməd oğlu Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. 1964-cü il təvəllüdlü Natiq Məhəmmə

16:18 158
.

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo"nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmov

13.05.2024 687
.

Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO

Paytaxtın Lökbatan qəsəbəsi, "Qobu park-2" yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. 11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər:

13.05.2024 1653
.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adı dəyişdirilir

"Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar verilib. xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclə

16:48 163
.

Qazaxıstanda sabiq nazir arvadını döyərək öldürməkdə təqsirli bilinərək 24 il həbs olundu

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmə tərəfindən həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib. xəbər verir ki, bu barədə TASS məhkəmə zalından məlumat yayıb. 44 yaşlı Bişimbayev Astanadakı restoranlardan birind

13.05.2024 506
.

Tələbəni öldürən həmyaşıdına hökm oxundu

İdman Akademiyasının tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, F.Məmmədov qəsdən adam öldürməkdə təqsirl

14:55 323
.

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması

10:43 271