İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyikİsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək.

Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir.

"Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerinə yetirmək niyyətindəyəm. Bu, lazım olduğu qədər vaxt aparacaq, amma bu işləri görməyə borcluyuq", - o bildirib.

Bununla yanaşı, İsrail Müdafiə Ordusunun rəisi Herzi Halevi, bazar günü Cənub Hərbi Dairəsinin qərargahında dairə komandiri, general-mayor Yaron Finkelman, bölmə və briqada komandirləri ilə görüşdə daha çox döyüş planlarını təsdiqləyib.

Cənubi hərbi dairəsi İsrailin cənub hissəsinin, Qəzza zolağı, Misir və İordaniya ilə Cənub quru sərhədinin ərazi müdafiəsinə məsuldur. "The Times of Israel" bildirib ki, görüş Qəzza zolağının cənubundakı Rafahda ordunun gözlənilən əməliyyatı ərəfəsində baş tutub.

Bundan əvvəl İsrail komandanlığı ordunun HƏMAS qruplaşmasının 20 batalyonundan 24-nü sıradan çıxardığını və Rafahda qalan batalyonları məhv etməli olduğunu açıqlayıb. Eyni zamanda, təxminən 1,4 milyon fələstinli - anklav əhalisinin yarısından çoxu - hərbi əməliyyatlar səbəbilə ölkənin şimal bölgələrini tərk etmək məcburiyyətində qaldıqdan sonra Rafaha sığınıb.

Xatırladaq ki, HƏMAS qruplaşması 2023-cü ilin 7 oktyabrlnda İsrailə hücum edib. Buna cavab olaraq İsrail Qəzzada qruplaşmaya hərbi əməliyyata başlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 300   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tələbəni öldürən həmyaşıdına hökm oxundu

İdman Akademiyasının tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, F.Məmmədov qəsdən adam öldürməkdə təqsirl

14:55 427
.

Azərbaycanda yüksəkvəzifəli şəxs işdən azad edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, V.Hüseyno

21:32 0
.

Aparıcı Namidə İsayevaya vəzifə verildi

Aparıcı Namidə İsayeva Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlə

20:44 60
.

İnsanın cinsinə görə rənglər hansıdır? - "Uşaq vaxtından qara rəngi PİS BİLİRƏM" - VİDEO

Biz rənglər aləmində yaşayırıq. Bu rənglər gözlə göründüyündən daha dərin anlamlara sahibdir. İnsanlar 180-dək rəng tonunu görməyə və onların 10 min artıq rəng çalarlarını fərqləndirməyə qadirdir. Rənglərə isə dərin mənalar yükləyən şəxslərin sayıda az deyil. xəbər verir ki, mövzu ilə bağlı "Ap

13.05.2024 610
.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adı dəyişdirilir

"Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar verilib. xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclə

16:48 274
.

Ölkəmizdə də müdafiə naziri mülki şəxs ola bilərmi?

Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsini

10:50 229
.

Qəzzada ölənlərin sayı 35173 nəfərə çatıb

İsrail Qəzzaya hücumların 221 gündür ki, davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölənlərin sayı 35 min 173 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücumlar nəticəsində həlak olan insanların sayı son 24 saat ərzində 82 nəfər artıb. Qeyd edilib ki

12:52 123
.

Sabah yenə yağış yağacaq

Mayın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Laki

12:50 333
.

Blogerlərə bununla bağlı xəbərdarlıq edildi

Sosial şəbəkə fenomenləri, influenser və blogerlərə qumar oyunlarının, icazəsiz lotereyaların reklamı ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə informasiya qurumun yaydığı məlumatda yer alıb. Mənbə bu cür reklamların qadağan olunduğun

14:24 328