"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq""Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb".

"Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya müsahibəsində deyib

O bildirib ki, onun necə əsir götürüldüyü, hansı işgəncələrə məruz qaldığı və sonrakı taleyi filmdə əks olunub: "Həmin filmdə danışan erməni hərbçi onun ağır işgəncələrlə qətlə yetirildiyini etiraf edir.

Natiq Qasımov həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə "yüksəlmiş" Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. Baxmayaraq ki, filmdə o, bunu danmağa uğursuz cəhd edir. Amma Natiq Qasımovun əsir götürməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunur.

Beləliklə, Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə olması ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq.

Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, cənab Prezidentin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Cənab Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 501   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Aparıcıların IQ-sü yoxdur"

Əməkdar artist Bəhram Bağırzadə aparıcılarla bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Künc-bucaq" yutub layihəsində deyib. O, aparıcıları savadsız adlandırıb: . "Aparıcılar məni qane etmir. Aytən Səfərova danışdı, tənqid etdi. Deyir ki, aparıcıların günah

12:27 211
.

Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

"Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var". BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrini

15:08 136
.

Bakıda 21 yaşlı qız itkin düşüb

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əfsanə Comərd qızı Əzimova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun əlamətləri: boyu 165 sm

12:09 266
.

Qətlə görə saxlanılan şəxs direktor müavini imiş - YENİLƏNİB + FOTO

Müsavat Partiyasının itkin düşmüş fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasın

14.05.2024 477
.

Lənkəranda tükürpərdən CİNAYƏT: Qadını öldürüb öz həyətində basdırıblarmış - FOTO

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb. APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb. Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafiz

14.05.2024 679
.

Yeni Kaledoniyada küçələr döyüş meydanına çevrilib

Fransanın Sakit okeanda avtonom ərazisi olan Yeni Kaledoniya adasında gərginlik artmaqdadır. BİG.AZ xəbər verir ki, Yeni Kaledoniya konstitusiyasında dəyişiklikləri regionda yaşayan fransızların xeyrinə nəzərdə tutulan qanun layihəsinə etiraz edilib. Hadisə nəticəsində 54 təhlükəsizlik işçisi yaralanıb

10:54 15
.

Belçika Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayıb

Belçika Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında Almatıda aparılan son danışıqları alqışlayıb. xəbər verir ki, bu barədə nazirlik X sosial şəbəkəsində paylaşım edib. "Belçika Ermənistan və Azərbaycan arasında mayın 10-11-də danışıqların yeni raundunu, sərhədin delimitasiyası üçü

14.05.2024 212
.

Bu rayonlara qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Şahdağa və Gədəbəyi

10:12 262
.

Nigeriyada bazaya hücum: 5 əsgər həlak oldu

Nigeriyanın Katsina ştatında hərbi bazaya silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 əsgər həlak olub, 11-i yaralanıb. Bu barədə Nigeriya ordusu bəyanat yayıb. Bu yaxınlarda ölkədə silahlılar motosikletlərə hücumlar həyata keçirilib

11:59 53