Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB
İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram üç gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan bayramı cəmi iki gün keçirilir.
Belə olduqda ortaya maraqlı sual çıxır, əslində Ramazan bayramı neçə gün qeyd edilməlidir?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, Məhəmməd peyğəmbərin (s.ə.s.) zamanında Ramazan bayramı üç gün davam edirmiş:
"Bir ölkə bayramı 10 gün, digəri bir ay edir. Burada nəsə problem axtarmağa ehtiyac yoxdur. İsanın anadan olması məsələsində pravoslavlarla katoliklər arasında fikir ayrılığı var. Biri bu günü dekabrın sonlarında, digəri isə yanvarın əvvəlində edir. Buna nə deyək ki, təki bayram etsinlər. Qanuni baxımdan islamda elə bir şey yoxdur. Sadəcə, bu, bir ənənə, adətdir.
Məhəmməd peyğəmbərin (s.ə.s.) dövründə Ramazan bayramını üç gün, Qurban bayramını isə dörd gün ərzində qeyd edirdilər.
Bu mənada bayramı neçə gün qeyd etmələrinin elə də ciddi mənası yoxdur. Neçə gün istəyirlər, qoy qeyd etsinlər. Təki insanlar həyata hər gün belə pozitiv baxsınlar. Bayramla bağlı bir gözəl söz var, deyir: "Sevindiyin qədər yox, sevindirdiyin qədər bayram bayramdır".
BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam Baxılıb: 5642 Tarix: 02 may 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBu qadınlarla evlənmək haramdır - SİYAHI
Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara "məhrəm" deyilir. Bəs görəsən "Qurani-Kərim"ə görə kişilər üçün haram sayılacaq qadınlar kimlərdir?
21.03.2022 7930 Dünyanın ən böyük məscidlərindən birinin açılışı oldu - VİDEO
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Mərkəzi Asiyanın ən böyük məscidinin açılışı olub. Məscidin tikintisi üç il davam edib. Yeni məscidin açılışında iştirak edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, dünyanın 10 ən böyük məscidi sırasına daxil olan tikilinin açılış
12.08.2022 5442 Uşaqlarımıza şükür etməyi necə öyrədək? - ARAŞDIRMA
Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək
22.03.2022 7634 54 ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib
Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Qeyd olunub ki, 54 il ərzində 99 milyondan ço
25.06.2023 3541 Bu gün Aşuradır
Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs
08.08.2022 5474 "Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir" - Hacı Şahin
Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanları
08.08.2022 5096 Ərdoğandan Aşura paylaşımı
"Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb. O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəl
08.08.2022 5489 Elşad Miri: "Zəlzələdə binaların dağılmasına "alın yazısı" demək Allaha atılan BÖHTANDIR"
"Başımıza gələn fəlakətləri, zəlzələləri Allahla əlaqələndirmək absurddur. Zəlzələdə binaların dağılmasına "alın yazısı" demək Allaha atılan bir böhtandır. Halbuki yaxşı iş olanda Allahla yox, özümüzlə əlaqələndiririk, öz nailiyyətimiz kimi qələmə veririk". Bu fikirləri -a açıqlamasınd
22.02.2023 4585 Namaz hansı dildə qılınmalıdır? - Hacı Şahindən MARAQLI AÇIQLAMA
Namazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, "Qurani-Kərimi" öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birli
17.08.2022 6026