Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?

Məsələ ilə bağlı Publika.az-a danışan cərrah mammoloq-onkoloq Afət Cabbarova bildirib ki, bu gün üçün qəbul olunmuş yeganə qayda erkən müayinədir:

"Bəzi inkişaf etmiş ölkələrdə ÜST tərəfindən və protokollarda təsdiqlənən müayinələr var ki, xəstəliyi tamamilə məhv edir. Xərçəngin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən yoğun bağırsaq, süd vəzi, prostat və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur. Xərçəngin yaranmasında qidalanmanın rolu çox böyükdür. Konservləşdirilmiş qidalar, trans yağlar, heyvan mənşəli qidalar birbaşa xərçəngin inkişafında rol oynayır. Bundan başqa, genetik amillərin də payı çoxdur".

Mütəxəssislər pestisidlərin, qida əlavələrinin, piylənmənin, hormonal məhsulların, eləcə də siqaretin qarşısının alınmasının lazım olduğunu bildirirlər. ÜST-nin hesabatında bildirilir ki, 2050-ci ilə qədər dünyada 35 milyondan çox yeni xərçəng xəstəsi olacaq.

Afət Cabbarova əlavə edib ki, ölkəmizdə skrininq proqramı (Xəstəliyi müəyyən etmək üçün kliniki simptomsuz şəxslər qruplarının ilkin müayinəsi sistemi - red.) olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur:

"Çox təəssüf ki, önləyici tədbir olaraq ölkəmizdə skrininq proqramları varsa da, rəsmi qaydada tətbiq olunduğunu görməmişəm. Ən azı ildə bir dəfə yoxlanışdan keçməliyik. Prostat xərçəngi kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir. Buna görə də 45 yaşdan sonra müayinə olunmaq lazımdır. Bağırsaq xərçəngi üçün də 45 yaşdan sonra 10 ildən bir yoxlanmaq şərtdir. Süd vəzi xərçənginə görə isə 40 yaşından etibarən yoxlanışdan keçilməlidir. Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox görülən xərçəng növüdür. Skrininqi proqramı olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur".

ÜST-nin Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin bu il açıqladığı hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi müəyyən olunub. 9,7 milyon insan bu xəstəlikdən ölüb. 2022-ci ildə ağciyər, döş və kolorektal xərçəng növləri dünyada ən çox görülən növlər arasında olsa da, ağciyər xərçəngi 2,5 milyon yeni hadisə ilə ümumi halların 12,4 faizini təşkil edib. Ən çox müşahidə olunan və ən ölümcül xərçəng növü qadınlarda döş, kişilərdə isə ağciyər xərçəngi olub.

Onkoloq-cərrah İbrahim Əsədlinin sözlərinə görə, obyektiv və subyektiv olmaqla, xərçəngin artmasının iki səbəbi var:

"Obyektiv səbəb az hərəkətlilikdir, subyektiv isə beynəlxalq imperialistlərin apardığı iyrənc siyasətdir. Xərçəngin müalicəsi və səbəbi çoxdan bəllidir. 500-dən çox yoxlamadan keçirilən üsullar var. Qəsdən həmin üsulları protokollara salmırlar, imkan vermirlər ki, həkimlər öz işlərini görsünlər. Şəxsən özüm xərçəngin qarışısını almaq üçün bir neçə dəfə Səhiyyə Nazirliyinə xüsusi proqram göndərmişəm. Onlar bunun marağında olmadığını deyirlər, əlavə edirlər ki, əcnəbilər nə deyirsə, biz də onu edəcəyik".

Tədqiqatçıların fikrincə, təxminən hər beş nəfərdən biri xərçəng xəstəliyinə tutulacaq. Təxminən hər 9 kişidən 1-i və hər 12 qadından 1-i bu xəstəlikdən ölür. Diaqnoz qoyulduqdan 5 il sonra yaşayan insanların sayının 53,5 milyon olduğu təxmin edilir.

ÜST-nin qlobal araşdırması göstərir ki, üzv ölkələrin yalnız 39%-i öz vətəndaşlarının xərçəng müalicəsi xərclərini ödəyir. Məlumata görə, ağciyər xərçəngi 2,5 milyon yeni tutulma hadisəsi ilə (ümumi xərçəngin 12,4%-i) dünyada ən çox yayılmış xərçəng növüdür. İkinci yerdə döş xərçəngi (2,3 milyon tutulma, 11,6%), kolorektal xərçəng (1,9 milyon tutulma, 9,6%), prostat xərçəngi (1,5 milyon tutulma, 7,3%) və mədə xərçəngi (970,000 tutulma, 4,9%) yer alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1360   Tarix: 20 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnfarkt riskinizi özünüz ölçün

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir. xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə, infarkt riski xeyli yüksəlib. Mütəxəssislər çox bəsit bir testlə infarkt riskini təxmini şəkildə müəyyən etməyin mümkün olduğunu bildirirlər. Ayrı-ayrı tədqiqatların nəticələr

05.05.2024 788
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 537
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1913
.

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetindən (Böyük Britaniya) Sebastyan Mora Hernandez bildirib. Mütəxəssisin sözlərinə görə, daimi məş

11.05.2024 301
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 667
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 1000
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 596
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 890
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13323