İnfarkt riskini sıfıra endirən şirə

İnfarkt riskini sıfıra endirən şirəBir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər.

Medicina.az xəbər verir ki, aparılan araşdırmaya görə, albalı şirəsi istehlakı insult və ya infarkt riskini əhəmiyyətli dərəcədə azaldır.

Bunun səbəbi, şirənin qan təzyiqi və xolesterini aşağı salan və ürək-damar xəstəliklərindən qoruyan "polifenol" adlanan sağlam bitki birləşmələri ilə zəngin olmasıdır.

"Nutrients" jurnalında dərc edilən nəticələr, həmçinin bu şirəni içənlərin ciddi xəstəliklərə səbəb olan iltihab və oksidləşdirici stressə daha az meylli olduğunu ortaya çıxarıb.

Tədqiqatın bir hissəsi olaraq, Delaver Universitetinin rəhbərlik etdiyi bir qrup albalı şirəsinin 65-80 yaş arası 34 kişi və qadın üzərində təsirini araşdırıb. Onlar 12 həftə ərzində gündə 480 ml şirə istehlak ediblər.

Albalı şirəsinin "pis xolesterolu", digər bir sözlə LDL-ni (aşağı sıxlıqlı lipoprotein) 11 faiz azaltdığı aşkar edilib.

Diyetoloq Dr. Şo Çinq Şay bildirib ki, bu araşdırma albalı şirəsinin ürək üçün faydalı, sağlam pəhrizə yaxşı bir əlavə ola biləcəyini göstərir.

"Gördük ki, albalı qrupunun iştirakçılarının qanındakı sistolik qan təzyiqi və LDL xolesterini, həmçinin CRP və MDA biomarkerləri də daxil olmaqla, iltihabı və oksidləşdirici stressi göstərən maddələr nəzarət qrupuna nisbətən daha aşağı səviyyələrdə idi.

Yüksək qan təzyiqi və xolesterin səviyyələri infarkt, insult kimi ciddi sağlamlıq problemlərinə səbəb olan iki əsas amildir. Ürək-damar xəstəlikləri bütün dünyada ən böyük ölüm səbəblərindən biridir. Əgər çəki artımının qarşısını almaq istəyirsinizsə, digər şirələr və içkilərlə müqayisədə albalı şirəsi daha yaxşı seçimdir", - deyə həkim vurğulayıb.

Qeyd edək ki, burada konservləşdirilmiş yox, təbii albalı şirələrindən söhbət gedir. Albalı şirəsinin təbii olaraq ev şəraitində meyvələrdən əldə olunması burada çox böyük əhəmiyyət kəsb edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 905   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789