""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür""2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığında tikdilər. Sonradan keçdilər mənim evimin bir addımlığında ikinci binanı inşa etməyə. 2019-cu ildə mənimlə gəlib razılaşmadan, icazəmi almadan evimin 1 metrliyimdə 8 metr dərinliyində özül qazdılar. Mənim evim 3 mərtəbəlidir, üstü mansartlıdır. Bu evi o vaxt İcra Hakimiyyətinin və "Baksovet"-in sərəncamı ilə tikdirmişəm. Birinci evləri başladılar sökməyə, divarlarımı dağıdıb bərbad günə qoydular. Bizdə də evlər bir-birinə bitişik idi. Qonşunun divarını dağıdanda istər-istəməz mənim də evimin divarı zədələnirdi. Tikintinin səs-küyü evimizin içində idi. Səhər saat 6-dan axşam saat 6-ya qədər işləyirdilər. Axşamlar da beton gətirib tökürdülər. Nə gecəmiz var idi, nə də gündüzümüz. O binanı tikib qurtardılar. Bu biri tərəfində başladılar yenidən 8 metrlik özül qazıb, 2 mərtəbəli obyekt tikməyə. Heç bir icazələri falan yox idi. Mənim 3 tərəfdən bütün çıxışlarımı bağladılar. Bir qabağa çıxışım var. Nə divarlarımı təmir etməyə qoyurlar, nə də özləri edirlər. Dağıtdıqları evin görüntüsünü çəkib məhkəməyə verib deyirlər ki, "bu sakinin evi qəzalı vəziyyətdədir". 2011-2012-ci illərdə tikdirdiyim evdir. Necə qəzalı ola bilər? Əraziyə gətirdikləri ekspertlərin hamısını rüşvətlə ələ alıblar, onlar da bunlar deyəni deyir".

Bunu Moderator.az-açıqlamasında Cəlil Rəşidov deyib. Şikayətçi iddia edir ki, bir çox yerlərə müraciət etsə də hələ də probleminə baxan olmayıb.

"Nəriman rayon məhkəməsi də onların diktəsi ilə qərar çıxarır. 4 il bundan olub məhkəmə. Nərimanov rayon məhkəməsi mənim 12 otaqlı 3 mərtəbəli evimə 3 otaqlı ev qərarı çıxardı. Apellyasiya məhkəməsinə müraciət etdim. O da göndərdi Məhkəmə Ekspertizası mərkəzinə. Ekspertiza mərkəzinin çıxardığı qərar onların xoşuna gəlmədi. Ərizələrini geri götürdülər ki, biz şikayətçi deyilik, imtina edirik, evi almırıq. Bundan sonra da mən onları məhkəməyə verdim. Apellyasiya Məhkəməsindəki hakim qərar çıxardı ki, şirkət imtina etdiyi üçün təkrarən onların bu mövzu ilə məhkəməyə müraciət etməyə ixtiyarı yoxdur. Yenidən Nərimanov rayon məhkəməsinə müraciət etdim. 1 il məhkəmə prossesi sürdü. Qarşı tərəf də iddia ərizəsi verdi. Hansı ki, onların ixtiyarı yox idi bu iddia ərizəsini versinlər və hakimin də ixtiyarı yox idi ki, buna baxsın. Hakim Nərgiz Tağıyeva mənim iddiamı ləğv edib, onların qanunsuz iddiasını saxladı. Onların satılmayan bir evləri var. 4 otağı ortadan bölüblər, 5 otaq ediblər. Üzr istəyirəm, nə ayaqyolusu var, nə "demaxod" u. Onu mənə təqdim etdilər, hakim də qərar çıxarıb. Ora da mən getmərəm. Apellyasiya məhkəməsinə vermişəm, o da uzana-uzana gedir. İndi ordan qurtarıblar. Mənə verdikləri 4 metrəlik yolun qarşısında, qapımdan 3-4 metrə aralıda yeni bina ucaldırlar. Eyni şirkətdir, sadəcə adını "Luxe Home inşaat" qoyublar.

Digəri isə "Luxe Home" dir. Bu işlərin hamısı Şəhərsalma və Arxitektura komitəsinin sərəncamı ilə gedir. Əslində bu qurumun ixtiyarı yoxdur ki, insanlar ordan köçürülmədən sərəncam versin, amma veriblər. Hamısına müraciət etmişəm, heç bir xeyri də yoxdur. İndi düz başımızın üstündə ucaldırlar binanı. Qapıdan çıxmağa qorxuruq ki, başımıza nəsə düşər. Uşaqlar, böyüklər üçün təhlükəlidir. Nə setka vurublar, nə də bir şey. 2-3 dəfə yuxarıdan mismarlı taxtalar, armaturlar düşüb. Allah saxlayıb bizi. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin qaynar xəttinə zəng edib məlumat vermişəm. Heç kim gəlib maraqlanmır, heç nə də etmirlər. O tikdikləri 2 mərtəbəli obyektin üstünü də penoplastır adlı yanan materialla örtüblər. Hansı ki, 2015-ci ildə cənab prezident bunu qadağan etmişdi. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşları ümumiyyətlə bu tərəfə çevrilib baxmırlar ki, o adamın nə problemi var?! Şirkətin rəhbəri də, həmin şirkətin vəkili də deyir ki, "biz hamısının hörmətini etmişik, nə istəyirsiz edin, siz məğlub olacaqsız!". Hamı köçüb, bir tək mən qalmışam. Qonşularda 1 mərtəbəli ev idi, evləri pis vəziyyətdə idi. Mənimlə prinsip edirlər. "Luxe Home" evimi təhlükə ilə üz-üzə qoyub, uçurdur. Çox xahiş edirəm aidiyyatı qurumlar bu məsələyə bir çarə qılsınlar" deyə şikayətçi bildirib.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 433   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179