"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - PolitoloqABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstər 1-ci, istər 2-ci dünya müharibəsi zamanı ABŞ müharibənin dönüş nöqtəsində proseslərə qoşulub və nəticədə qələbədən özünə pay çıxarıb:

"Vaşinqton bu tipli situasiyalardan istifadə edərək dolların kursuna nəzarət edir. Bu gün dolların dünya miqyasında valyuta kimi qəbul edilməsinin ən böyük səbəbi ABŞ-nin müharibələrə birbaşa müdaxilə etməyib kənardan hər iki tərəfə silah və ərzaq yardımı etməsi, bunun qarşılığında dollar tədavülə buraxması ilə baş tutub. Bu gün Ukraynaya yardım edilməsi ABŞ-nin birbaşa Rusiya ilə qarşıdurmaya gələcəyi mənasına gəlmir. Ümumiyyətlə müzakirə mövzusu belə deyil. ABŞ və Rusiyanın qarşı-qarşıya gəlməsi dünya müharibəsinin elan edilməsi kimidir. Çünki ABŞ-nin müharibəyə qoşulması həm də NATO-nun müharibəyə qoşulmasıdır. Rusiyanın tərəfində isə Rusiyanın müttəfiqləri prosesə qoşula bilər. Bu, faktiki olaraq 3-cü dünya müharibəsi deməkdir. Bu məsələnin real olduğunu düşünmürəm. Nəzərə almaq lazımdır ki, qarşıdan ABŞ-də prezident seçkiləri gəlir və adətən bu tipli silah yardımları seçkilərdə namizədlərin xeyrinə və ya ümumiyyətlə ABŞ-nin prestiji baxımından önəmlidir. ABŞ-nin belə riskli addım atacağını düşünmürəm və ümumilikdə ABŞ-nin Rusiya ilə birbaşa toqquşmaya gedəcəyi real deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 457   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18.05.2024 402
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb

Bakıda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən yeddi evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlə

18.05.2024 185
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

18.05.2024 194
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

18.05.2024 150
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanı

18.05.2024 414
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18.05.2024 165
.

Evakuator sürücüsü 9 yaşlı qızı qaçırıb öldürdü

Rusiyanın Rostov vilayətində 25 yaşlı evakuator operatoru Olqinskaya kəndində doqquz yaşlı qızı qaçıraraq öldürüb. yerli mediaya istinadla bildirir ki, sürücü küçələrdən biri ilə hərəkətdə olarkən mağazaya gedən məktəbli qız diqqətini çəkib. Həmin şəxs qızı maşına mindirərək kəndin yaxınlığındakı tarlay

18.05.2024 238