Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə duz istehsalının 13 faiz artdığı məlum olur. Komitənin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında 19 min 342,6 ton duz istehsal edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 174,3 ton çoxdur. Hətta 2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı olmayıb.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Duz dağına dönən ömrümüz

Maraqlıdır, artımın səbəbi nədir? Ən əsası, dünyada əksər insanların duzdan imtina etməyə, yaxud istifadəni azaltmağa çalışdığı halda bizim duz sevgimiz nədən qaynaqlanır?

Duz sevgimiz hətta atalar sözləri, məsəllərdə də özünü büruzə verir. Məsələn, "aşın tamı duz ilə, adamı tanı söz ilə", yaxud, "ömrün duz dağına dönsün", - deyirik. Həmçinin atalarımız deyir ki, "adamı tanımaq üçün onunla bir pud duz yemək lazımdır". Yəni bir adamla 16 kiloqram duz yeməliyik ki, onun necə insan olduğunu bilək.

Rəqəmlərin artmasında vergi xidmətinin rolu var

Mütəxəssislər duz istehsalının artımını ixrac və ölkədə duza olan tələbatın artması ilə əlaqələndirirlər. İqtisadçı Fuad İbrahimov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, əvvəllər duz yığımı kortəbii şəkildə baş verirdi, indi isə iqtisadi dövriyyəyə cəlb edilir, rəsmi şəkildə istehsal olunur: "Bəzi duz yataqlarından istifadə olunmurdu. İndi həmin yataqlar iqtisadi dövriyyəyə cəlb edilirlər. Bundan əlavə, əvvəlki dövrlərə nəzər salsaq, uçotun istehsal prosesindəki vəziyyəti indiki kimi deyildi. Uçot prosesi sağlamlaşır və bu da statistikada özünü göstərir. Rəqəmlərin artmasında vergi xidmətinin xüsusi rolu var".

Mütəxəssis vurğulayır ki, duz bazarında heç vaxt defisit olmur. Tələbat nədirsə, o da istehsal edilir: "Duz istehlakı bazarı elədir ki, nə qədər lazımdırsa, o qədər istehsal olunur. İstehlakla yanaşı, nəzərə almaq lazımdır ki, idxal da edirik. Bu səbəbdən rəqəmlərin artması normaldır".

Duz sevən xalq olsaq da...
Duz sevən xalq olsaq da, onun orqanizmə olan zərərləri danılmazdır. "Üç ağdan uzaq durun" deyimi boşuna yaranmayıb. Zərərli qidalar siyahısında duz ilk üçlükdədir. Mütəxəssislər bildirirlər ki, duz yalnız təzyiqi qaldırması ilə məşhur deyil, xüsusilə təmizlənmiş duz insan sağlamlığına ciddi təhlükə yaradır.

Sənaye mühəndisi Sayat Quliyeva deyir ki, qida rasionumuzdakı natrium mənbəyi olan duz insan orqanizmində maye balansını tənzimləməkdə mühüm rol oynayır. Mütəxəssisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanların gündə beş qramdan az duz istehlak etməsini tövsiyə edir: "Natrium xlorid insan orqanizmində sintez olunmayan tək mineraldır ki, insan onu duz vasitəsilə alır. Bədənimizdə duza mineral azlığı, yaxşı qidalanmama, tərləmə, dad alma hissinin yaranmaması, stress və yorğunluq zamanı ehtiyac yaranır. Bununla yanaşı, içdiyimiz suların tərkibində yod çatışmazlığı mövcuddur. Bu çatışmazlıq qalxanabənzər vəzlərin xəstəliyini yaradır. Yodlaşdırılmış duzlar isə belə halların qarşısını almaqda kömək edir. Bu səbəbdən ÜST duzun yodlaşdırılmasını dünyada yod çatışmazlığının qarşısının alınması üçün əhəmiyyətli səhiyyə strategiyası hesab edib".

Hipertoniya, insult, böyrək xəstəlikləri, artıq çəki...

Mütəxəssis deyir ki, qida sənayesində məhsulun keyfiyyət xüsusiyyətləri və istehlakçı tərəfindən qəbul edilməsi tərkibindəki duzun miqdarı ilə bağlıdır: "İşlənmiş qidalar, ət məhsulları (kolbasa, sosiska və s.), duzlu çərəzlər (çipslər, krekerlər, duzlu fıstıq, günəbaxan tumları və s.), pendir və başqalarını buna nümunə göstərmək olar. Duzun istifadəsi nəinki qida istehsalında geniş yayılıb, günümüzdə fərqli sahələrdə, dəriçilikdə, maldarlıqda, sutəmizləmə sistemlərində istifadə edilir. Bu səbəbdən istehsalın artması normaldır".

Zərərlərinə gəldikdə isə mühəndis deyir ki, hazırda duzun rəflərdəki ömrünü uzatmaq üçün istehsalda qatqılardan istifadə edilir: "Duz orqanizmdə maye balansını tənzimlədiyi üçün həddindən artıq qəbulu bədənimizdə maye artıqlığına səbəb ola bilər ki, bu da üzdə, əllərdə, ayaqlarda şişkinlik yaradır. Eyni zamanda, insan orqanizmində yüksək qan təzyiqi (hipertoniya), insult kimi ürək-damar, böyrək xəstəlikləri, artıq çəki kimi bir sıra problemlərə səbəb olur. Bununla yanaşı, hazırda duzun rəflərdəki ömrünü uzatmaq, nəm çəkmə səbəbindən yaranan topalanma, bərkimə və s. problemlərin qarşısını almaq üçün qida əlavələrindən istifadə edilir. Bunlardan ən geniş yayılan E173 (Alüminium hidroksid) və E171 (Titanium dioksid) kodu ilə tanınan qatqılardır. Bu qatqılar nəm çəkməyə qarşı istifadə olunur və təhlükəli qida əlavələri qrupuna aiddirlər".

Hansı duzlardan istifadə etməliyik?

S.Quliyeva bildirir ki, duzun istehlakında keyfiyyətinə görə daş və bişirilmiş duz daha əhəmiyyətli hesab edilir: "Himalay duzu və rafinə edilməmiş qaya duzunu nümunə göstərmək olar. Bəzən insanlar duz miqdarının azaldılması məqsədilə dadlandırıcı olaraq duzun əvəzinə yeməklərdə ətirli ot, limon suyu, şərab, sirkə kimi əlavələrdən də yararlanırlar".

Son olaraq, həkimlər tövsiyə edirlər ki, yuxarıda sayılan təhlükələrdən qorunmaq üçün süfrələrdən duzqabılar çıxarılmalı, yeməklərdə bərk, təhlükəsiz, keyfiyyətli və təmiz qaya duzundan istifadə edilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 294   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətbəxdə ən lazımsız 4 ləvazimat

Mütəxəssislər mətbəxdə ən lazımsız şeyləri açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, bu ləvazimatlar faydalı deyil. Ədviyyat şkafı. Çox vaxt görürük ki, bir çox ədviyyatlar toza çevrilir və dadını itirir. Təravətini itirmiş istənilən ədviyyatdan qurtulmağı və onları az miqdarda almağı məsləhə

12.05.2024 862
.

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: kimsə xəbəriniz olmadan...

"iPhone" üçün "WhatsApp"ın beta versiyasında başqalarının profil fotolarının skrinşotunu çəkməyi qadağan edən qeyri-adi funksiya aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb . Bildirilib ki, yenilik əvvəllər "Android"

12.05.2024 859
.

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

Hər frazeoloji ifadənin, el məsəlinin arxasında mütləq unudulmuş bir fakt dayanır. -ın "Belə yaranıb" rubrikasında bu gün təqdim edəcəyi "həftə səkkiz, mən doqquz" ifadəsi də istisna təşkil etmir. Bu fikir necə dildən-dilə düşüb ondan bəhs edəcəyik. Bu məsəl qədimdə bir çox xalqları

12.05.2024 383
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.05.2024 235
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

06.05.2024 315
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

08.05.2024 247
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

09.05.2024 266
.

Aviasiya Akademiyasını bitirib KLOUN işləyən şəxs: "Deyirlər, özünə kişi işi tap" - VİDEO

Bakıda klon kimi fəaliyyət göstərən ali təhsilli klounun açıqlamaları diqqət çəkib. APA TV-yə müsahibə verən kloun insanların onun peşəsinə olan münasibətindən gileylənib. "Özünə kişi işi tap" kimi ifadələrlə qarşılaşan müsahib narazılığını dilə gətirib. Daha ətraflı videoda:

12.05.2024 840
.

Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır - TƏHLÜKƏ/VİDEO

İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir. Lakin bu avtomobillərin sonradan digər ölkələrdə sükanı dəyişdirilərək ölkəmizə satış məqsədi ilə gətirilir. Belə avtomobillərdə sürət öz-özünə artır, ya da azalır. -ın məlumatına görə, usta İsa Yusibov deyi

05.05.2024 587