Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram""Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu".

Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib.

Stella Assanj Londonda Belmarş həbsxanasında saxlanılan ərinin vəziyyəti və psixoloji durumu haqqında danışaraq deyib ki, Culian son aylarda çox çətin zamanlar keçirib:

"Həbsxanada hər gün fərqlidir, onun qaldığı həbsxana çox sərt rejimli həbsxanadır. O, gündə 21-22 saat təcrid olunur və xarici aləmlə çox məhdud əlaqəsi var. İnternet yoxdur. Radioya isə qulaq asa bilir. Mənə, ailə üzvlərinə, vəkillərinə zəng edə bilir. Lakin bu, çox məhdud əlaqədir. Artıq beş ildir ki, oradadır. Bu, onun üçün çox çətin hal alıb".

Stella Assanj qeyd edib ki, o, Culianın ABŞ-də ədalətli mühakimə olunacağına inanmır:

"Culianın ABŞ-də ədalətli mühakimə olunacağı ehtimalı yoxdur. Çünki o, jurnalist olduğuna, doğru olan məlumatı alaraq onu ictimai maraqlar naminə dərc etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilir. Buna görə də ona qarşı ittihamlar bütün dünyada jurnalistlərin fəaliyyətinə qarşı cinayət hesab edilir".

Müsahibimiz qeyd edib ki, hətta Culiana açılan işin müddəaları yanlışdır və Casusluq Aktı ilk dəfədir ki, bir naşirə qarşı istifadə olunur.
"Culianın bu informasiyaları hansısa xarici dövlətin adından nəşr etdiyinə dair heç bir iddia yoxdur. ABŞ özü etiraf edir ki, Culian bunları ictimaiyyət üçün nəşr edib. Ancaq o, bunları ictimai maraqlar naminə nəşr etdiyini iddia edə bilmir, öz müdafiəsini bunun üzərində qura bilmir. ABŞ onu Casusluq Aktı ilə 17 maddə və CFAA (Kompüter Fırıldaqçılığı və Sui-istifadə Aktı) üzrə bir maddə ilə ittiham edib və bu, 175 il həbs cəzası deməkdir", - deyə Stella Assanj bildirib.

Stella Assanj növbəti məhkəmə dinləməsinin mayın 20-də keçiriləcəyini deyib. O vurğulayıb ki, bu, Culianın İngiltərədə ekstradisiya mübarizəsinə son verə biləcək dinləmədir: "Əgər o, prosesdə uduzarsa, Böyük Britaniya onu ekstradisiya etmək üçün hərəkətə keçəcək. Əlbəttə ki, Culian Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək, lakin bu, heç bir zəmanət deyil. Əgər ekstradisiya qərarı çıxarsa, Culian bir neçə saat, bir neçə gün və ya həftə ərzində ekstradisiya edilə bilər".

Londonda özünü təhlükədə hiss edib-etmədiyi ilə bağlı sualı Stella belə cavablandırdı: "Mən Londonda, xüsusən də Culianın səfirlikdə təzyiqə məruz qaldığı və əziyyət çəkdiyi dövrdə özümü təhlükə altında hiss etmişəm. Məni izləyirdilər, mənə bir şey olardısa, bundan Culianı səfirlikdən çıxarmaq üçün təzyiq vasitəsi kimi istifadə edəcəkdilər. Əlimizdə bununla bağlı dəlillər də var idi".

Qeyd edək ki, 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib.

Bu il martın 26-da Britaniya məhkəməsi Assanjı dərhal ABŞ-yə təhvil verməkdən imtina edib. Hakimlər bildiriblər ki, ABŞ səlahiyyətliləri onun ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanət verməsələr, Assanj apellyasiya şikayəti verə biləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 199   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459