Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda..."2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar "Yaşıl", "Qırmızı", "Sarı", "Bənövşəyi" və "Mavi" xətlərdir. Bütün stansiyaların tikintisinin 2030-cu ilədək başa çatdırılması nəzərdə tutulub".

BiG.AZ Modern.az-a istinadla xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yeni inşa edilən xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq, "28 May" stansiyasındakı kimi bir-biri ilə kəsişməyəcək

"Xətlərin ayrılması həm də Bakının Baş Planının tərkib hissəsidir".

B.Məmmədov deyib ki, hazırda "Yaşıl xətt" "Xətai" stansiyasından başlayaraq "Dərnəgül" stansiyasınadək davam edir:

"Bu iki xətt - "Qırmızı" və "Yaşıl" xətlər bir-birindən ayrılandan sonra "Dərnəgül"dən "Gənclik"ə birbaşa getmək olmayacaq. Mütləq "Cəfər Cabbarlı" stansiyasından "28 May"a keçid edib digər qatara minib getmək lazım gələcək.

"Xətai" stansiyasından sonra "Ağ şəhər"də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiya tikiləcək. Ümumilikdə, Nobel prospekti boyunca "Xətai"dən sonra 3 stansiya olacaq. Gələcəkdə isə "Həzi Aslanov-2"dən sonra birbaşa yenidən "Dərnəgül"ə qədər stansiyalar tikiləcək və "Yaşıl xətt" dairəvi olacaq. Ümumilikdə, "Yaşıl xətt" boyu 10 keçid stansiyası olacaq".

Metropoliten rəsmisinin sözlərinə görə, hazırda metronun "Qırmızı xətt"i "İçərişəhər" stansiyasında başlayır və "Həzi Aslanov"da bitir:

""Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə əsasən, "Qırmızı xətt" Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinə qədər uzanacaq. Yəni gələcəkdə "İçərişəhər"dən sonra Badamdara qədər 4 stansiya inşa ediləcək.

Bununla yanaşı, "Bənövşəyi xətt"də Heydər Əliyev adına İdman və Konsert Kompleksinin arxasında, Tbilisi prospektinə paralel Cəlil Məmmədquluzadə küçəsində B-4 stansiyası tikiləcək. Hazırda stansiyanın inşasının fəal dövrü başlamaq üzrədir və müvafiq hazırlıq tədbirləri yekunlaşdırılıb. "Bənövşəyi xətt" üzrə ümumilikdə 1-i yerüstü olmaqla, 13 stansiya və bir depo olacaq.

"Bənövşəyi xətt" Xocəsən qəsəbəsindən başlayaraq "Xətai" stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq. Xocəsəndə yerüstü stansiyanın inşası planlı şəkildə davam edir və 2022-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub.

"Mavi xətt" isə Yeni Yasamaldan başlayaraq Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək davam edəcək. Bu xətt üzrə 11 stansiya və Ramana qəsəbəsində bir depo olacaq.

Beşinci, "Sarı xətt" isə Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Binəqədi ərazisindən başlayıb Şıx çimərliyinin yaxınlığına kimi uzanacaq yeni "Sarı xətt"in üzərində 11 stansiyanın tikilməsi planlaşdırılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2589   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304