İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edibAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib.

Bu barədə BiG.AZ-a Ombudsman Aparatından məlumat verilib.

Görüşdə ilk növbədə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi hörmətlə anılıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri müzakirə edilib.

Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən Müharibəsi dövründə Türkiyə və Pakistanın göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti cənab Şərəf Malkoç dəvətə görə xanım Səbinə Əliyevaya öz təşəkkürünü bildirib. O, qeyd edib ki, İƏT OA nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələri əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcəkdir. Ş. Malkoç, həmçinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Assosiasiyanın Baş katibinin müşaviri Muhammed Caved Qani də çıxış edərək səfərlə bağlı öz təəssüratlarını bölüşüb. Vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərinin dağıdıldığını, dini və mədəni abidələrinin məhv edildiyini müşahidə etdiklərini qeyd edib.

Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqinin, eyni zamanda həyata keçirilən faktaraşdırıcı missiyanın nəticələri, xüsusilə toplanılan sübutlar müzakirə edilib.

Mətbuat konfransının sonunda faktaraşdırıcı missiyanın nəticələləri ilə bağlı bəyanat qəbul edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 250   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-ın Texas ştatında qasırğa nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Texas ştatında güclü yağışlar və fırtınalar gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb. Bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, Hyuston ştatında hündürmərtəbəli binaların pəncərələrinin qırılması, ağacların qırılması və elektrik ötürücü xətləri

17.05.2024 155
.

Nigeriyada məsciddə partlayış: 11 nəfər həlak olub

Nigeriyanın Kano ştatında məsciddə partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 11 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə Kano Polisinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Abdullahi Harun açıqlama verib. Müalicə olunan yaralılardan bəzilərinin ağır vəziyyətdə olduğunu bildirən Harun

17.05.2024 62
.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17.05.2024 442
.

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki

17.05.2024 2740
.

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Qafqazinfo"ya bildirib ki, əvvəllər məhkum olunmuş

17.05.2024 991
.

"Xəzər dənizinin su səviyyəsi həmişə dəyişməyə meyilli olub"-EKOLOQ

"Xəzər qapalı su hövzəsidir - okeanla heç bir əlaqəsi olmayan göldür. Xəzər dənizinin su səviyyəsi həmişə dəyişməyə meyilli olub. Onun səviyyəsi çayların, əsasən Volqa və Ural çaylarının axınından asılıdır". Bu sözləri BİG.AZ-a ekoloq Fikrət Cəfərov deyib. O bildirib ki, iqlim dəyişikliyi atmosfe

17.05.2024 214
.

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO

Vətən müharibəsi şəhidi İzzət Həmidovun şəhid olduğu yer ziyarət olunub. Şəhidin anası, qardaşı və döyüş yoldaşı Füzulinin Qaraxanbəyli kəndinə gedərək İzzətin son nəfəsini verdiyi yerdə onunla bağlı xatirələrini bölüşüblər. Baku TV-yə danışan şəhid anası Vəfa İzzətli övladının şəhid olduğunu hiss etdiyin

17.05.2024 597
.

Məşhur aparıcı AzTV-dən getdi

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib. Axşam.az-ın əldə etdiyi məlumata görə, o, kanalla işbirliyinə son qoyub. S.Mustafayeva xəbəri təsdiqləyib. O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir:. "Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universite

17.05.2024 707
.

"Molokan" bağına giriş bağlandı

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının "Molokan" bağı kimi tanınan Xaqani parkı hasarlanıb. Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Qafqazinfo"nun sorğusuna cava

17.05.2024 588