Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILARSon zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir.

Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir.

Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir? Qidalanmanın, idmanın, yuxu rejiminin boy uzanmasına təsiri necədir? Boy artımı neçə yaşa qədər davam edir?

Həkim-endokrinoloq Fərhad Burzu Oxu.Az-a açıqlamasında bildirib ki, hər bir cəmiyyətin yerləşdiyi arealda insanların boy və çəki nisbəti spesifikdir:

"Hər ailəyə məxsus boy, çəki inkişaf meyarları var. Təəssüf ki, biz Türkiyə cədvəllərindən istifadə edirik. Çünki Azərbaycan üçün bu məsələdə qəbul olunmuş standartlar mövcud deyil. Cədvəllərə əsasən, yenidoğulmuş dövrdən etibarən uşağın hər dövrə uyğun çəkisinin, boyunun, sümük-skeletinin inkişafının nə qədər yetərsiz və ya artıq olmasını müəyyən edirik.

İnkişaf etmiş ölkələrdə pediatrlar, bağça, məktəb həkimləri il ərzində ən azı bir-iki dəfə boy, çəki inkişaf dərəcələrini ölçür və qeyd edirlər. Nəticədə onların boyunun, çəkisinin və cinsi inkişafının irəlilədiyini və ya geri qaldığını təyin edirlər. Bizim cəmiyyətimizdə bu, yox səviyyəsindədir. Çünki bağçada, məktəblərdə bu proses aparılmır".

F.Burzu deyir ki, yenidoğulmuş dövrdən etibarən uşaqlarda boy artımı geriləyə və ya sürətlə irəliləyə bilər:

"Qısaboyluluğu ən kiçik yaşda təyin etmək mümkündür. Müalicə-təqib tədbirlərinə iki yaşından etibarən başlanılır. Qızlarda 9-13 yaşından, oğlanlarda isə 13-15 yaşdan etibarən cinsi inkişafla yanaşı, boy artmasına da daha ciddi yanaşırıq. Boy inkişafının geriləmə dərəcəsi üç faiz (3-cü persentil) civarındadırsa, boy yetməzliyi hesab olunur. Persentil 100-ün üstündədirsə, boy artıq hesab edilir".

Endokrinoloq vurğulayıb ki, boy artımına təsir edən faktorlar orqanizmdə boy hormonunun ifrazının artıqlığı və azlığı ilə əlaqəlidir:

"Genetik faktor da burada əsas məsələdir. Həm irsi olaraq qısaboyluluq, həm də boy hormonunun yetməzliyi ola bilər. Boy qısalığı və hündürlüyü tək sağlamlıq məsələsi deyil, eyni zamanda, əmək qabiliyyətinin olmaması və əlillik dərəcəsi üçün əsas kimi də dəyərləndirilir. Passiv həyat tərzi, həddən artıq elektron cihazlardan istifadə, stres, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir.

Qeyd edim ki, böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır. Belə ki, boy hormonu, əsasən, gecə saat 21:00-3:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır. Əlbəttə ki, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalırlar. Amma vaxtında yatan uşaqlar öz genetik potensialının maksimum həddinə çata bilirlər".

Həkim uşaqların sağlamlığı barədə valideynlərə çağırış edib:

"Ölkəmizdə insanlar özünümüalicə ilə məşğul olmaqdadırlar. Təəssüf ki, çox adam fərqli üsullarla boy hormonları əldə edir. Bu, yolverilməzdir. Sosial şəbəkələrdə satılan dərmanlara nəzarət edən qurum yoxdur və orada kim nə istəyir, satır.

Ölkədə qeydiyyatdan keçməyən çoxlu sayda dərmanlar satılır. Çalışmaq lazımdır ki, həkim yazan dərmanlardan istifadə edilsin. Bütün bu hallardan övladlarınızı qorumaq üçün onların müalicəsini həkim müayinəsi ilə davam etdirməyiniz məqsədəuyğundur".

Pediatr Vaqif Qarayev Oxu.Az-a açıqlamasında bildirib ki, son zamanlar sosial şəbəkələrdə boy məsələsi ilə bağlı paylaşımlar aktuallaşıb:

"Hər uşağın boy hormonu yoxlanılmalıdır. Bu, atanın, ananın boy ölçüsü və müəyyən əmsalla aparılır. Nəticədə ortaya rəqəm çıxır. Bu rəqəmlə uşağın boy artımında problemin olub-olmadığı bilinir. Eyni zamanda, uşaqların boyunda inkişafın olub-olmaması onun biləyindən edilən rentgen çəkilişindən də bilinir.

Valideynlər bilməlidirlər ki, aptekdəki boy dərmanı satan şəxslər boyu təyin etmirlər. Valideyn uşağının boyunun ölçüsündən narahatdırsa, mütləq həkimə müraciət etməlidir. Əgər aparılan müayinələrdə nəticələr normaldırsa, valideynin özünün boyu balacadırsa, bu, genetik məsələdir. Bunu belə qəbul etmək lazımdır. Tövsiyə edilən dərmanlar sizin uşağınıza mənfi təsir edə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 936   Tarix: 24 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 787
.

Bu dondurmalar zəhərləyir – Necə ayırd etmək olar?

Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərlənmə potensialı ən yüksək olan qidalar arasındadır. BİG.AZ -a istinadən xəbər verir ki, dondurmadan zəhərlənməmək üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır. Mütəxəssislər kristallaşan dondurmaları yeməmə

12.05.2024 677
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 936
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 426
.

COVID-19-dan sağ qalanların 64 faizinin vəziyyəti bir il ərzində pisləşir – ARAŞDIRMA

San-Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları ağır formada COVID-19-dan sağ çıxan insanların üçdə ikisinin bir ildən sonra sağlamlığının pisləşdiyini müəyyən edən bir araşdırma aparıblar. xarici mediaya istinadən bildirir ki, "Critical Care Medicine" jurnalında dərc edilən araşdırmay

05.05.2024 468
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 891
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 587
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 861
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 527