Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm""Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram".

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 30-cu turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, komandasının məğlubiyyətini şərh edib.

- Birinci Liqanın oyunlarını izləyirsiniz?

- Hələ ki yox.

- Mediada yazılanlara görə, Premyer Liqada komanda sayı artırılacaq və sonuncu yeri tutan I Liqanı 3-cü yerdə bitirən komanda ilə qarşılaşacaq. "Qəbələ" I Liqa təmsilçisini məğlub edə biləcək gücdədir?

- Bilmirəm. Dəqiq olan bir şey yoxdur. Dəqiq olsa, müzakirə edərik.
- Açıqlamalarınızda futbolçuları tənqid edirsiniz. Bu, onlarda ruh düşkünlüyü yaratmır?

- Onlarda mənfi fikir yaranması ilə razı deyiləm. Həmişə onlarla müzakirələr aparırıq. Hər şeyin insanın üzünə deyilməsinin tərəfdarıyam. Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəm, ona yaxşı məşqçi olduğumu sübut edəcəyəm. Oyunçular da yaxşı olduqlarını sübut etməlidir. Xarakter göstərmək lazımdır. Zəif adamlar tez ruhdan düşür. Onların hər birinə inanıram. Bu gün gənc futbolçunu meydana buraxdıq. Sanki 20 ildir bu komandada oynayır. Özünü çox yaxşı göstərdi.

- Penalti gözlədiyiniz epizodlar oldu. Həmin epizodlar haqda fikrimiz necədir?

- Hakimlər haqda danışmayacağam. Çünki, mənası yoxdur. Biz də penalti olduğunu gözləyirdik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 355   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İtaliyalı azarkeşlər alman futbolçunun ailəsini ölümlə hədələyiblər

İtaliyalı azarkeşlər Almaniyanın "Bayer 04" klubunun futbolçusunun ailəsinə ölüm təhdidi ilə bağlı mesajlar göndəriblər. Məlumata görə, Almaniya millisinin və "Bayer 04" klubunun futbolçusu Robert Andrixin həyat yoldaşı sosial şəbəkələrdən ölüm təhdidi ilə bağlı mesajlar yazıldığın

05.05.2024 303
.

Azərbaycan Basketbol Liqasında növbəti finalçı məlum olub

Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçirilib. "Report" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xəzri" və "NTD-İndiqo" arasında ikinci görüş baş tutub. Qarşılaşma birincilərin qələbəsi ilə başa çatıb - 86:81. Komandaları

12.05.2024 307
.

UEFA-dan yeni qərar

UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllə

03.05.2024 464
.

Azərbaycanlı cüdoçu: Avropa çempionu olmaq xəyalım idi

Avropa çempionu olmaq xəyallarımdan biri idi. "Report"un məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə yarışında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib. 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempion olacağına çox inandığını bildirib: "Arenay

28.04.2024 356
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 890
.

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

AFFA prezidenti Rövşən Nəcəf UEFA rəhbəri Aleksander Çeferinlə görüşüb. BİG.AZ report-a istinadən xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresindən əvvəl baş tutub. Görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəy

17.05.2024 188
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 583
.

Həbib Nurməhəmmədovun milyonlarla borcu var

Həbib Nurməhəmmədov bir çox mükafatlar qazanıb və yüngül çəkidə UFC çempionu titulu sayəsində bütün dünyada məşhurlaşıb. Karyerası ərzində Nurməhəmmədov 29 döyüş keçirib və heç vaxt məğlub olmayıb. İdmandan ayrıldıqdan sonra isə o, bizneslə məşğul olub. Bildirilir ki, idmançının nəzarətində olan şirkətlə

12.05.2024 770
.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

05.05.2024 420