İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMADövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerli istehsal idxalı 28 faiz həcmində üstələyib. Adətən insanlar daha çox xarici mebel almağa üstünlük verirdilər. Lakin yerli istehsal artıbsa, deməli, bu məhsullara tələbat artıb. Bəs mebel seçimindəki bu dəyişikliyin səbəbi nədir?

"Kaspi" qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

"İdxaldan asılılığı azaltmağa çalışırıq"

Mebel istehsalçısı İslam Əhədov bildirib ki, bu sahədə müştərilərin iki profil üzrə tələbatları mövcuddur:

"Birinci kateqoriya keyfiyyətli məhsul istehsal etməkdir. İkinci kateqoriya isə keyfiyyəti digər məhsullardan nisbətən zəif olan mallardır. Çalışırıq mebel sənayesi üzrə inkişaf edək. Bu baxımdan keyfiyyətli məhsul istehsalı, həmçinin idxal məhsullarından asılılığın daha da azaldılması üçün müəyyən işlərin görülməsinə ehtiyac var. İxracdan əlavə, məqsədimiz Azərbaycanda yerli məhsul istehsalını o dərəcəyə çatdırmaqdır ki, ölkəmizin bu sahədə idxaldan asılılığı maksimum dərəcədə azalsın. İxracla bağlı heç bir problemimiz yoxdur".

Qiymətə təsir edən səbəblər

İ.Əhədovun sözlərinə görə, bu sahədə ən ehtiyac duyulan innovativ dəzgahlardır:

"Hansı ki, bu avadanlıqlar vasitəsilə daha keyfiyyətli və müasir üslubda mebellərin hazırlanması mümkündür. Onların xaricdən gətirilməsi böyük xərc tələb edir. Bizdə həmin dəzgahların 70 faizi mövcuddur. Amma hər il müxtəlif tədbirlərdə iştirak edərkən görürük ki, bu cihazlar ildən ilə yenilənir, bazara daha yeniləri və keyfiyyətliləri daxil olur. Həmin dəzgahların əldə olunmasına ehtiyac var".

Onun fikrincə, mebel istehsalını və ixracını inkişaf etdirmək üçün hər iki sahədə istehsalçılara güzəştlər olmalıdır:

"Bu sahə üzrə inkişaf etmiş şirkətlərin yaradılmasına ehtiyac var. Hansı ki, onlar daha böyükdür və keyfiyyətə daha çox önəm verirlər. Həmçinin müştərilərin istəklərini daha tez yerinə yetirirlər. Digər tərəfdən, mebel istehsalçılarının iş şəraitinin yaxşılaşdırılması kimi məsələlərə də toxunulmalıdır. Həmçinin materialların qiymətlərinin ucuzlaşdırılmasına ehtiyac var. Nə qədər yerli istehsal mövcud olsa da, xaricdən bəzi avadanlıqlar, məmulatlar, xammal ləvazimatları, aksesuarlar gətirilir. Onların gömrük rüsumu ilə bağlı müəyyən işlər görülərsə, bu, istehsala çox ciddi təsir edər. İstehsalçıların daha çox şikayətləndiyi məsələlərdən biri budur. Qeyd edim ki, mebellərin qiyməti sırf bu xərclərə bağlı olaraq dəyişir".
İstehsal artımı ixracı da stimullaşdırır

İqtisadçı Emin Qəribli yerli mebel istehsalının inkişafını müsbət qiymətləndirir:

"Əvvəllər mebel istehsalı sırf daxili bazara yönəlmişdi. Amma artıq görürük ki, ayrı-ayrı şirkətlər müxtəlif ölkələrə də mebel ixrac edirlər. Bu onun nəticəsidir ki, həm vergi islahatları aparılır, həm də kiçik və orta sahibkarlığa yardımlar artırılır. Bunun sayəsində istehsalda artım müşahidə edirik. İstehsalla yanaşı, ixracın artması da gözlənilir. Məsələn, qonşu ölkələrə getdikdə orada yerli mebel istehsalçılarımızın nümayəndəliklərini görə bilərik".

"Azad iqtisadi zonalara yönəlin"

E.Qəribli düşünür ki, istehsalçılar onlar üçün yaradılmış imkanları dəyərləndirsələr, daha da uğurlu olarlar:

"İstehsalın daha səmərəli olması üçün azad iqtisadi zonalar yaradılıb. Azad iqtisadi zonalar vergilərdən azaddır. Məsələn, Qarabağ bölgəsində istehsal onlar üçün daha sərfəli olar. Üstəlik, bu ərazilərdə tikinti işləri gedir. Həmin bazara yönələ bilərlər. Həmçinin mebel istehsalında yeni texnologiyalar tətbiq olunur və məhsullar daha müasir avadanlıqlarla istehsal edilir. Bu üstünlüklərdən istifadə etsələr, mebel istehsalındakı inkişaf daha da artar".

İqtisadçının fikrincə, istehsalla bağlı bütün problemlər aradan qalxdığına görə ixrac sahəsində müəyyən işlər görmək lazımdır:

"Dövlət daxili bazar üçün güzəştlər yaradır. Amma ola bilər ki, gələcəkdə ixrac üçün də müəyyən addımlar atsın. Məsələn, mebel istehsalçılarının ixrac məhsullarının sığortalanması, müəyyən güzəştlər tətbiq edilə bilər. Bu isə imkan verəcək ki, daha çox məhsul ixrac edilsin. Düşünürəm ki, artıq o səviyyəyə çatmışıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 375   Tarix: 21 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168