Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayırÜzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir.
Lent.az "Bioqrafiya" rubrikasında bəstəkar , meyxanaçı, müğənni Üzeyir Mehdizadədən bəhs edir.

- Üzeyir Mehdizadənin neçə yaşı var?

Üzeyir Mehdizadənin 34 yaşı var.

- Üzeyir Mehdizadə harada anadan olub?

Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakıda anadan olub. 1995-ci ildə 14 nömrəli məktəbdə 1-ci sinfə gedib.

- Üzeyir Mehdizadənin valideynləri kimdir, ailəsi haqqında nə məlumat var?

Üzeyir Mehdizadənin atası Bəxtiyar Mehdizadə 1963-cü ildə anadan olub. 1985-ci ildə ailə qurub. Anası Mehparə Məmməd qızı Mehdizadə. 2008-ci ildə ürək tutmasından vəfat edib. Üzeyirin 1 bacısı, bacısının 2 övladı var.

- Üzeyir Mehdizadə evlidir?

Üzeyir Mehdizadə 2018-ci ildə ailə qurub. O, şəxsi həyatını göz önünə sərməyi sevmir. Bu səbəblə bəy masasında tək oturub. Gəlin toyda iştirak etməyib. O, özünə dərviş toyu eləyib.

- Üzeyir Mehdizadənin qayınatası kimdir?

Üzeyir Mehdizadənin qayınatasının varlı məmur olduğu deyilsə də, bu yalandır. O kasıb bir meyxanaçının qızı ilə ailə qurub.

- Üzeyir Mehdizadənin neçə övladı var?

Üzeyir Mehdizadənin 2 azyaşlı qızı var.

- Üzeyir Mehdizadə toya neçəyə gedir?

Üzeyir Mehdizadə əsasən xarici ölkələrdən varlı ailələrdən toy dəvətləri alır. Onun toy qonorarı Bakıda ən az 5000 manat təşkil edir. Ən çox qazanan müğənnilərdəndir.

- Üzeyir Mehdizadə neçənci ildən sənətdədir?

Üzeyir Mehdizadə əvvəllər meyxanaçı kimi də fəaliyyət göstərib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görüb. 2009-cu ildə öz şəxsi studiyasını yaradıb və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu buraxıb.

- Üzeyir Mehdizadənin neçə albomu var?

2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanıb, habelə 50 milyondan artıq baxış sayı olan musiqiyə 10 iyun 2018-ci ildə "Yaxşı olar" klipi də çəkilib.

- Üzeyir Mehdizadə hansı ölkələrdə konsert verib?

Üzeyir Mehdizadə 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub . Daha sonra Türkiyə, Almaniya, Özbəkistan, Qazaxısatan, Ukrayna və İngiltərədə konsertlər verib.

- Üzeyir Mehdizadə uğurlarını kimə borcludur?

Üzeyir Mehdizadə verdiyi müsahibədə "Məni tanıdan ilk əvvəl ağlım, daha sonra musiqilərim oldu. Bunun üçünsə mənə o qədər də pul lazım olmadı. Uğurlarımın ilk səbəbi həvəsdən düşməməyimdir" deyib.

- Üzeyir Mehdizadə onu tənqid edən həmkarlarından, xüsusilə Əli Mirəliyevdən küsüb?

Üzeyir Mehdizadə bu suala "Biz qız deyilik ki, küsək. Ola bilər ki, sənət barəsində anlaşılmazlıq olub. Mən küsülü qala bilmirəm" deyib.

- Üzeyir Mehdizadə niyə yalnız öz bəstələrini oxuyur?

Üzeyir Mehdizadə bu suala "Mahnılarımın taleyini kiməsə etibar etmirəm. Mahnını özüm yazmasam, ifa edərkən onu yaşamaqda çətinlik çəkərəm. Əslində, mənə bir çox söz yazarlarından və bəstəkarlardan təkliflər gəlib. Hətta mənə yaxınlaşıb, pulsuz olaraq musiqi və mahnının sözlərini də vermək istədiklərini bildiriblər. Həmin insanlara izah etmişəm ki, mən yalnız öz yazdıqlarımı oxuya bilərəm, başqalarının yazdıqlarını ürəkdən oxuya bilmərəm. Bu mənim içimdən gəlməlidir. Onu da deyim ki, musiqi savadım da var. Fortepiano sinfini bitirmişəm. Özümü bəstəkar saymıram, amma bir məqamı qeyd etmək istərdim. Sözsüz ki, bu gün sənətin yaşamasında ömürlərinin çox hissəsini bu yolda sərf edənlərin böyük əziyyətləri var. Amma sabah onlar həyatda olmayanda sənəti kim yaşadacaq? Təbii ki, biz cavanlar. Məncə, insanlar tərəfindən sevilən şəxslərin sənəti qəbul olunmalıdır" deyib.

- Üzeyir mahnılarını primitiv və sadə adlandıranlara nə deyir?

"Sadəlik özü bir gözəllikdir. Onu düz deyirlər. Bəzən mahnılarımda ağır sözlərdən istifadə edirəm. Ancaq görürəm ki, tamaşaçılar onu çətinliklə qəbul edir. Təcrübəmdən qaynaqlanıb deyə bilərəm ki, sadə mahnılara maraq daha çoxdur. Dinləyicilər həmin mahnını asanlıqla başa düşür və qəbul edirlər" deyib.

- Üzeyir Mehdizadə tamaşaçıların nəbzini necə tutur? Onun populyarlığının sirri nədədir?

Üzeyir Mehdizadə bunu yaşadığı həyatı təsvir etməsi ilə əlaqələndirib.
"Mən daha çox gördüyüm, yaşadığım həyatı səmimi şəkildə dilə gətirirəm. Hesab edirəm ki, hər bir sahədə səmimiyyət olsa, daha çox sevilər. Qarşındakı insanla söhbət etdikdə, ondan səmimiyyət görmədikdə həmin insanın söhbətini dinləmək istəmirsən. Gənclər hər zaman səmimi sözlərə üstünlük veriblər və mənim mahnılarımda da səmimiyyət özünü bariz şəkildə göstərir".

- Üzeyir Mehdizadənin xarakteri necədir?

Üzeyir Mehdizadə çətin xarakterli olduğunu bildirib: "Bir gün yaxın adamım mənə dedi ki, ya xasiyyətini dəyiş, ya da sənətini. Mən isə heç birini dəyişmədim. İkisi də qaldı. Yalnız düzgünlük olmayan yerdə çətin adamam. Allah hər birimizə gözəl günlər qismət etsin"

- Üzeyir Mehdizadənin avtomobilinin markası nədir?

Üzeyir Mehdizadənin son avtomobili "Mercedes-Maybach"dır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1699   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Beren Saat və Kenan Doğulu analar gününü belə qeyd etdilər- FOTO

12 May bir çox ölkələrdə Analar günü kimi qeyd olunur. xəbər verir ki, türkiyəli məşhurlar anaları ilə bağlı paylaşım ediblər. Beren Saat və Kenan Doğulu cütlüyü də öz anaları ilə görüşərək bu günü qeyd ediblər

13.05.2024 1941
.

"Yalı çapkını"nda daha bir məşhur sima - Foto

"Yalı çapkını" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Tilbe Saran yer alacaq. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır. Tilbe son olaraq "Yaban çiçekleri", "Çöp adam" seriallarında rol alı

16.05.2024 1462
.

"Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"

"Rəşadla oxşar xüsusiyyətlərimiz çoxdur. Amma o elə bil bu zəmanənin adamı deyil. Oğlumda daha çox bəyənmədiyim şey budur. Çox rahat və sərbəstdir. İstərdim ki, daha çevik olsun. Amma sonradan düşünürəm ki, əslində biz bu barədə oxşayırıq. Mən də belə olmuşam". Axşam.az xəbər verir ki, bu sözlər

15.05.2024 827
.

İlkin Əhmədovun evində xeyir iş

Əməkdar artist İlkin Əhmədov 2 yaşlı oğluna kiçik toy edəcək. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Məclis mayın 30-da şəhər restoranlarından birində keçiriləcək. Gecəyə şou-biznes nümayəndələri də dəvət olunub. Qeyd edək ki, xanəndənin daha bir oğlu va

16.05.2024 1125
.

"Kızıl goncalar"ın ulduzu yeni filmdə

"Kızıl goncalar" serialı ilə 9 ildən sonra izləyicilərinin qarşısına çıxan Özgü Namal yeni bir filmə çəkiləcək. OLAY yazır ki, aktrisanın rol aldığı ekran işi 20 mayda mövsümün finalını etdikdən sonra, o, "Sarı zarflar" adlı filmin çəkilişlərinə qatılacaq. Sözügedən layihədə İpe

15.05.2024 464
.

"Röyaya nə etmişəm ki, atası pis olub?"

Müğənni Elnarə Xəlilova Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə münasibətlərindən danışıb. Axşam.az xəbər verir ki, "Astar" verilişinə qonaq olan sənətçi aparıcı Ülvira Qarayevanın "Röya deyirdi ki, Elnarəni görəndə yaxasından yapışacağam. Bu nədir aramızda baş verir? Ata

14.05.2024 805
.

"Heç kəsə yiyə duran yoxdur"

Aparıcı İlhamə Bədəlova çıxışı ilə diqqət çəkib. OLAY yazır ki, o, "Həkimsən" verilişində müzakirəli fikirlər səsləndirib:. "Dediniz ki, bizə yiyə duran yoxdur. Ümumiyyətlə, heç kəsə yiyə duran yoxdur. Birinci, insan özü özünə yiyə durmalıdır, ikinci, ailəsi ona sahib çıxmalıdır, dah

15.05.2024 902
.

İkinci övladı olacaq

Müğənni Leyla Ramazanlının ikinci övladı olacaq. Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Elgizlə izlə" verilişində qonaq olarkən danışıb. O, gələn ay qız övladının dünyaya gələcəyini bildirib. Qeyd edək ki, Kamran adlı bəylə ailəli olan müğənninin Məhəmməd adlı bir oğlu da var

14.05.2024 1159
.

Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb. xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan verilişlərin birində məlumat verib. O, əvvəlcə bu barədə danışmaq istəməsə də, daha sonra auditoriyadakıların israrı ilə etiraf etmək məcburiyyətində qalıb:. "Mənim o qədə

14.05.2024 1537