Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdarı olduğunu bildirib.

BiG.AZ xəbər verir ki, mövzunu globalinfo.az-a şərh edən deputat Fazil Mustafa məhsulların bahalaşmasının uşaqpulunun verilməsi ilə əlaqəli məsələ olmadığın deyib. Onun sözlərinə görə, bu, birbaşa inflyasiya ilə bağlıdır:

"İnflyasiyada qoruyucu mexanizm olaraq əmək haqlarının artırılmasından söhbət gedə bilər. Əsas problemlərdən biri də iş yerlərinin açılmasıdır. Bizdə iş yerləri bəzən statistik olaraq müəyyən rəqəmlərlə göstərilir. Amma burada vətəndaşların orta aylıq əmək haqqından yüksək maaş alması önəmlidir ki, onlar da tələbatlarını həyata keçirə bilsinlər. Ona görə də burada məşğulluq siyasətini daha ciddi şəkildə inkişaf etdirmək lazımdır və insanların alıcılıq qabiliyyəti yüksəlməlidir".

Deputat deyib ki, uşaqpulu ümumiləşdirilmiş termindir:

"Əslində, insanlara ayrı-ayrı formalarda müavinətlər verilir. Təbii ki, müavinətlərin kateqoriyasını genişləndirmək lazımdır. Kateqoriya genişlənəndə artıq "uşaqpulu" dediyimiz vəsait bütün sahələri əhatə edə bilər. Bu müavinətlər də ayrı-ayrı ehtiyacı olan insanlar tərəfindən alına bilir. Ona görə də belə məsələləri bir-biri ilə əlaqələndirərkən bir qədər diqqətli olmalıyıq. Çünki bilavasitə vətəndaşın inflyasiyanın basqısından qorunması üçün iki istiqamətdə tədbirlər önəmlidir: əmək haqlarının artırılması və ən başlıcası, alıcılıq qabiliyyətinin yaradılması. Burada söhbət iş yerlərinin yaradılmasından və normal maaşla təmin olunmaqdan gedir. Bu da azad sahibkarlığın inkişafına dəstək verilməsindən keçir ki, sahibkarlar dövlətin yükünü müəyyən qədər üzərlərinə götürə bilsinlər və iş yerləri açaraq iqtisadiyyatı aktiv dövriyyə sisteminə gətirsinlər".

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda uzun zamandır ki, uşaqpulu məsələsi müzakirə obyektinə çevrilib:

"Burada problem hökumətin öz mövqeyini cəmiyyətə normal şəkildə izah edə bilməməsidir. Əslində, Azərbaycanda 5-6 istiqamət üzrə "uşaqpulu" verilir, amma bunun adı uşaqpulu deyil. Təxmini 500 milyon manata yaxın müxtəlif istiqamətlərdə bu cür adlandıra bilinəcək xərclər mövcuddur. Belə pərakəndəlikdənsə, bunun xalq dilində və xalqın gözləntiləri çərçivəsində adını uşaqpulu qoymaqla, bu vəsaitin ayrılması ilə bağlı addım-addım qərarların verilməsinə ehtiyac var. Bizim iki il bundan öncə təklif elədiyimiz sxem ondan ibarət idi ki, ilk mərhələdə Azərbaycanda uşaqların sayını nəzərə alaraq, uşaqpulu vermək lazımdır.

Ailədə ən çox ikinci uşaq problemi var. Birinci uşağı planlaşdıranda ailə özü də maddi vəziyyətini nəzərə alaraq, onu daha rahat şəkildə planlaşdıra bilir. İkinci uşağı böyütmək isə çətindir. Ailələrin bir çoxu dolanışıqla, xərclərin çox olması ilə əlaqəli çəkinirlər. Ona görə də təklif etmişdik ki, ölkədə 900 mindən çox məhz ikinci uşaq olduğuna görə, 0-18 yaş arası uşaqlara birinci mərhələdə ayda 100 manat verməklə ödənişlər etmək olar. Bu da təqribən ayda 1 milyard manata yaxın vəsait edir".

İqtisadçı deyib ki, onsuz da müxtəlif adlarla müəyyən istiqamətlərdə vəsait xərclənir:

"Deməli, cəmi 500 milyon manat artırmaqla ilk addımı atmaq olar. Bundan sonra artıq növbəti illərdə ölkənin iqtisadi vəziyyəti daha da gücləndikcə digər uşaqlara, yəni 3-cü, 4-cü, 5-ci uşağa da bu yanaşma tətbiq oluna bilər. Ayda 100 manat civarında uşaqpulunun verilməsi dövlət büdcəsinə o qədər də böyük yük olmaz. Amma bu məbləğ ailələrin yükünün xeyli dərəcədə azalmasına səbəb ola bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2696   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pakistanda qızlar məktəbinə bomba hücumu olub

Pakistanın Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində qızlar məktəbinə bombalı hücum təşkil edilib. xəbər verir ki, polis məmuru Səfdər Xan açıqlamasında gecə yarısı qızlar məktəbində naməlum şəxslərin həyata keçirdiyi bombalı hücumda xəsarət alan olmadığını bildirib. Bu ay ikinci dəf

17.05.2024 244
.

Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?

Gəncədəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Uzun müddət davam edən məhkəm

17.05.2024 406
.

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər. Bu barədə məlumat yayıb

17.05.2024 329
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 270
.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 17-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Aleksand

17.05.2024 309
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

12:32 99
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 383
.

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər

İsveçrənin Cenevrə şəhərində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan arasında görüş keçirilib. xəbər verir ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına parlamentlərin dəstək verə biləcəyi məsələlər dəyərləndirilib

17.05.2024 270
.

Kanadada meşə yanğınlarında 6600 nəfər üçün evakuasiya olundu

Kanadanın Qərbi Kanada bölgəsində zərər verən meşə yanğınları olub. BİG.az xəbər verir ki, hadisə səbəbindən 6600 nəfər üçün evakuasiya edilib. Vud Buffalo Regional Şurası tərəfindən "yerli fövqəladə vəziyyət" elan edilib. Alberta ştatının Vud-Buffalo şəhərində Fort-MakMurrayın bir neçə məhəlləsind

17.05.2024 161