Şəhid evində İFTAR
Ramazan ayını yaşayırıq. Oruc tutanlar bilir ki, ən gözəl iftar ailə ilə birlikdə, bir süfrə başında toplaşmaqdır. Adətən ailənin başçıları uşaqları süfrə başına toplayaraq, onlara "siz də iftar açın" deyərək ülvi hisslər oyandırmağa çalışırlar. Amma...
Elə ailələr də var ki, bu gün onların başçıları cismən yanlarında deyil. Bəs onlar iftara oturanda necə?
Şəhidlər ölmürlər. Onlar daim bizimlədir. Odur ki, hər şəhid elə iftar vaxtı yenə süfrəsinin başında olur. Ailəsini ətrafına topayır. Onlarla birgə iftar edir.
Ölməzlik nümunəsi olan şəhidlərimizin ailələrini hər zaman diqqət mərkəzində saxlamaq, onların balalarını öz övladlarımız kimi sevmək mənəvi borcumuzdur. Çünki o övladların ataları, o xanımın həyat yoldaşı bizim rifahımız, balalarımızın azad və firavan yaşaması üçün canını qurban verib, şəhadət məqamına ucalıb.
Yəqin ki, bu ayda çoxlarımız yardımlaşmağı, insanlara kömək etməyi düşünürük. İlk öncə düşünməli olduğumuz, fikrimcə, şəhidlərimizin ailələri olmalıdır. Ona görə yox ki, imkansızdırlar, kasıbdırlar və.s. Şəhid ailələri var ki, kifayət qədər imkanı da var şəraiti də. Burada məsələ maddiyyatdan çıxır. Onların istəyi diqqətdir, qapını açıb halını soruşmaq, içəri girəndə şəhid balasına bir konfet uzatmaq, başına sığal çəkməkdir.
Görəsən, hər gün müxtəlif restoranlarda, kütləvi iftarlar süfrələrində, dəvətlərdə olanda bir dəfə də şəhid ailəsi ilə iftar etməyi düşünürükmü?
Bəlkə də, çoxları elə düşünər ki, bu, şəhid ailəsinə qayğı üçün edilməlidir. Bəli, bu da var. Amma əslində bu iş bizim özümüzə lazımdır.
Şəhid ailəsinin zirvələrdə olan başçısı onsuz da hər gün onların yanındadır, bir süfrədən çörək yeyir...
Orxan Əli
BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam Baxılıb: 7134 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSəudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy
10.05.2021 1956 Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO
Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola
23.05.2020 3532 Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA
Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin
08.10.2019 3062 Məscidlər açılır? - Hacı Şahin DANIŞDI
Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v
18.09.2020 3732 Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı
Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya
27.04.2020 3495 Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?
Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola
11.01.2020 5697 İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu
Uca Allah buyurur: "İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onları
26.03.2020 5917 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü
08.05.2021 2065 Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul
02.05.2021 2822