Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib.

Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında, teatrlarda, idman zallarında və sürücülük məktəblərində 10-15% civarında endirimlərdən yararlanırlar. Ölkənin bəzi universitetlərinin ərazilərində tələbələr üçün velosiped kirayəsi pulsuzdur. Rusiya isə tələbələri üçün ictimai nəqliyyatda gediş haqqını azaltmaqla yanaşı, muzey, teatr və kinoteatr biletlərində böyük endirimlər tətbiq edir. Yayda isə onlar tələbə düşərgələrində ödənişsiz dincələ bilərlər. Yaponiyada tələbələrə onların ali məktəbdə oxuduqlarını təsdiqləyən biletlə yanaşı ikinci bir kart verilir: onun vasitəsilə gənclər universitetin yerləşdiyi prefekturanın fərqli məkanlarında güzəştlər əldə edə bilirlər.

Azərbaycanda isə tələbələr üçün təhsil haqqında müəyyən güzəştlər tətbiq olunur. Şəhid ailəsi statusunu almış ailənin üzvü, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud tələbələr dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil haqqından azad olunurlar.

Tələbələrdən daha hansı güzəştlərin tətbiq olunmasını istədiklərini soruşduqda isə onlar ictimai nəqliyyatda gediş haqqında, idman zallarında, təhsil müəssisələrinin yeməkxanalarında endirimlər edilməsini, həmçinin maarifləndirici tədbirlərin, layihələrin, alimlərlə və ixtiraçılarla görüşlərin ödənişsiz təşkil olunmasını məqbul saydılar.

Maraqlıdır, ölkəmizdə tələbələr üçün başqa hansı güzəştlər tətbiq oluna bilər?

Təhsil eksperti Məzahir Məmmədli Oxu.Az-a açıqlamasında bildirib ki, tələbələrimiz bu məsələ ilə bağlı təhsil aldıqları universitetlərin rəhbərliyinə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, təəssüf ki, cavab ala bilməyiblər:

"Düşünürəm ki, universitet tələbələrini ictimai nəqliyyatda gediş haqqında güzəştləri ehtiva edən kartlarla təmin etməlidir. Həmçinin, həftədə bir neçə dəfə fərqli muzeylərimizdə "açıq qapı" günləri təşkil olunmalıdır ki, tələbələr bunlardan rahatlıqla yararlana bilsinlər".

Ekspert sovet vaxtı tələbələr üçün tətbiq olunan sistemin (ildə bir dəfə 2 manat 50 qəpik ödəniş etməklə bütün nəqliyyat vasitələrində ödənişsiz istifadə hüququ) müəyyən dəyərlər nisbətini nəzərə alaraq yenidən nəzərdən keçirilməsi fikrini irəli sürüb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu fikirdədir ki, tələbələrin ən çox ictimai nəqliyyatda güzəştlərə ehtiyacı var:

"Bir çox Avropa ölkələri tələbələrini müəyyən güzəştli kartlarla təmin edirlər. Bu kartlar vasitəsilə tələbələr, xüsusən ictimai iaşə və digər müəssisələrdə endirimlərdən yararlana bilirlər.

Ölkəmizdə tələbələr üçün təhsil haqqı ilə əlaqədar müəyyən güzəştlər tətbiq edilsə də, ictimai nəqliyyatda heç bir güzəşt yoxdur. Düşünürəm ki, ictimai nəqliyyatda endirimli kartların tətbiqi yaxşı olardı".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT) mətbuat katibi Fidan Həsənova isə Oxu.Az-a açıqlamasında bildirib ki, orta statistik tələbənin birgünlük xərci təxminən 10 manat təşkil edir:

"Bu məbləğin də əsas hissəsini yol və qidalanma xərcləri təşkil edir. ATGT Bakı Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni" QSC-yə yol xərcinin yarıya endirilməsi istiqamətində layihə təklifləri göndərib. Layihəyə görə, tələbə biletini təqdim etməklə endirimdən yararlana bilməlidir. Həmçinin, bəzi təhsil müəssisələri ilə danışıqlar aparılıb və onların bufetlərində satılan qidalara endirim edilməsinə nail olunub".

F.Həsənova qeyd edib ki, tələbələr asudə vaxtlarını səmərəli keçirməli, əyləncəyə də zaman ayırmalıdırlar, buna görə də müvafiq məkanlarda onlara endirimlər edilməsi arzuolunandır:

"Gənclərin bəyəndikləri ulduzların Bakıdakı konsertlərində, müxtəlif festivallarda tələbələrə özəl promokodlar vasitəsilə endirimlər etmək olar. Düzdür, bəzi kinozallarda, muzeylərdə, kitabxanalarda onlara müəyyən güzəştlər edilir. Ancaq təəssüf ki, ölkəmizdə hətta ödənişsiz fəaliyyət göstərən bəzi muzeylərə maraq göstərilmədiyinin şahidi oluruq. Düşünürəm ki, bunun da səbəbi həmin məkanlarla bağlı tələbələrin məlumatının olmamasıdır. Bu xüsusda təklif edə bilərəm ki, ölkədə tələbələr üçün yaradılan güzəştlər barədə informasiyaları onların ən çox istifadə etdikləri platformalarda mütəmadi işıqlandırmaq faydalı olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 491   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Alkoqol proqramı": Spirtli içkilərin pulsuz paylanıldığı şəhər

San-Fransisko səhiyyə xidmətləri evsiz şəxslərə pulsuz spirtli içkilər paylamaq üçün ildə beş milyon dollar xərcləyir. Alkoqol asılılığından əziyyət çəkənlərlə bağlı oğurluq və digər insidentlərin sayını azaltmaq üçün nəzərdə tutulmuş proqram ictimai fəalları tərəfindən tənqid edilib. Bildirir ki, "alkoqo

12.05.2024 460
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.05.2024 1013
.

"Ailəni gəlinlər və kürəkənlər dağıdır"- Müşerref Akay

Tanınmış müğənni Müşərref Akay televiziya proqramlarından birində taleyindən giley-güzar edib. -ın xəbərinə görə, o gəlin və kürəkənin əsla daxil olduqları ailənin doğma fərdi kimi davranmadıqlarını söyləyib. "Ailəni gəlmələr dağıdır - Gəlinlər və kürəkənlər. Ailəyə gələn kürəkən, gəlin ailəni

05.05.2024 553
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 590
.

Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar

Çində yenidən anadan olmaq qadağan olunub. Qanun bu günlərdə ölkə konstitusiyasına əlavə edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Çində ərizə verib öncədən xəbərdarlıq edilmədən yenidən dünyaya gəlmək rəsmən qadağan edilib. Məzəli görünsə də, bu qayda çinlilərin reankarnasiyaya dərin inanc

09.05.2024 589
.

"X"in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Əvvəllər "Twitter" kimi tanınan "X" sosial şəbəkəsi "Bright Data"nın ictimaiyyətə açıq istifadəçi məlumatlarını toplamasının qarşısını ala bilməyib. Məhkəmə sosial şəbəkənin "Bright Data"ya qarşı qaldırdığı iddianı rədd edib. "X"in vəkilləri qarşı tərəf

12.05.2024 269
.

Günlük villa kirayələrinə maraq artıb - VİDEO

Son zamanlar villalarda ad günü, məzun günü və toy mərasimlərinin keçirilməsi ilə bağlı müraciətlərin sayı artıb. -ın xəbərinə görə, əmlak ekspertləri deyirlər ki, vətəndaşların seçimi əsasən dənizkənarı ərazilərdə yerləşən bağ evləri, villalardır. Əmlakçı Mülkədar Rüstəmov deyir ki, illərdir bir ənən

12.05.2024 303
.

Milyonçu qadın özünü öldürdü: Sərvətini görün kimə vəsiyyət etdi

Milyonçu üzgüçülük hovuzu olan bir neçə dəbdəbəli villanın sahibi idi, lakin bir anda intihar etmək qərarına gəlib. xarici mediaya istinadən bildirir ki, tailandlı qulluqçusuna təxminən 100 milyon bat (2 milyon 700 min dollardan çox) dəyərində miras qoyan fransız iş qadını Samui adasında özünü öldürüb

12.05.2024 578
.

"Google Chrome" istifadəçilərinə təcili xəbərdarlıq

"Google" anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran "Chrome" brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb. Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər. Boşluğun təcavüzkarlar tərəfindən nec

12.05.2024 491