Stalinin gizli qarətləri

Stalinin gizli qarətləriAvtoritet Koba

Qafqazın cinayətkarlar dünyasında Kobanı çox yaxşı tanıyırlar. O, ilk dəfə həbsə nümayişlərdə iştirak etdiyi üçün düşür. Batumi həbsxanasında cinayətkarlar tez-tez siyasi məhbusları sındırırdılar. Amma bu iyirmi yaşlı, möhkəm gənci sındırmaq mümkün olmur. Stalin tezliklə bütün cinayətkarları özünə tabe edir. Məhz ilk dəfə, həbsdə olduğu müddətdə o, özünə Koba ləqəbini götürür və cəzasını sona qədər çəkmədən həbsxanadan qaçır.

Koba Qafqaz döyüş qrupunu özünə tabe edir. Bu, inqilab ərəfəsində qurulmuş zərbəçi bölük idi. 1905-ci ildə, inqilabi oyanış zamanı xüsusi xidmət orqanı kimi yenidən peyda olmuşdu. Döyüşçülərdən xüsusi bacarıqlar tələb edilirdi. Hər kəs atla davranmağı, paravoz sürməyi, odlu silahdan atəş açmağı bacarmalı, bıçaqla düzgün hərəkət etmək üçün anatomiyanı yaxşı bilməli idi.
Döyüşçülərdən partiya liderlərinin qorunması, nümayişlər, terror aktlarında və mürtece qüvvələrə qarşı istifadə edilirdi. Lakin 1905-ci ilin yanvar üsyanından sonra, onların işi daha çox qarət olur. Stokholmdakı partiya yığıncağında səs çoxluğu ilə təcili qərar verilir: qarətlər dayandırılsın, döyüşçü qrupları buraxılsın. Lakin gizli fəaliyyət göstərən partiya dərnəklərinə çox pul lazım idi. Silah, nəşriyyat və funksionerlərə maaş üçün. Bolşevikləri dəstələrlə buraxırlar, amma gizli yollarla pul tapmağa qərar verilir. 1907-ci ildə Lenin Stalini (arıq, qara saçlı, gözləri qəhvəyi və sol əli qurumuş, ləqəbi Koba) və Leonid Krasini (ləqəbi Zimin, Nikitiç. mühəndis- kimyagər. Mərkəzi Komitənin texniki döyüş qrupuna rəhbərlik edir. İnqilabdan sonra Daxili Ticarət üzrə xalq komissarı olur.) Berlinə çağırır. Tərəflər razılıq imzalayırlar. Qafqaz döyüş qrupu pul tapır və Leninə verir.

Stalinsayağı qarət

Çar cangüdənləri inqilabçılardan canlı yem kimi istifadə etmək istəyir. Polis öyrənir ki, qarətçilər Tiflisdən pulla gələn poçt ekipajına hücum planlaşdırır. Gizli əməliyyat planı hazırlanır. Polis başa düşür ki, pulların dəqiq çatma vaxtını yalnız poçt kontorunda bilə bilərdilər. İstintaq poçt işçisini sorğu-suala çəkir. Amma o deyir ki, fayton sadəcə, poçt kontorunun qapılarından çıxanda siqnal verib. Əmri isə alçaq boylu, çopur bir gürcüdən alıb.

Stalin qarətdən bir neçə gün qabaq Tiflisdə görünür. O, texniki məsələyə görə öhdəlik daşıyır. Qarətin icrasını isə Kamo ləqəbli həbsxanadan qaçan Simon Ter-Petrosyan öz üzərinə götürür. (Əlamətləri: sağ biləyində əllə düzəldilmiş bomba qəlpələri var. Sağ gözü zədəlidir. 1912-ci ildə ölüm hökmünə məhkum edilib. İnqilabdan sonra Gürcüstan Daxili Ticarət nazirliyinin əməkdaşı olub).

Pul iki isiqamətdə daşınacaqdı. Təhlükəsizlik məqsədilə yolları dəyişirlər. Bu dəfə pulları üçüncü istiqamətdə- İrəvan meydanından aparırlar.

1907-ci ilin 13 iyununda, ekipaj Tiflisin mərkəzi meydanına çıxır. Kazaklar yükü- beş yüz rublluq əskinaslarla dolu iki kisənin qoruyur. Elə bu vaxt meydanda hərbi kapitanın əyləşdiyi fayton peyda olur. Zabit paltarını geyinən, ən təhlükəli qafqaz döyüşçülərindən biri Kamodur. Pul dolu ekipaja müxtəlif istiqamətlərdən bomba yağır. İlk olaraq kassir öldürülür. Kazaklara isə üç bomba atılır. Onların bəziləri ölür, bəziləri isə ağır yaralanır. Qarətçilər kisələri götürüb, gözdən itirlər. Nə az, nə çox, düz dörd milyon çar rubluna sahiblənirlər. Amma, onların bu əməli polisə xəbər verilir, deməli dəstədə ikili agent vardı. Stalini ömür boyu satqınlıq ittihamı izləyir, lakin bu qarət tarixə yazılır!
Qarətdən bir az öncə Berlində görüş keçirilir və Qafqaz döyüşçüləri "Üçlü kollegiya" müqaviləsini imzalayırlar. Lenin partiyadan kənarda pul əldə etdiyi qrupu belə adlandırırdı. Üçlüyə Lenin özü, Leonid Krasin və Aleksandr Boqdanov ( ləqəblər: Verner, Maksimov, Ryadovoy,Psixiatr. ) daxildir.
Tədqiqatlar müəyyənləşdirir ki: Tiflisdəki qarət Tiflis bolşevikləri tərəfindən həyata keçirilib. Tiflis gizli komiteti bu böyük məbləğin yoxa çıxması ilə maraqlanır. Artıq pullar Finlandiyaya-Leninin gizli mənzilinə göndərilmişdi. Koba bu sirri aça bilmir. Leninin "Üçlü kollegiya" danışığı çox təhlükəli sirdir. O, hər şeyi öz üzərinə götürür. Tiflis komitəsi Stalini partiyadan çıxarır. Bu barədə xəbər mərkəzə göndərilir və Stalin təcili olaraq Tiflisdən itir.

O agentmi idi?

Stalin agent idimi? Belə bir şübhə var. Lakin bunu təsdiq və ya təkzib edən heç bir sənəd yoxdur. Stalin beş dəfə həbs edilib. Amma hər dəfə hökmdən yaxa qurtara bilib.

Koba Bakıya gələndə şəhər neft çevrilişi yaşayırdı. Bakı ərazisi o zaman qoçular arasında bölünmüşdü. Koba bu qoçuları yeni döyüş qrupu halında birləşməyə dəvət edir. Polis araşdırmaları göstərir ki, onların üç ildə etdikləri qarət miqyası düz üç milyon rubla bərabərdir.

Koba bandasının törətdiyi ən böyük qarət isə "İmperator Birinci Nikolay" paraxoduna hücumda baş tutur.

1908-ci il. Paraxod sahildən ayrılana yaxın polis formalı adamlar görünür. Onlar təhlükəli cinayətkarları axtarmaq bəhanəsi ilə göyərtəyə qalxır və birdən qışqırırlar: "Silahları atın!".

Stalin qrupu seyfi ələ keçirir. Şəhərin ən yaxşı dəmirçisi Əhməd seyfi qırır və oradan düz bir milyon iki yüz min rubl çıxır.

Stalin Əhmədlə birlikdə sürətli katerə minib aradan çıxır.

Lakin Tiflisdəki qarət gizli "Üçlü kollegiyaya" bircə köpük də xeyir vermir. Qarətçilərin izinə düşə bilməyən polis bütün dünya banklarına oğurlanmış banknotların nömrələrini göndərir. İlk beşyüz rubllar Fransa və İngiltərədə tapılır. Onlarla birlikdə məşhur inqilabçılar Valexa Meer də həbs edilir. Berlində Kamo tutulur. Partiya kassası Leninin şəxsi nəzarəti altında olur. Partiyanın başına keçəndən sonra Lenin Stalini Mərkəzi Komitənin üzvlüyünə keçirir.

Stalin SSRİ rəhbəri olanda, həmin məşhur qarətçi qrupun üzvləri artıq həyatda yox idilər. 1922-ci ildə sirli şəraitdə, yük maşınının təkərləri altında əfsanəvi Kamo öldürülür. Leonid Krasin Oktyabr inqilabından sonra Londonda ölür. Onun ardınca uğursuz qan köçürülməsindən "Üçlü kollegiyanın" son üzvü Aleksandr Boqdanov dünyasını dəyişir.

Oğurlanmış pulların bir qəpiyi də xərclənmir. Məlum olanda ki, dünyada heç bir bank həmin pulları dəyişməyəcək, Lenin və Krupskaya bütün beşyüzlükləri peçdə yandırırlar.
Mənbə:publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4094   Tarix: 06 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 318
.

Dünya əhalisinin üçdə biri zəhərli su içir - TƏDQİQAT

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. Tədqiqat "Science of The Total Environment" elmi jurnalında dərc olunub. Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyy

23.03.2024 320
.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 393
.

Duzu azaltsaq, bədənimizdə hansı dəyişikliklər olacaq?

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Harvard Universitetinin araşdırmasına görə, çox duz istehlak etmək müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər. Mütəxəssislər bildirib ki, orqanizmdən duzu tamamilə çıxartmaq olmaz. Əksinə, onu az, miqdarında istifadə etmək lazımdır

10.03.2024 1004
.

İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar. xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər vəziyyət

24.03.2024 853
.

96 il əvvəlki avtomobil modeli yenidən istehsal olundu

"Bentley" tarixindəki ən uğurlu yarış avtomobili olan "Speed Six"i yenidən təqdim edib. xarici mediaya istinadla bildirir ki, "Speed Six" 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız 1930-cu ildə çıxıb. "Bentley" məhdud sayda 12 yarış avtomobili buraxacaq

23.03.2024 374
.

Papa Fransisk: "Vatikanda mənim ölümümə ümid edənlər var"

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk müalicə üçün xəstəxanada olarkən öləcəyinə və ya istefaya getməsinə ümid edənlər olub. Bu barədə Vatikan rəhbəri bu ay nəşr olunacaq "Həyat: Tarix boyu hekayəm" adlı kitabında yazıb. Biografiyadan hissələri İtaliyanın "Corriere della Sera"

16.03.2024 354
.

30 ildir mağazaları qarət edən qadın hamını ŞOKA SALDI

Almaniyanın Dessau şəhərində 30 ildir mağazaları qarət edən Qriet V. adlı qadın saxlanılıb. Təxminlərə görə o, o qədər mal oğurlayıb ki, hətta evinin zirzəmisini də doldurub. xarici mediaya istinadla bildirir ki, Qrit V.-nın 1700 qutu, çanta və kisələrdə saxlanılan əşyalar və oğurlandığı malların ümum

24.03.2024 390
.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəl

23.03.2024 336