İstanbulda Ramil Səfərov dalğası - Ermənilər aksiyaya başlayıb

İstanbulda Ramil Səfərov dalğası - Ermənilər aksiyaya başlayıbTürkiyə ermənilərinin "Nor Zartonk" təşkilatının təşəbbüsü ilə İstanbulda, bəzi hüquq-müdafiə təşkilatlarınında dəstək verdiyi etiraz aksiyası keçirilib.

Aksiya erməni mənşəli türk əsgəri Sevak Şahinin ölümündə təqsirləndirilən Kıvanç Ağaoğlunun məhkəmə tərəfindən həbssiz mühakimə olunmaqla azadlığa buraxılmasına etiraz əlaməti olaraq keçirilib.

Sentyabrın 7-də yekun qərarı verməli olan hərbi tribunal, aparılan istintaqın nəticəsində Sevak Şahinin təsadüf nəticəsində dünyasını dəyişdiyini müəyyənləşdirərək, Kıvaç Ağaoğolunu sərbəst buraxıb.

Tribunalın bu qərarı Türkiyənin daxili düşmənlərini ermənilər başda olmaqla hərəkətə keçirib. Var qüvvələri ilə Türkiyə dövlətinin beynəlxalq imicinə zərbə vurmağa, bütün destruktiv fəaliyyətlərini türk dövlətçiliyinin zəifləməsinə yönəldən türk düşmənləri bu gün də iş başında idilər.

Türtkiyədəki demokratik şəraitdən öz xeyirlərinə maksimum istifadə edən Türkiyənin erməni və kürd təşkilatları, kürd və erməni dillərində səsləndirdikləri antitürk süarları ilə İstanbulun mərkəzində yürüyərək, mübahisə zəmnində baş vermiş bir məişət problemini dünyanın diqqətinə türk ordusunda ermənilərin kütləvi qırğını kimi qələmə verməyə çalışıblar. Ermənilər əllərində "Türk dövləti qatildir!", "Hərbi xidmətə getməyin!", "Biz hamımız Sevakıq, biz hamımız erməniyik!" kimi şüarlar yazılmış plakatlar tutublar.

Hadisənin təfərrüatları isə tamam başqa cürdür. Aparılan araşdırma zamanı məlum olub ki, 24 aprel 2012-ci il tarixdə Batman vilayətindəki Kozluk hərb dairəsinin hərbi hissələrindən birində erməni əsilli əsgər Sevak Şahinlə Kıvanç Ağaoğlu arasında mübahisə baş verib. Sevak Şahin uydurma "erməni soyqırımının" ildönümü olduğunu, türklərin 1915-ci ildə erməniləri qırdığını iddia edərək türk millətinin ünvanına təhqiramiz ifadələr işlədib. PKK-nın və ASALA-nın tezliklə Türkiyəni məhv edəcəyini, o günün yaxınlıqda olduğunu deyən Sevak, kazarmada uyudurma soyqırımın ayrı-ayrı fraqmentlərini özündə əks etdirən böyük bir divar rəsmini divara yapışdırmağa cəhd göstərib. Üzərində türklərə qarşı təhqiramiz ifadələr yazılmış plakatı onun əlindən almaq istəyən Kıvanç Ağaoğlu ilə Sevakın arasında əlbayaxa döyüş başlayıb. Öz vətənində milli hisslərinə toxunulmuş türk əsgəri plakatı buraxıb onun üstünə tullanan erməni Sevakdan özünü müdafiə etmək üçün onun zərbələrinə cavab vermək məcburiyyətində qalıb. Əlbəyaxa dava zamanı erməni Sevak öldürülüb.

Hadisəni araşdıran təhqiqatçılar Sevakın Ağaoğlu tərəfindən ehtiyatsızlıdan öldürüldüyü qənaətinə gəlib. Hadisənin şahidləri də Kıvanç Ağaoğlunun ifadəsini təsdiqləyiblər. Türk ordusunda erməni mənşəli əsgərlərin iştirakı ilə bənzər hadisalərin tez-tez baş verdiyi media orqanlarının xəbərlərində də yer alır. Ekstremist çıxışları, xüsusilə kürd əsilli əsgərlərlə türklərin arasına nifaq salmaq cəhdləri ilə erməni mənşəli əsgərlər, türk ordusunun müxtəlif qoşun birləşmələrində dəfələrlə hissə komandanlıqları tərəfindən inzibatı cəzaya məhkum ediliblər.
Mənbə:publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3472   Tarix: 10 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930