Ramil Səfərovun yeri bilindi

Ramil Səfərovun yeri bilindiR.Səfərov işə gedib-gəlir və heç bir problem yoxdur.
Macarıstandan ekstradisiya edilərək prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılan Ramil Səfərovla bağlı yeni xəbər var. Məlumata görə, zabitimiz hazırda Bakıda yaşayır və artıq işə çıxır. Mayor rütbəsi alan R.Səfərovun xidmət başında olması barədə hərbi ekspert Üzeyir Cəfərli məlumat verib. Onun sözlərinə görə, R.Səfərov işə gedib-gəlir və heç bir problem yoxdur.

Ekspert qeyd etdi ki, zabit hüquq-mühafizə orqanları tərəfindən qorunur və yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülür: "Onun atası bir qədər qeyri-səmimilik edib. Deyib ki, əfvdən sonra üzünü bir dəfə görmüşəm. Ramil Səfərov Bakıdadır, işə çıxır. Məndə olan məlumata görə, Bakıdakı hərbi hissələrdən birində xidmətə başlayıb. Onun mühafizəsi də təşkil olunub. Ümumiyyətlə, ASALA-nın Bakıda gəlib terror törədəcəyi də inandırıcı deyil. Bunlar boş söhbətlərdir".

Ü.Cəfərli zabitin heç bir yerdə gizlədilmədiyini söylədi: "Ona sadəcə deyilib ki, bir qədər diqqətli olsun. Ramil Səfərov mayor rütbəsi alıb və işinə başlayıb. Mən ASALA-nın terror təşkilatı olduğunu yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, XXI əsr texnologiya dövrüdür. İndi texnikanın imkanları ilə ASALA üzvünün harada olduğunu, hansı çıxışlar etdiyini, nə planlar qurduğunu izləmək olar".

Müsahibimiz əlavə etdi ki, R.Səfərov Azərbaycanın müdafiə sektoruna lazım olan zabitimizdir və onun tezliklə xidmətə başlaması müsbət haldır. R.Səfərovun işini bərpa etməsi xəbərini dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə telefon əlaqəsi cəhdimiz baş tutmadı.

Qeyd edək ki, erməni terrorçuların hədəfində, adı dünyanın ən güclü təşkilatlarının və ölkə rəhbərlərinin dilində olan zabitimizin harada olması bu günə kimi maraq doğururdu.

R.Səfərovun atası Sahib Səfərov isə sentyabrın 7-də "mediaforum"a bildirmişdi ki, oğlunun harada olması sualı ona da maraqlıdır: "Ramili ancaq Azərbaycana gəldiyi gün görmüşəm. Ondan sonra görüşümüz olmayıb. Evimizdən qonaq əskik olmur, camaatımız sağ olsun. Hələ də gəlib-gedənlər var. Gözaydınlığı, təbrik davam edir. Amma Ramilin üzünü görmürəm. Evə gəlmir. Yəqin, təhlükəsizliklə bağlıdır. Çünki ermənilərin hay-küyü bir qırağa qalsın, özümüzünkülər burada özlərini parçalayırlar ki, Macarıstanı aldadıblar, cənab prezident Ramili niyə əfv edib, hansı qanun əsasında əfv edib. Heç özümüzünkülər də imkan vermirlər bilək ki, nə baş verir. Hazırda Ramilin harada olduğunu bilmirəm. Heç təzə evinin yerini də, Ramilin orada olub-olmadığını da bilmirəm. Telefon əlaqəmiz də yoxdur. Bizə ilk gündən deyirlər ki, narahat olmayın, hər şey qaydasındadır".
xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7732   Tarix: 11 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 199
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 255
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 457
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 583
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 252