Bu gün Briliant Dadaşovanını ad günüdür

Bu gün Briliant Dadaşovanını ad günüdürBu gün Azərbaycanın xalq artisti, çağdaş estrada musiqisinə öz dəsti-xəttini gətirmiş bir müğənninin, məşhur Dadaşovlar nəslinin layiqli davamçısı Brilliant Dadaşovanın doğum günüdür.

Qadından yaş soruşmağın qəbahət olduğunu nəzərə alıb, Brilliant xanımı öz təbirincə yazsaq, 15 yaşını qeyd edən yubiliyar kimi təbrik etməyə qərar verdik.

Əslində, həmişə təvazökarlıqdan uzaq olan bu xanım sənəti üçün heç də tərif dolu sözlər axtarışında olmayıb. Ziyalı alim Süleyman Dadaşovun ailəsində dünyaya göz açan Brilliantın böyük səhnəyə gəlişi heç də təsadüfi olmayıb.

Anası, zamanında tanınmış qarmon ifaçısı olmuş Qızxanım Dadaşovadan bəhrələnən evin sonbeşik qızı hələ səkkizinci sinifdə oxuyarkən sənət korifeyləri - Rəşid Behbudov, Şövkət Ələkbərova ilə eyni səhnəni paylaşmaq şərəfinə nail olub. Bundan sonra yaradıcılıq yolunu uğurla davam etdirən müğənni ali musiqi təhsili almaqdan ötrü İncəsənət Universitetinə qəbul olur.

Və uğurlu karyerasına start verib qarşısına qoyduğu məqsədə çatmaqdan ötrü uğurla addımlamağa başlayır. Mərhum virtuoz musiqiçi Rafiq Babayevin dəstəyini almış yeganə xanım müğənni olmuş Brilliant məhz ustadı bildiyi musiqiçinin bilavasitə iştirakıyla dünyanın əksər konsert salonlarında çıxışlar eməyə də müvəffəq oldu. SSRİ-nin xalq artisti Vaxtanq Kikabidze zamanında Brilliantı Rusiya estradasına qoşulmağa dəvət etsə də, o, Azərbaycan səhnəsinə çıxmağı daha önəmli saydı.

Son 15 ildə isə, hələ heç bir sənətçinin Türkiyə şou-biznesinə ayaq açmadığı vaxtlarda Brilliant Dadaşova qardaş ölkədə yetərincə sahib olduğu yüksək sənətini tanıtmağı bacardı. Pop-diva Ajda Pekkanı heyrətləndirən Brilliant Dadaşova sahib olduğu sənətin böyüklüyü ilə Ajdanın sevgisini qazandı, hətta "mən sənin səsindəki xırdalıqlara qibtə etdim" - sözlərini də eşitdi. Brilliant adını Pırlanta kimi improvizə edərək qəbul edən osmanlı türkləri xalq artistimizi öz müğənnilərindən ayırmırlar.

Brilliant həm də qayğıkeş ana, gözəl ailə sahibi olan müğənnidir və Cahad adlı əsl azərbaycanlı kişisini yetişdirib, vətənə layiq olan oğul kimi böyüdür.
Mənbə:qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2793   Tarix: 15 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352