Xəyanət edən qadını bağışlamaq olarmı ?

Xəyanət edən qadını bağışlamaq olarmı ?Ərtoğrul Özkökün yazısı

Kulis.az Türkiyənin tanınmış köşə yazarı Ərtoğrul Özkökün xəyanətlə bağlı yazısını təqdim edir.

Bir dəfə xəyanət edən qadın bu addımı yenə atar

O, həddən artıq yaraşıqlı kişidir, ona xəyanət edən sevgilisindən ayrılandan sonra nə edəcəyini bilmir. Ən azı keçmiş sevgilisi qədər gözəl qadınlar ona təsəlli versə də, qərar verməkdə çətinlik çəkir. Çünki beynində, tez-tez təkrarlanan o sual dolaşır...

Bitmiş, tükənmiş kişisiniz.

Sevdiyiniz qadının sizi başqa biri aldatdığını öyrənmisiniz.

Hərə bir şey deyir, hər ağızdan bir söz çıxır.

Kimisi dərdinizi anlamağa çalışır.

Amma sevdiyiniz qadın hələ də gözünüzün qarşından getmir. Bədənini, üzünü, sevişdiyiniz anları bir saniyə belə unuda bilmirsiniz.

O bədənə başqa bir kişinin sahib olduğunu düşündükcə məhv olur, ölürsünüz.

Yenə bəhanə axtarırsınız.

Hər şeyin düzələcəyinə, keçmiş günlərin qayıdacağına inamınız hələ ölməyib.

Bir balaca kömək, dəstək gözləyirsiniz.

Elə bu vaxt çox yaxın rəfiqəniz, dostunuz zəng vurub deyir: "Bağışlama... Geri qayıtma". Sanki sizi ən ağır cümləyə hazırlayır: "Qadın bir dəfə xəyanət edibsə, yenə edəcək..."

Məhəbbət üçbucağı: Qadın – 22 yaş, sevgilisi – 24 yaş, digər tərəf – 41 yaş

Hər şey jurnalda çıxan foto ilə başladı.

"Alatoran" (Twilight) filminin baş rol ifaçısı Kristen Stüardın bir kişi ilə səmimi pozada fotosu yayımlandı.

Həmin adam "Ağca xanım və ovçu" adlı uğursuz bir filmin rejissoru Rupert Sanders idi.

Stüard da o filmə çəkilmişdi.

Kristen Stüardın 22 yaşı var. Münasibət qurduğu rejissorun isə 41 yaşı.

Bu hadisə təkcə yaş fərqinə görə diqqət çəkmirdi: Kristen Stüard "Alatoran" filmində birlikdə çəkildiyi Robert Pattinsonun sevgilisi idi.
Aralarındakı sevgi bəlkə də XXI əsr Hollivudunun ilk əfsanəvi sevgisiydi.

İngilis əsilli gənc oğlan "Alatoran" dünyasının, gənc qızların gözündəki ən böyük qəhrəmanı idi.

Hamı onların bir-birilərinə çox yaraşdığını deyirdi.

İkisi də birgə yaşadıqları evi tərk etdi

Stüard münasibətini gizlətmədi. Əksinə, çıxıb hər şeyin doğru olduğunu dedi. Sonra Robert Pattinsonun xətrinə dəydiyinə görə çox pis olduğunu, onu çox sevdiyini və təkcə onu sevdiyini bildirdi.

Amma olan olmuşdu.

Pattinson birgə yaşadıqları evi tərk etmişdi. Stüard da valideynlərinin evinə qayıtdı.

"Alatoran" birdən-birə Hollivud melodramına çevrildi. Hamı bu məsələdən danışmağa başladı.

Ən qəribəsi isə ətrafdakıların reaksiyası idi: onlar cütlüyün barışmağını istəyir və bunun üçün yol axtarırdılar.

Amma hamı eyni fikirdə deyildi.

İki qadın ona evinin qapısını açır

Pattinson çox gəncdir və içəndir. "Alatoran"ın çəkilişləri zamanı barlarda pivə ilə necə sərxoş olduğundan danışırdı. Sonra içkini atdı.

Mətbuata gələn ilk xəbər onun yenidən əlində pivə ilə barlarda görünməyi idi.

Evi tərk edəndən sonra "Fillər üçün su" filmində birlikdə işlədiyi aktrisa Riz Uizerspun ona qapısını açmışdı. Bir müddət onunla qalmış və başqaları ilə əlaqəni kəsmişdi.

Fikiri dağınıq idi. Dostlarının dediyinə görə, Stüard bütün gün ona mesaj yazırmış. O da qərar verə bilmirdi, amma qayıtmaq üçün birinin dəstəyinə, köməyinə möhtac idi.

Elə həmin vaxtda gözləmədiyi bir şey oldu.

Pattinson ingilisdir. Ən yaxın rəfiqəsi Sienna Miller əvvəlki uğurlu ingilis aktyorlar nəslindən idi. Siennanın da Cud Lo ilə enişli-yoxuşlu münasibəti olmuşdu.

Tövsiyyə: "Qayıtma"

Sienna Miller dünyanın ən "cool" vampirinə zəng vurub belə dedi: "Bağışlama. Geri də qayıtma. Bu qız səni yenə aldadacaq".

Bir az sonra Riz Uizerspun da eyni şeyi deyəcəkdi: "Qayıtma".

Çox sevdiyi, hörmət etdiyi iki qadın ona eyni şeyi demişdi: "Nə badə geri qayıdasan...".

Xəyanətdən sonra görüşən iki sevgili nə edər?

Başqası ilə sevişən qadın gələcəkdə də xəyanət edərmi?

Qadınların nə hiss etdiyini bilmirəm.

Kişilərdən soruşsaq, cavab belə olar: Mütləq edər.

Amma nə vaxta qədər? Qadını çox sevən hər kişi üçün mütləq "Kazanova qanunu" keçərlidir.

Qadından qadına gedə bilərsiniz, amma bir gün qarşınıza elə bir qadın çıxar ki...

Divarla toqquşmaq kimi...

Həyatınızın ən böyük qorxusunu yaşamağa başlayarsınız...

Qadınlar üçün də bu qanunun keçərli olduğunu düşünürəm.

Başqasına gedən qadın yenə gedər.

Amma həqiqi sevgini tapana qədər.

Ona görə də, bu sualı bir kənara qoyub əsas məsələyə qayıdaq.

O qadına geri qayıdarsınız...

Başqasını seçən qadın geri qayıda bilərmi?

Cavabım sadədir.

O qadını həqiqətən sevirsinizsə, gedə bilməzsiniz. Gedə bilmədiyiniz üçün qayıda da bilmirsiniz.

Amma bilin ki, qayıtdığınız yer artıq həmin yer deyil.

Ona görə də, mən Pattinson olsaydım, qayıdardım. Mənə "Qayıtma" deyən möhtəşəm Sienna Miller olsa da, qayıdardım.

"Alatoran" finalının səhəri

Bu həftəki "US Weekly" və "People" jurnalında bir xəbər vardı.

Robert Pattinson və Kristen Stüard keçən həftə bir evdə gizli görüşüblər.

Stüard sevdiyi oğlana evinin açarlarını verib.

Sizcə, o gecə nələr olub?

Xəyanəti görən hər kəs bilir bunun cavabını.

Onlar ömürlərinin ən unudulmaz sevişməsini yaşayıblar.

Ən iztirablı, amma ən həyəcanlı gecəsini keçiriblər.

Çünki həyat qəribədir.

Qadınla kişinin arasındakı münasibəti onlardan yaxşı heç kim bilə bilməz.

Mənsə...

Xoşbəxtəm.

"Alatoran" fanatıyam və o cəsarətli vampir mənə kişi olmağın çox yaxşı bir şey olduğunu deyir.

Qoruyan kişi həm də bağışlayandır.
Bəzən bağışlamaq qəbul etmək və qayıtmaqdır.

Həyatın ən möhtəşəm qərarıdır.

Çünki Cemal Sürəyanın dediyi kimi: "Qüruru olmamaq kişiyə çox yaraşır".

Aldatmağı başqası ilə sevişməklə əvəz edin

Məni narahat edən bir mövzuya da toxunum.

Aldatmaq sözünü heç sevmirəm. Bu sözün qadınlara deyilməsindən də xoşum gəlmir.

XXI əsrin dildəki ilk böyük yeniliyi aldatmaq felini başqa fellə əvəz etmək olardı.

Keçən həftə o sözün başqasıyla sevişməklə əvəz edilə biləcəyini yazmışdım.

Dəyişdirilmək ehtimalı çox azdır.

Çünki iki sözdən ibarətdir və deyilməsi, işlədilməsi çətindir.

Ona görə də, siz bu yazıdakı aldatmaq fellərini başqası ilə sevişmək kimi oxuyun.

Çevirdi: Rəna Nevzat


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6571   Tarix: 05 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364