Samuxda ata doğma qızını arvadının gözü qarşısında zorladı !

Samuxda ata doğma qızını arvadının gözü qarşısında zorladı !10 il cəza alan atanın doğma qızından bir oğul övladı olub
Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlama cinayətində təqsirli bilinən Samux rayon sakini, 1972-ci il təvəllüdlü A. N. nin cinayət işi üzrə məhkəmə başa çatıb.

Qoca anasına baş çəkmək adı ilə qızını yarmcıq tikilidə zorladı
Publika.Az xəbər verir ki, A. N. də 1995-ci ildə anadan olmuş və yetkinlik yaşına çatmayan qızı A. N. ni zorlamaq qərarına gəlib. O, istintaqa məlum olmayan günlərin birində, axşam saat 22 radələrində, sərxoş vəziyyətdə qızını zorlamaq məqsədilə aldadaraq, anasına baş çəkmək bəhanəsi ilə yaşadıqları Samux rayonunun Lək Kəndində T. H. ova məxsus fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş və dörd bir tərəfi metal torla çəpərlənmiş torpaq sahəsinə aparıb.
A. N. həmin ərazidə qızının qollarından tutaraq burub yerə yıxıb və köməksiz vəziyyətdə olan qızı ilə cinsi əlaqədə olaraq, onu zorlayıb.

Ata qızı ilə öz arvadının gözü qarşısnda 10-12 dəfə cinsi əlaqədə olub
A. N. öz cinayətkar hərəkətlərini davam etdirirək mütamadi olaraq istintaqa məlum olmayan tarixlərdə yaşadıqları Samux rayonu Lək kəndində yerləşən evində A. N. yə fiziki zor tətbiq edərək öldürəcəyi hədəsi ilə sonuncunun anası B. N. nın gözləri qarşısında onunla təxminən 10-12 dəfə cinsi əlaqədə olub.
Sonuncu dəfə isə ötən ilin dekabrın 25-də, gecə saat 1 radələrində sərxoş vəziyyətdə A. N. ni döyüb və sonra anasının gözləri qarşısında onunla cinsi əlaqədə olub.

Qızını qısqanan ata...
Bundan başqaŞ A. N. dekabrın 24-də saat 15 radələrində, sərxoş vəziyyətdə yaşadığı Samux rayonu, Lək kəndində yerləşən evində qısqanclıq zəminində A. N. sillə, yumruqla vuraraq xəsarətlər yetirib.

Manyak atanın ittiham olunduğu maddələr...
Bununla da təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 132-ci (döymə), 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama)149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib.

"Qızımı sərxoş olub zorlamışam"
Məhkəmədə ifadə verən A. N. də törətdiyi cinayət əməlini etiraf edib, əməlindən peşman olduğunu bildirib. O, törətdiyi cinayət əməlini sərxoşluğu ilə əlaqədar törətdiyini göstərib. O, daha sonra qeyd edib ki, öldürmə hədəsi ilə cinayət törətməyib.

Manyakın ailəsi və doğma qızından bir oğul övladı...
Cinayətdə ittiham olunan A. N. üç uşaq atasıdır. Onun həyat yoldaşı ilə olan nikahdan 1 qızı, 2 oğlu var. Həbsdə olduğu müddətdə onun ailəsində bir nəfər də artıb. Belə ki, zorladığı doğma qızı öz atasından bir oğul dünyaya gətirib. Cinayətdə ittiham olunanın ailəsində yalnız həyat yoldaşı əmək qabiliyyəti var, o da heç bir yerdə işləmir.

Manyak atanın cəzası...
Məhkəmə hesab edib ki, A. N. peşmançılıqdan və ya cinayəti sərxoş olduğu üçün törədilməsindən söhbət gedə bilməz. Ona görə də məhkəmə kollegiyası hökmdə təqsirləndirilən şəxsin sərxoşluğunu onun cəzasının yüngülləşdirən hal kimi əməlinə heç bir təsir etmədiyini qeyd edilir. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə 10 il müddətinə hökm çıxarılıb.

Manyak ata həmin hökmdən apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Həbs olmayan cəza ilə cəzasının əvəz edilməsini xahiş edən A. N. qeyd edib ki, ağır ailəsi var və dolanışıq üçün pul gətirən təkcə özü olub. O, utanmadan doğma qızından da övladının olduğunu dilə gətirərək onu da dolandırmaq lazım olduğunu bildirib. Onun apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Ceyhun Əhmədovun sədrlik etdiyi kollegiyada A. N. cəzasından bir il çıxılıb və barəsində qəti olaraq 9 il müddətinə cəza təyin edilib.

Yeni qanun manyak atanı cəzadan 1 il xilas etdi
Qeyd edək ki, A. N. cəzasından bir il çıxılmaqla onun apelyasiya şikayəti təmin olunmuş hesab edilmir. Çünki yeni qanunvericiliyə görə, Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi cinayət işindən xaric edilib və bu maddənin tərkibində cinayət əməli ləğv edilib. Əlavə edək ki, Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə olan hissəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 29 uyun 2012-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən əməlinin cinayət olmaması və cəzalanmalı olmasını aradan qalıdıran yeni qanun qüvvəyə minib. Buna görə də həmin maddə üzrə təqsirləndirilən şəxsin əməlində olan cinayət işinə xitam verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 33159   Tarix: 11 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381