Sami Yusufdan Peyğəmbəri təhqir edənlərə cavab ( Video)

Sami Yusufdan Peyğəmbəri təhqir edənlərə cavab ( Video)

Məhəmməd Peyğəmbər haqqında klip çəkilib.
Azərbaycan əsilli müğənni Sami Yusuf Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkən təxribatçı qüvvələrə cavab olaraq animasiya versiyasında klip çəkib. Sami Yusufun mətbuat xidmətindən verilən məlumata görə, "İt’s game" (Bu oyundur) adlı mahnı dünyanın bütün müqəddəs ənənələrini birləşdirir, sülh, sevgi, təvazökarlıq və tolerantlığın ümumi dəyərlərinin yenidən bərpa olunmasına ehtiyacın olduğunu vurğulamağa çalışır. Peyğəmbərə həsr edilmiş mahnında Sami Yusuf bu sözlərlə bütün dünyaya səslənib: "Nə ayıbdır onların dedikləri. Bu onların hər zaman oynayacağı bir oyundur. Qoy nə demək istəyirlərsə, desinlər. Bir oyun idi bu oynadıqları. Onun (s.ə.s) kim olduğunu bilmədən təhqir etdilər. Ama həqiqətən tanıdıqca, heyranı oldular".

Qeyd edək ki, Sami Yusufun "Salaam" adlı albomu noybarın 3-də işıq üzü görəcək. Müğənni hazırda öz musiqi şirkətini qurur. O, bütün sevənlərindən onun üçün dua etməsini də xahiş edib.

ANSPRESS


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4448   Tarix: 19 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390