• Sübh namazı 05:30
  • Gün çıxma vaxtı 07:07
  • Zöhr namazı 13:41
  • Əsr namazı 17:22
  • Axşam namazı 20:15
  • İşa namazı 21:45
 Bakı
  • Gündüz +29
  • Gecə +24
AZN məzənnəsi
USD
0.7844
EUR
1.0336
RUR
0.0213

Yolka bəzəmək ənənəsi haradan gəlir?

Yolka bəzəmək ənənəsi haradan gəlir?


Yolka bəzəmək ənənəsi haradan gəlir?


Yeni il bayramını al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu yolka təbii küknar ağacından olsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir?

Çoxları yolka bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan yolkanın bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi. Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə yolka bütün dünyada məşhurlaşıb.
Yolka bəzəmək ənənəsi haradan gəlir?


Hazırda hər bir xalqın özünəməxsus yolka bəzəmək adəti var. Onlardan bir neçəsi aşağıdakı kimidir.

Meksika – Bu ölkədə ən məşhur yeni il bəzəyi İsa Peyğəmbərin doğulmasını əks etdirən kompozisiyadır.
Qvatemala – Burada da əhali əsasən İncildən olan səhnələr əks edilmiş bəzəklərdən istifadə edirlər. Bəzədilən yolkanın altına uşaqlar üçün hədiyyələr qoyulur.
Qrelandiya– iqlimindən asılı olaraq burada şam ağacı bitmir. Amma bu sakinlərə yeni ili yolkasız qarşılamağa mane olmur. Kənardan gətirilən ağac əl-əlvan bəzdilir. Adətən bəzək əşyası kimi şamlardan və əlvan lentlərdən istifadə edilir.
Braziliya – Bu ölkə bayramı isti havada qeyd edir. Bunun üçün də yolka ağ pambıqla bəzədilir. Bu mülayim havada qar effekti yaratmaq üçün nəzərdə tutulub.
İrlandiya – bu ölkədə yeni ildə qış əsl üzünü bol qar və kəskin şaxta ilə göstərir. İrlandiyalılar yolkalarını isti rəngli oyuncaqlarla bəzəməyə üstünlük verirlər. Yolkanın başına isə mələk və ya ulduz asırlar. Qapılara isə kiçik rəngli lentlərlə bəzədilmiş güllər asılır.
İsveç – isveçlilər bayramdan əvvəl yolka bəzəməyi sevmirlər. Onlar yolkanı düz bayram günü alırlar. Ağac əsasən küçədə qurulur. Yolka günəş, ulduz və qar dənəsi kimi bəzəklərlə bəzədilir.


Qeyd edək ki, Yeni il münasibəti bir çox ölkələrin mərkəzi meydanlarında böyük yolkalar qurulur. Bu il dünyanın ən böyük yolkası Meksikada qurulub. Ağacın hündürlüyü 110 metrdir.


Yolka bəzəmək ənənəsi haradan gəlir?
Paylaş:
Bölmə: Maraqlı Müəllif: Fairy_ Oxunub: 4220 Tarix: 26.12.2009
Mobil telefonlardan sayta daxil olmaq və şərh yazmaq üçün Wap.BiG.Az-a daxil olun !
Fikrini bildir !
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
Bölmələr
Pulsuz elanlar sayti

Mobil pulsuz yukleme sayti