Elçibəyin vəsiyyəti [Tam Mətn]

Elçibəyin vəsiyyəti [Tam Mətn]"... Mən bunu cəmiyyətdən gizlədirdim ki, müəyyən işləri görə bilim"

Hazırda ölkə gündəmini məşğul edən məsələ Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi ilə bağlı iddia əsasında Bakı Şəhər Prokurorluğunda qaldırımlış cinayət işidir. Böyük müəmmalara və mübahisələrə səbəb olan mövzu ilə bağlı indi həm hüquq-mühafizə orqanlarında, həm də mediada araşdırmalar gedir.

Modern.az saytı bu yöndə araşdırmaları əsnasında Əbülfəz Elçibəyin ölümünə gətirib çıxarmış səbəblər haqqında mərhum eks-prezidentin özünün yazdığı iki məktubu əldə edib. Onları diqqətinizə çatdırırıq.

Uca Türk millətinə müraciət

- Bilirdim ki, məndə "xərçəng" xəstəliyi var. Amma mən bunu cəmiyyətdən gizlədirdim ki, müəyyən işləri görə bilim. Onu da bilmirdim ki, artıq əksəriyyət insanlar xəstəliyimi bilir və məndən ona görə gizlədiblər ki, narahat olmayım. Bu da çox pis nəticə verdi. Gərək xalq öz övladından heç nəyi gizli saxlamasın və eyni zamanda da övlad ondan heç nəyi gizlətməməlidir. Belə alındı ki, gerçəyi gizlətmək həm xalqa, həm də onun övladına heç bir xeyir vermədi.

Mən bir çox şeyləri "xalq bilib rahatsız olar, pis əhval-ruhiyyə yaranar" -deyə ondan gizlətdim.

Çox sirləri özümlə aparıram. Bunların bir çoxu açıqlanmalı idi, lakin buna zaman çatmadı. Demək olar ki, tale imkan vermədi.

Bir sıra xətalar buraxılmışdı ki, bunları aradan qaldırmaq mümkün idi. Millətim qarşısında bəzi xətalarım da olub. Xahiş edirəm, millətim məni bağışlasın. Deyəcəklər ki, üzrü sağ ikən etməli idi. Hər halda, görünür ki, tale belə məsləhət bilib.

Ayrı-ayrı şəxslər, xüsusilə də, mənə düşmən olanlar çox xoşagəlməz sözlər danışacaqlar. Ancaq mənim üçün əsas hökm Türk millətinin hökmüdür, Azərbaycan xalqının sözüdür!

Mən aydın görürəm ki, artıq həyatla vidalaşıram. Lakin bir çox ideyalarımın həyata keçdiyini görmədim. Ən başlıcası isə:

- Rusun əli ilə ermənilərin işğal etdiyi Qarabağı azad etmək istəyirdim. Bunu edə bilməsəm də mən artıq bilirəm ki, o mütləq azad olacaq!

- Azad surətdə Təbrizə getmək, onu azad görmək istəyirdim. Təbrizi azad görə bilmədim, ancaq indi elə fikirləşirəm ki, Təbrizi azad görmüşəm. Bu fikrimə "xəyaldır" deyəcəklər. Lakin elə deyil! Yaxın zamanlarda insanlar onu görəcəklər! Və onda biləcəklər ki, mənim düşündüyüm lap yaxında imiş.

Bir xalq azadlıq əldə edirsə o xalqın həyatdan köçmüş insanlarının (əlbəttə, bu azadlığı istəyən və onun uğrunda mücadilə edən insanları nəzərdə tuturam) ruhu da orada iştirak edir! Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək! O zaman keçiriləcək tədbirlərdə, bayramlarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış insanların ruhu da iştirak edəcəkdir! Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman millətiylə olacaq!

Əbülfəz ELÇİBƏY,
Ankara Dövlət Xəstəxanası
19.07.2000


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4472   Tarix: 04 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 282
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 533
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 795
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 257
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 542
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 333
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 483
.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 384
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 200