Müğənni Suli: "Ermənilər bu mahnını mənimsəməklə məşğuldular, mən isə..."

Müğənni Suli: "Ermənilər bu mahnını mənimsəməklə məşğuldular, mən isə..."Azərbaycanda kifayət qədər tanınan Suli ikinci albomunu buraxıb.
İfaçının yeni albomu "O anlar" adlanır: "Alboma 6 Azərbaycan mahnısı daxildir. "Rəqs et", "Olum, ya ölüm", "Bezdim", "Zalım sevgi", "Yuxular" və gürcü mahnısı olan "Dila" adlı musiqilərimi dinləyə bilərsiz. Albomda ən önəmli mahnı isə sizin "Sarı gəlin"dir. Ermənilər bu mahnını mənimsəməklə məşğuldular. Mən də bir daha sübut etmək istədim ki, bu, Azərbaycan xalq mahnısıdır".

Yeri gəlmişkən, gürcü müğənnisi Suli Bakıda yeni bir layihəsinə imza atır. Gürcü qızı Suli Azərbaycan dilində ifa etdiyi mahnısına klip çəkdirib. Bu barədə müğənninin özündən məlumat aldıq. O bildirib ki, ifa etdiyi sözləri Azər Şirinə, musiqisi isə Givi Usenaşviliyə məxsus olan "Çox" adlı mahnıya çəkilən klipdə 3 obrazda görünüb. Klipdə 3 fərqli obrazı məharətlə yaradan Suli - əsəbi qız, xanım və məşhur müğənni Ledi Qaqaya bənzəyən sərbəst qız kimi təqdim edilir. Müğənnini bu obrazlara oxşadan tanınmış stilist-vizajist Səbinə İmanova olub. Ümumiyyətlə, son vaxtlar gürcü qızının Ledi Qaqaya oxşaması barədə söz-söhbətlər səngimək bilmir.

Onu da qeyd edək ki, layihənin rəhbəri prodüser Asif Kərimovdur.

Suli ilə söhbətimiz zamanı maraqlandıq ki, niyə məhz Asif Kərimovla işbirliyinə qərar verib. Bu barədə danışan gürcü qızı "Asif Kərimovla artıq 10 ildir dostuq, o, mənə çox doğma insandır. Əsas odur ki, uzun illər sənət aləmində, şou-biznesdə olan bu insanın nüfuzuna xələl gətirəcək heç bir söz-söhbətə rast gəlməmişəm. Onu bilirəm ki, işinə tələbkar və məsuliyyətli insandır. O, mənim ən yaxın dostlarımdandır. Ona görə də məhz onunla işləməyə qərar verdim" söylədi. Suli onu da qeyd etdi ki, Asif Kərimovla birgə hazırladığı bu layihədən böyük uğurlar gözləyir: "Mənə ikinci nəfəs gəlib. Mən bu mahnının hit olacağına əminəm. Əminəm ki, bu mahnı dinləyicilərin çox sevdiyi mahnılardan olacaq. Hələ qarşıda görəcək işlərim çoxdu. Konsert proqramına hazırlaşıram. Sənət aləmində olan insanlarda 6-cı hiss güclü olur. Hisslərim mənə deyir ki, bu layihə sənə böyük uğur gətirəcək" dedi.

Sulinin yeni klipinin operatoru Tanrıverdi Tanrıverdiyevdir. "Çox" adlı klipin rejissorluq yükünü Suli və layihənin rəhbəri Asif Kərimov üzərlərinə götürüblər.

Həmçinin klipdə model Fərid Əsgərov və "Jam SS" rəqs qrupu da çəkilib.

Qeyd edək ki, klipin təqdimat mərasimi fevral ayında Bakıda və Tiflisdə keçiriləcək.

menbe:milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5980   Tarix: 02 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164