İlhamə Quliyeva xalq artistlərini polisə verib: "Əgər üzr istəməsələr..."

İlhamə Quliyeva xalq artistlərini polisə verib: "Əgər üzr istəməsələr...""Nazpəri artıq bu orqanlara çağırılıb, Məleykə və Sərxanı da eyni aqibət gözləyir"
Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva xalq artistləri Nazpəri Dostəliyeva və Məleykə Əsədovanın, eləcə də rejissor və aktyor Sərxan Kərəmoğlunun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxış edib. ANS PRESS-in day.az saytına istinadən verdiyi məlumata görə, İ.Quliyeva adıçəkilən sənətçilərin onu təhqir etdiyinə görə bu addımı atdığını deyib:
"Nazpəri Dostəliyeva, Məleykə Əsədova və Sərxan Kərəmoğlu efirlərdə çıxış edərkən mənim ünvanıma təhqirlər işlədiblər. Sərxan isə öz parodiyası ilə məni gülünc vəziyyətə qoyub. Təəssüf ki, mən onlara vaxtında cavab verə bilməmişəm, çünki səfərdə olmuşam. Lakin məndə bütün lazımi videomateriallar və sözlərimi təsdiq edən dəlillər var. Bu səbəbdən Daxili İşlər Nazirliyinə və digər müvafiq strukturlara müraciət etmişəm ki, onlar inzibati məsuliyyətə cəlb olunsunlar. Əgər üzr istəməsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Nazpəri artıq bu orqanlara çağırılıb. Məleykə və Sərxanı da eyni aqibət gözləyir. Mən bu üçlüyün ictimai şəkildə üzr istəməsini tələb edirəm. Əks təqdirdə Azərbaycanın Cinayət Məcəlləsinin tələblərinə uyğun məsuliyyət daşıyacaqlar".

Məsələ ilə bağlı Day.Az saytının əməkdaşı Nazpəri Dostəliyevanın da mövqeyini öyrənmək istəyib, onun, doğrudan da, DİN-ə çağırılıb, çağırılmadığını soruşub. Lakin müğənni şərh verməkdən imtina edib: "O, nə istəyir danışsın. Mən nə onun sözünə şərh vermək, nə də onun ünvanına əvvəl danışdığım sözlər haqqında danışmaq istəyirəm".

İlhamə Quliyevanın ittiham etdiyi digər xalq artisti Məleykə Əsədovaya gəlincə isə onun cavabı qısa olub: "Şükür Allaha ki, heç kimdən gizlənmirəm və bunu etməyə hazırlaşmıram. Əgər kiməsə lazım olsam, məni tapmaq çətin deyil".

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3461   Tarix: 13 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 519
.

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. "Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, ana

21.04.2024 559
.

Popstar Bayhanın SON HALI - TANINMAZ HALDA + FOTO

Türkiyədə keçirilən "Popstar" yarışmasına qatıldıqdan sonra məşhurlaşan Bayhan uzun müddət sonra gündəmə gəlib. xəbər verir ki, o, ifa etdiyi "Fly Me To The Moon" mahnısını sosial media hesabında paylaşıb. Uzun müddət sonra kamera qarşısına keçən Bayhanın son halı maraqla qarşılanıb

21.04.2024 1357
.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 880
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 628
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 414
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 813
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2146
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 905