Şeyx Nəsrullahın gənc müğənni ilə evləndiyi iddia olunub (Video)

Şeyx Nəsrullahın gənc müğənni ilə evləndiyi iddia olunub (Video)Müğənni Hayfa iddiaları təkzib edərək 3 il əvvəl verilmiş müsahibənin səhv başa düşüldüyünü deyib
Livanda radikal "Hizbullah" partiyasının lideri şeyx Həsən Nəsrullah haqqında yayılan şayələr, ərəb mətbuatında sensasiyaya səbəb olub. Hizbullah liderinin keçmişdə, açıq-saçıq geyimlər və bayağı çıxışlarına görə bir çoxlarının qınaq obyekti olan müğənni və model Vahbi Hayfa ilə evli olduğu bildirilir. "Əl-Ərəbiyyə" agentliyinin yaydığı məlumata görə, pop-müğənni və model Nəsrullahı məhz müdriklik, xarizma və anti-İsrail mövqeyi kimi keyfiyyətlərinə görə seçib.

Bu xəbərlə tanış olmuş müğənni isə, gizli evlilik haqqında məlumatların doğruluğunu təkzib edib. Müğənninin sözlərinə görə, onun 2010-cu ildə verdiyi müsahibə jurnalistlərdə yalnış düşüncə yaradıb. Belə ki, Vahbi Hayfa həmin müsahibədə - şeyx Nəsrullahın onun ürəyinin bərk-bərk döyünməsinə səbəb olan yeganə kişi olduğunu etiraf etmişdi. 'Mən Nəsrullaha ərə getməmişəm ancaq ona dərin hörmət bəsləyirəm- deyə aktrisa bildirib.

Qeyd edək ki, ölkəsində və qonşu ərəb ölkələrində bir çoxlarının tənqid hədəfinə çevrilmiş 36 yaşlı Hayfa 16 yaşında "Miss Cənubi Livan" titulunu əldə edib. Hazırda müğənniliklə məşğul olan Hayfa, ötən ilin noyabr ayında biznesmen ərindən ayrılıb. Hizbullah lideri şeyx Nəsrullahın isə hazırda Fatimə Yasin adlı xanımla evli olduğu və birgə nikahdan 5 övladının olduğu bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6631   Tarix: 14 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740