Tələbə Oskarı alan həmyerlimiz növbəti filmini Azərbaycanda çəkəcək (Video)

Elman İmanov: "Nəyi necə çəkəcəyimi deyə bilmərəm, amma bu dəfə də qəhrəmanlarımın sadə insanlar olacağı dəqiq deyil."Ötən il Amerikanın Kino Akademiyasının "Tələbə Oskarı"nı qazanan Elmar İmanov növbəti filmini Azərbaycanda çəkməyi planlaşdırır. Almaniyada yaşayan və təhsilini Beynəlxalq Kino Məktəbində davam etdirən həmyerlimiz Elmar İmanov hazırda tammetrajlı film senarisi üzərində işləyir. O, bu dəfəki filminin qəhrəmanları və kino süjeti haqda öz fikirlərini belə bildirdi: "Azərbaycanda çəkmək istədiyim tammetrajlı film üçün senari üzərində işləyirəm. Bu mənim debütüm olacaq. Nəyi necə çəkəcəyimi deyə bilmərəm, amma bu dəfə də qəhrəmanlarımın sadə insanlar olacağı dəqiq deyil, hələ ki, axtarışdayam".

Xatırladaq ki, rejissior ötən il Amerika Kino Akademiyasının "Tələbə Oskarı" mükafatının 39-cu təqdimat mərasimində bürünc mükafata layiq görülən diplom işini də Azərbaycanda lentə alıb.

Onun "Tabut düzəldənin yelləncəyi" filminin əsas rollarında azərbaycanlı aktyorlar çəkilib. Rejissiorun bu dəfəki filmində qəhrəmanları canlandıracaq aktyorların hansı dildə danışacağı məlum deyil. Müxtəlif ölkə kinomatoqrofçularından təsirlənən Elmar İmanov Azərbaycan kinosunu da yaxından izləyir. Onun çox sevdiyi ekran əsəri isə sevimli rejissiorumuz Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmidir. O, bu filmə ən azı 50 dəfə baxdığını söyləyir: "Mənim üçün kino heyrətamiz mediumdur. Orada istədiyim hər şey mümkündür. Yeni planet uydura və ya hər hansı adi real hadisələri təsvir edə bilərsən".

Tələbə Oskarı alan həmyerlimiz növbəti filmini Azərbaycanda çəkəcək (Video)Tələbə Oskarı alan həmyerlimiz növbəti filmini Azərbaycanda çəkəcək (Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2899   Tarix: 24 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740