TQDK-dan daha bir şok rəy - 4-cü sinfin üç dərsliyi yararsızdır

TQDK-dan daha bir şok rəy - 4-cü sinfin üç dərsliyi yararsızdırTələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqi davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, indiyədək qurumun ekspert şurası araşdırmalar nəticəsində belə qənaətə gəlmişdi ki, 5 dərslik – 1-ci, 3-cü siniflər üçün "Azərbaycan dili", "Riyaziyyat" dərslikləri, eləcə də 3-cü sinif üçün "Həyat bilgisi"dərsliyi tədrisə yararsızdır və onlar yenidən hazırlanmalıdır. Dünən isə TQDK daha 3 dərsliyi – 4-cü sinif üçün "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərini çıxdaş edib. Xatırladırıq ki, qurum bir az öncə onlar haqqında yekun rəyi və qərarı özünün www.tqdk.gov.az saytının "Dərsliklərin monitorinqi" bölümündə yerləşdirib. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq rəylərin "Nəticə" hissəsini dərc edirik.

"Azərbaycan dili-4" dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri "Dövlət Gerbi haqqında" Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.

2. Dərslikdə 102 mətn verilib. Onlardan 37-sinin müəllifi göstərilməyib. Dərsliyin əvvəlindəki qeydə görə, bu qədər müəllifsiz mətn dərslik müəlliflərinə aiddir. Bu, doğru deyil. İbtidai siniflərdə Azərbaycan dili fənni həm də oxu vəzifəsini həyata keçirir. Bu baxımdan seçilmiş mətnlər dil-üslub baxımından gözəl olmalı, milli və dünya ədəbiyyatının tanınmış simalarına aid olmalı idi.

3. 20 mətn nəsr, 20 mətn isə nəzm nümunəsidir. Bir çox mətnlərdə ("Futbol topu"(səh.10), " Kitab daha maraqlıdır" (səh.17), "Bayrağım"(səh.46), "Bir boşqab sıyıq"(səh.71) və s.) dil-üslub, orfoqrafiya səhvləri çoxdur. Bu mətnlərin əksəriyyətində verilmiş mövzu, ideyanı reallaşdıran dil və üslub şagirdlərin yaş səviyyəsinə, ona aşılanmalı olan etik-tərbiyəvi ideyalara uyğun deyil. Azərbaycan dilinin ifadə imkanları, bədii-poetik düşüncə, real işlənən və tərbiyəvi nitqi təbliğ edən cümlələr azdır. Bir çox mətnlərin dili qondarma, sxematik və məzmunsuzdur.

4. Dərsliyin məzmununda, dil qaydalarının, oxu materiallarının təqdimində, seçimində qüsurlar özünü göstərir. Bir çox məqamlarda orfoqrafiya və durğu işarələri ilə bağlı yanlışlığa yol verilib.

5. 4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilmişdir. Mətnlərə aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq bacarıqlarına çevrilməsi yoxdur.

6. Dərslikdə tez-tez pulla bağlı humanistlik mövzusuna müraciət olunur. Maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil.

7. Bir neçə məqamda illüstrasiyalar münasib deyil.

"Riyaziyyat-4" dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri "Dövlət Gerbi haqqında" Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.

2. Dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir.

3. Proqramdan çoxlu sayda kənaraçıxmalar var.

4. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmamışdır.

5. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif edilmiş şəkildə
verilmişdir. İndiyə qədər qəbul olunmamış terminlərdən, məsələn: ehtimal parçası, barqraf, telqraf, piktoqram və s. istifadə olunmuşdur.

6. Dərsliyin Azərbaycan və rus variantlarında xeyli uyğunsuzluqlar var. Elə təəssürat yaradır ki, bunlar sanki ayrı dərsliklərdir.

7. Dərslikdə çoxlu sayda struktur xətaları var.

8. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.

9. Dərsliyin tərtibatı nöqsanlıdır.

"Həyat bilgisi-4" dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında
Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.

2. Komplekt rəsmi dövlət sənədlərinə – tədris planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin subyektiv mülahizələrinə əsaslandığına görə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri onun əsasında formalaşdırmaq praktiki cəhətdən qeyri-mümkündür.

3. Dərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunmayıb.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4517   Tarix: 03 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660