"Gangnam Style"ın 7 yaşlı rəqibi (Video)

"Gangnam Style"ın 7 yaşlı rəqibi (Video)"Qanqam Stayl" mahnısı ilə bütün dünyada məşhurluq qazanan cənubi koreyalı reper Psayın balaca rəqibi meydana çıxıb. Elə "Litl Psay", yəni "Balaca Psay" ləqəbi ilə çıxış edən bu 7 yaşlı oğlan da Cənubi Koreyadandır.

Psayın "Qanqam Stayl" klipindəki hərəkətlərini təqlid etməklə məşhurlaşan balaca reper gələn həftə özünün elektro-pop üslubunda mahnısını "Ay-Tyunz" vasitəsilə təqdim etməyə hazırlaşır. Əsl adı Hvan Min-Vo olan "Litl Psay" da "böyük qardaşı" Psay kimi internet vasitəsilə bütün dünyada məşhurlaşmaq istəyir.

Bu arada, Psay özünün "Qanqam Stayl" mahnısının remiksini hazırlayıb və dünya turnesini davam etdirir. Onun ötən ilin iyulunda "Youtube" video-portalına yüklədiyi mahnı artıq 1 milyard 39 milyon nəfər tərəfindən izlənilib.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3056   Tarix: 11 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390