Vətənində tanınmayan, amma Rusiyada fenomenə dönən türk müğənni (Foto, Video)

Bu müğənnini hələ Türkiyədə tanımırlar.Amma Rusiyada o, çox populyardır və hətta Moskvada fenomenə çevrilib.

O, Rusiyanın ən məşhur müğənniləri, bəstəkarları, stilistləri, rejissorları ilə çalışan, milyonlarla rus qadının pərəstiş obyektinə çevrilmiş Adil Karacadır.

Adil Karacanın Moskvada ən məşhur rejissorlar tərəfindən çəkilmiş klipləri İnternetdə sürətlə populyarlaşmaqdadır.

Türkiyədə müğənnilik etməyə başlayandan sonra uğursuzluqla üzləşən Adil Karaca Moskvaya yollanıb.

"Dostlarım dedilər ki, Moskvada türk restoranları var, orada oxuyarsan, pul qazanarsan. Mən də gəldim. Amma ilk vaxtlar çox çətin oldu. Çalışdığım restoranlarda yatdığım gecələr də oldu. Günlərin birində məşhur stilist Sergey Zverev restorana gəlmişdi. Oxumağımı eşitdi, klip çəkməyi təklif etdi. Sevincimin həddi-hüdudu yoxdu", - Karaca deyib.

Sergey Zverevlə birgə çəkilən "Kimyam deyişdi" klipindən sonra Adil Karaca çox qısa müddətdə populyarlaşıb.

Daha sonra onun məşhur rus reper Şnufla "Bomba" klipi çəkildi və Adil Karaca Rusiyanın pop-musiqi səhnəsinin yeni fenomeninə çevrildi.

mənbə: haberturk.com

Vətənində tanınmayan, amma Rusiyada fenomenə dönən türk müğənni (Foto, Video)Vətənində tanınmayan, amma Rusiyada fenomenə dönən türk müğənni (Foto, Video)Vətənində tanınmayan, amma Rusiyada fenomenə dönən türk müğənni (Foto, Video)Vətənində tanınmayan, amma Rusiyada fenomenə dönən türk müğənni (Foto, Video)Vətənində tanınmayan, amma Rusiyada fenomenə dönən türk müğənni (Foto, Video)Vətənində tanınmayan, amma Rusiyada fenomenə dönən türk müğənni (Foto, Video)Vətənində tanınmayan, amma Rusiyada fenomenə dönən türk müğənni (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4597   Tarix: 13 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740