Bakıya gələcək kişi türk sənətçinin ətəkli videoları üzə çıxdı (Video)

Bakıya gələcək kişi türk sənətçinin ətəkli videoları üzə çıxdı (Video)Halil Sezainin geyimi qalmaqala səbəb oldu.

Bakıda konsert konsert proqramı ilə çıxış edəcək türk müğənnisi Halil Sezai ilə bağlı maraqlı faktlar aşkarlanıb. Sənətçi "Kral Pop Müzik" mükafatının ötən ilki təqdimat mərasimində səhnəyə ətəklə çıxıb. Mükafata layiq görülən Halil Sezainin geyimi o zaman əməlli-başlı qalmaqala səbəb olub. Bütün Türkiyə mətbuatı o zaman sənətçinin ətəyindən yazsa da, qalmaqal hələ də səngimək bilmir.

Sonunda Halil Sezainin söz-söhbətə səbəb olan geyiminin "Aikido" idman növü ilə məşğul olanlara məxsus olan geyimin "hakama" olduğu məlum olub. Uzaq şərq idman növləri ilə məşğul olanların geyindiyi "hakama"nı tanınmış aktyor Steven Seagal və yazıçı Hakan Karahan da geyinib.

Qeyd edək ki, "Hakama" - yaponların ənənəvi geyimi olan ortası bitişik enli şalvardır. Aikidoda sempailər və senseylər tərəfindən məşqlərdə və yarışlarda geyilir. Yüksək nəticəli tələbələrə qəhvəyi rəngdə "hakama" verilir. Hakama 5 önə, 2 arxaya olmaqla 7 qatlamadan ibarətdir və hər bir qatlamanın öz mənası var.

Xatırladaq ki, Halil Sezai 27 Aprel Bakıda Elit Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində "Sound Factory Arena"da 2000 nəfərlik konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı Samir Xattab, layihənin rəhbəri isə Elşən Səfərsoydur.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2971   Tarix: 20 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390