Elza Seyidcahan sponsorunun kimliyini açıqladı: "Evimi, maşınımı mənə…"

Elza Seyidcahan sponsorunun kimliyini açıqladı: "Evimi, maşınımı mənə…" Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanla "Ulduzlu axşam"da söhbətləşmək o qədər də asan olmadı. Hər sualımı fəlsəfi düşüncələri prizmasından cavablandıran Elza bəzi məqamlarda məni hövsələdən çıxardı da. Müsahibədə quş səsi, it "ham-hamı", ağacların pıçıltısı-hamısı bir-birinə qarışdığından Elzanın nə demək istədiyini bəzi məqamlarda heç anlaya da bilmədim. Amma qüsura baxmayın, "Bu quş dilidir, bunu Süleyman bilir ancaq"…

- Elza, "Ulduzlu axşam"dayıq, mənə çox maraqlıdır, özünü ulduz sayırsan?
- Açığı cavab verməyə çətinlik çəkirəm. Amma niyə də yox, əlbəttə, ulduzam, özü də çox möhtəşəm ulduz.

- Siz çox təvazökarsınız…Bunu mən yox, yəqin ki, oxucular deyəcək.
- Mən bilirəm ki, belə deyəcəklər. Amma qoy açıqlama verim, səbəbini bilsinlər ki, mən niyə özümə ulduz dedim.

- Niyə?
- Bugün sadəliklə-əda, ağılla- biclik, xeyirxahlıqla- pislik, haramla-halal bir-birinə qarışıb. Mən əgər desəm ki, ulduz deyiləm, bəzi anlayışsız insanlar belə də hesab edəcəklər. Çünki onlar mənim sadəliyimi qiymətləndirməyəcəklər. Buna görə də mən deyirəm ki, bəli ulduzam, özü də çox parlaq bir ulduz. Parıltımdan məni istəməyən gözlər kor olur, istəyən gözlər isə əksinə, nur alır. Ulduz xanımam, ulduz anayam, ulduz müğənniyəm. Göydə də ulduzlar belə olur, bir-biriləri ilə yola getməyəndə bir-birlərini yandırırlar. Sənət aləmində də belə olur. İndi deyəcəklər ki, Elza fəlsəfə danışır.

- Yüz faiz deyəcəklər. Çoxları səni anlamayıb, hətta bəzən istehza da edirlər. Bu səni incidir?
- Qətiyyən. Məni o yazıqlar incitmir. Mən yalnız özüm-özümdən inciyirəm. O da bilirsənmi hansı halda?

- De bilim?
- Əgər mən Bethoveni, Pikassonu, Salvadoru, Qara Qarayevi anlaya bilməsəm, özümdən inciyərəm ki, bu necə ola bilər axı. Yoxsa ki, məni anlamayanlar mənim üçün maraqlı deyil. Qoy nə danışırlar danışsınlar.

- Primadonna İlhamə xanım demişkən, "karvanın keçir", deyilmi?
- Əlbəttə, mən enerjimi elə mənasız adamlara sərf etmirəm.
- Əli Mirəliyevlə barışdın?
- Mən onu heç tanımıram da. Qoca kişidir, 60 ildir "Yaraşaydım"dan başqa mahnı oxumur. Özü də cavan səslə, hara gedir, köhnə lent yazısını özüylə aparır. Ayıbdır vallah. Onlardan danışıb qanımı qaraltmaq istəmirəm.

- Plastik əməliyyatlara münasibətin necədir?
- Mənə belə də yaraşır. Mən əsl Azərbaycan xanımıyam, mələyəm, Elza Seyidcahanam. Hamı baxıb görməlidir ki, əsl Azərbaycan xanımı məhz elə belə də olmalıdır. Niyə dəyişməliyəm ki?

- Yəni deyirsən, heç vaxt plastik əməliyyat etdirməyəcəksən?
- Bəlkə də gələcəkdə fikirləşərəm. Amma dodağına silikon qoyduranlara baxırsan, hamısı "barbi" kimi bir-birilərinə oxşayır. Elə bil Bülənt Ərsoydurlar. Mən özüm gözəllikdə nənəmə oxşayıram, amma gələcək nəvəmdən soruşsalar, ayıb olar desin ki, nənəm Bülənt Ərsoya oxşayırdı.

- Elza belə cazibədar xanımın həyatında əkscinsin olmaması təəccüblüdür e… Doğrudan həyatında sevdiyin insan yoxdur?
- Məni 16 yaşımda alıb aparıblar. 16 yaşımdan, qızlar bulağından su içəndən elçilərim elçi dalınca gəlib. İndi də sevirəm; daşı, gülü, çiçəyi…

- Elə mən də güldən-çiçəkdən ötrü dəli-divanəyəm. Söhbət kişidən gedir e. O daş kişini əvəz eləmir axı, qadan alım.
- Sevgi həmişə gəlmir, bir də görürsən bir gün sevirsən, yüz gün acısını çəkirsən. 70 il yaşayanlar o illərin içində bəlkə də cəmi beş il sevgi yaşayır. Sevgi həmişə olmur ki. Cəvahir, sən Allah, bu şeirə qulaq as. Bir gün yuxudan durub yazdım. Beynimə gələnləri dərhal kağıza köçürdüm.

- Söylə, amma sən Allah, kimə ithaf eləmisən, onu da de?
- Sən olmasan, mən neylərəm,
Sənıizlikdə qəm eləyib, dəm eylərəm
Sən olmasan, demək yoxdur,
Yoxdur mənim üçün səbəb.

Uzun şeirdir e…Bəlkə də bunu ilk məhəbbətimə yazmışam, bəlkə də bir quş səsinə, ya ağaca, ya oğluma, deyə bilmərəm.

- Bəlkə it səsinə, balıqların lal sevgisinə? Elza, bəlkə konkretləşdirək?
- Ola bilər. Hə bildim it səsini niyə yada saldın. Bir stilist dostum vardı, mənə bir paltar tikdi, üstündə də üç it şəkli. Zarafatyana deyirdim ki, mən oxuduqca, itlər də səsimə səs verəcək. Dedilər necə səs verəcək. Dedim ki, "ham-ham" deməklə. İt başqa cür necə cavab verə bilər ki. Bu da düşdü camaatın ağzına. Əslində belə şeylər normaldır. Mən Konservatoriyada oxuduğum vaxtlarda, söhbət 93-cü ildən gedir, bir əcnəbi dirijor vardı, it kimi hürürdü. Bu təcrübə xarici ölkələrdə var. Bizə qəribə gəlir elə.

- Xarici ölkələrdən söz düşmüşkən, çoxu deyir Elzanın xarici banklarda hesabı var...
- Elə özümün də qulağıma gəlib çatır, deyirlər Elza çox varlıdır, banklarda pulu-parası, geyimi-gecimi.

- Elə deyil ki?
- (Gülür) Mənə pul benzin və kontur üçün lazımdır. Pulum "kaşilokuma" girməmiş paylanır.

- Kimə?
- Ehtiyacı olan insanlara. Həmişə Allahdan arzulamışam ki, mənə çoxlu pul yetirsin, imkansızlara verim. Şükür Allaha ruzum dalımca gəzir. Bəziləri kimi mən ruzu dalınca qaçmıram.

- Sponsorun var?
- Əlbəttə var, sponsorum anamdır. O mənə ev alıb, maşın alıb, cibimə pul qoyub.

- Elza, anan belə imkanlı qadındır, nəçidir?
- Zəhmətkeş bir qadındır, nəyə nail olubsa, öz zəhməti hesabına nail olub. Mənim bütün xərclərimi anam ödəyir. Anam da varlı qadındır, ən azı ona görə ki, mənim kimi, o biri qızları kimi namuslu, gözəl övladları var. Bundan böyük var-dövlət ola bilərmi?

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2765   Tarix: 25 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993