Azərbaycan əsilli ifaçının albomunun təqdimatı Türkiyədə olacaq (Video)
Sami Yusufun "Salaam"ına İstanbulda təqdimat düzənlənəcək
Milyonlarla albomu satılan Azərbaycan əsilli ifaçı Sami Yusuf artıq bir neçə müsəlman ölkəsində çox uğurla təqdim etdiyi "Salaam" albomunu Türkiyədə təqdim gələcək. ANS PRESS-in məlumatına görə, ifaçının 4-cü studiya albomunun təqdimat mərasimi 2 apreldə İstanbulun "Four Seasons Bosphorus" otelində reallaşacaq.
Sami Yusufun Cənub-Şərqi Asiyada "Platin albom" olan albom işi, Orta Şərq və Şimali Afrikada da ən çox satanılanlar arasındadır. "Salaam" albomunun Türk dili versiyasına xüsusi olaraq seçilmiş beş mahnı əlavə edilib. Bunların içində Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm" yer alıb.
"Dryer Land / Susuz Torpaq", "It 's a Game / Bu bir Oyun", "To Guide You Home / Küçələrə Su Səpmişəm", "All I Need / Tək ehtiyacınız olan" və "Without You / Sənsiz" kompozisiyalarıdır.
16 fərqli şəhərlərdə çəkilmiş olan sevilən musiqili video "Forgotten Promises / Unudulan Sözlər" və çox yaxında izləyicilərin ixtiyarına buraxılacaq fövqəladə bir klip "Wherever You are / Harda olsan da" alboma daxil edilib.
Sami Yusuf 6 aprel tarixində Antaliyanın "Expo Centre" konsert salonunda təşkil ediləcək "Müqəddəs Doğum proqramı - Sami Yusufdan Sevgiliyə" adlı konsert proqramı ilə səhnəyə çıxacaq. Sənətçi gecədə yeni albomu "Salaam"dan da əsərlər səsləndirəcək.
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş