Rusiyanın ən açıq-saçıq layihəsinin iştirakçısı Bakıya gələcək (Foto, Video)

Hazırda Viktorun ölkəmizə səfərinin şərtləri müzakirə olunur

2012-nin Rusiya şou-biznesinin ən açıq-saçıq layihəsi kimi yadda qalan "Yorkland" qrupunun iştitakçısı Viktor Brilliantovıy Azərbaycana gələcək. Layihənin direktoru Yuriy Şeremetyev Viktorun Bakıya planlaşdırılmış səfərinin və paytaxtımızda bir neçə solo-konsert proqramı ilə çıxış edəcəyi gözlənildiyini bildirib. Şeremetyevin sözlərinə görə, hazırda danışıqlar aparılır və artistin Azərbaycana vizitinin şərtləri müzakirə olunur.

Layihə rəhbəri Viktorun Azərbaycanla qiyabi tanış olduğunu deyir: "Briliantovıy özü Azərbaycana heyrandır və bu onun Azərbaycana ilk səfəri olacaq. Buna baxmayaraq onun orada yetərincə dostları var. Azərbaycanlı rəfiqələrindən biri model Sabina Qazizadə "Russian Fashion Week"in podiumunda tanış olub.

"Viktor Azərbaycan ulduzlarından kiminlə tanış olmaq istərdi?" sualımıza cavabı, "Röya Ayxan" oldu: "Viktor bu sənətçiyə xüsusi rəğbət bəsləyir! Mənim fikrimcə Röya həqiqətən də Azərbaycanın ən yaxşı ifaçılarından biridir və əgər bizim Bakıya səfərimiz zamanı görüşərəksə, mən bu fikirlərimi şəxsən onun özünə deyəcəm!"

Qeyd edək ki, Rusiya şou-biznes arenasının ən açıq-saçıq layihəsi kimi tarixə düşən "Yorkland" layihəsinə Daniel York & Victor Brilliantovıy adlı artistlərin iştirakı ilə start verilmişdi. İştirakçılar layihələrini qeyri-müəyyən müddətə kənara qoyub solo karyeraya başlamaq qərarını gəliblər və "Yorkland" layihəsinin bu gün Life rejimində səhnəyə çıxır. V.Brilliantovıy gözlənilən solo layihəsi onun yaradıcığında yeni mərhələ olacaq. Victor Brilliantoviy artıq yeni videonun çəkilişlərinə hazırlaşır. Onun bu klipində məşhur "Dom 2" realiti şounun iştirakçısı Nadejda Yermakova və Erika Kişeva çəkiləcəklər. Brilliantovıyın piar meneceri klipi yetərincə qalmaqallı olacağını deyir.

Layihənin digər iştirakçısı Daniyel York (Fuad Mustafazadə) isə artıq ilk solo layihəsini reallaşdırıb. Onun solo albomu və "Çyornaya voda" klipi işıq üzü görüb.

Qrupun dağılmasına gəlincə isə, Viktor hər hansı şərh verməkdən imtina etdi. Aldığımız məlumata görə isə, qrupun eks-prodüseri Yeva Volkovanın kollektivdə yaratdığı ədavət və çəkişmə, vəziyyəti daha da gərginləşdirib.

mənbə: anspress.com

Rusiyanın ən açıq-saçıq layihəsinin iştirakçısı Bakıya gələcək (Foto, Video)Rusiyanın ən açıq-saçıq layihəsinin iştirakçısı Bakıya gələcək (Foto, Video)Rusiyanın ən açıq-saçıq layihəsinin iştirakçısı Bakıya gələcək (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 9629   Tarix: 04 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740