Bakıda hava limanında 1 çantadan 347 mobil telefon çıxdı

Bakıda hava limanında 1 çantadan 347 mobil telefon çıxdıAzərbaycan gömrükçüləri Türkiyə vətəndaşının əl çantasından 160, bel çantasından isə 187 ədəd mobil telefon aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindənverilən məlumata görə, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində İstanbul-Bakı aviareysinin sərnişini Türkiyə Respublikasının vətəndaşı Hüseyin Ünlü nəzarətə götürülüb.

Hüseyin Ünlü baqajını qəbul edib, əl yükü ilə gömrük nəzarətindən "yaşıl kanal" vasitəsi ilə keçərkən gömrük əməkdaşı tərəfindən saxlanılmış və gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib. Hüseyin Ünlü gömrük nəzarətindən keçdikdən sonra, çıxışda onu Azərbaycan Respublikasının vətəndaşları Vüqar Qasımov və Andrey Tixonov qarşılayıblar və onlarla birlikdə hava limanını tərk etmək istəyərkən, avtodayanacaqda gömrük əməkdaşları tərəfindən saxlanılıblar. Əşyalarına baxış və üzərində şəxsi yoxlama keçirilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətiriliblər.

Gömrük baxışı zamanı Hüseyin Ünlüyə məxsus əl çantasından 160 ədəd, bel çantasından isə 187 ədəd "Nokia" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı izahat verən Hüseyin Ünlü bildirib ki, aşkar olunan cəmi 347 ədəd "Nokia" markalı mobil telefonu Çin Xalq Respublikasından Türkiyə Respublikasına satış məqsədilə gətirib, lakin İstanbulda həmin mallar ölkə ərazisinə buraxılmayıb. Hüseyin Ünlü Azərbaycana biznes əlaqələri yaratmaq üçün gəldiyini və çantalarından aşkar olunan mobil telefonları isə bir müddət sonra Çin Xalq Respublikasına aparmaq niyyəti ilə gətirdiyini bildirib. O, mobil telefonları bəyan etmədiyini və qanun pozuntusuna yol verdiyini tam etiraf edib.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3509   Tarix: 06 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245