Şuşanın İşğalından 18 İl Keçir

Şuşanın İşğalından 18 İl KeçirŞuşa Şəhərinin Statistikası

Yaranma tarixi - 08. 08. 1930
Ərazisi - 0,29 min kv. km
Əhalinin sayı – 27,2 min nəfər (1 yanvar 2007-ci il)
Əhalinin sıxlığı – 1 kv. km 94 nəfər (1 yanvar 2007-ci il)
Kəndlərin sayı - 31
İri və orta muəssisələrin sayı - 12
Umumtəhsil məktəblərinin sayı - 25
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 5
Xəstəxanalar və tibb muəssisələrinin sayı - 2
Mədəniyyət ocaqlarının sayı - 70
Şuşa rayonu ilə Bakı arasında olan məsafə - 373 km
Rayon 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal edilmişdir.
Məktəbəqədər uşaq muəssisələrinin sayı – 7

ƏHALİNİN SAYI
(1999-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında)

Şuşanın İşğalından 18 İl KeçirŞuşa Şəhərinin Tarixi Haqqında Qısa Məlumat

Ətraf səfalı meşələr, sərin bulaqlar, havası uşaq məsun qəlbi kimi pak olan Şuşanın yaşı cox deyilsə də tarixi bir şəhərdir. Şuşa şəhərinin binasını Qarabağlı Pənah xan qoymuşdur. Pənah xan 1693-cu ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdur. Pənah xan gənc yaşlarından İran şahı Nadirin ordusunda xidmət edərək qəhrəmanlıqla ad cıxarmışdır. Onun igidliyini nəzərə alan Nadir şah Pənah xanı ordularından birinə sərkərdə təyin etmişdir. Lakin, Pənah xanın paxıllığını cəkən saray əyanları Nadir şahı inandırdılar ki, guya Pənah xan şahı oldurub İran taxtına sahib olmaq istəyir. Nadir şah bu yalan xəbərə inanıb Pənah xanın qardaşını oldurur. Vəziyyəti belə gorən Pənah xan şah sarayından qacır.

1747-ci ilin iyunun 19-da saray cəkişmələri nəticəsində Nadir şah Əfşar oz cadırında xaincəsinə olduruldu. Nadir şahın olumundən sonra İran dovləti parcalanır. Bu vaxt Azərbaycanda Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanlıqlar yaranır. Pənah xan da Qarabağda Cavanşirlər, Otuzikilər və s. turk tayfalarının koməyi ilə Qarabağ xanlığının əsasını qoydu.

Pənah xan İran tərəfdən gec-tez Qarabağ xanlığına hucum ediləcəyini duşunub alınmaz bir qala tikməyi qərara aldı. Belə bir qala yeri tapmaq ucun xanın bir necə nəfər bilici və məlumatlı adamı dağ silsilələrini gəzib indiki Şuşa şəhərinin yerləşdiyi yeri tapırlar.

Beləliklə 1750-ci ildə Qarabağın ən səfalı guşəsində, uca dağ qoynunda yeni qalanın bunovrəsi qoyuldu. Pənah xan Təbriz, Ərdəbil və başqa şəhərlərdən məşhur ustalar gətirtdi və hasarın icərisində yeni binalar və ozu ucun saray tikdirdi.

Pənah xan qalanın Şimal və Şərq hissəsini yuksək hasar ilə əhatə etdirdi. Qalanın «İrəvan» və «Gəncə» adlı iki mohkəm qapısı var idi. Qapılar səhərlər acılar, axşamlar isə bağlandıqdan sonra kimsə şəhərə buraxılmazdı. Yerli əhali şəhəri Pənah xanın şərəfinə olaraq «Pənahabad» adlandırdılar. Bu ad ilə də o dovrdə Azərbaycan xanları arasında birinci dəfə olaraq 15 qəpik qiymətində gumuş pul kəsilməyə başladı.

Bəzi tarixcilərin dediyinə gorə Şuşa şəhəri hundur qayalıqlar uzərində yerləşdiyindən, şəhərin adı da elə buradan - Şiş, uca sozundən goturulub.

Deyilənə gorə Ağa Məhəmməd Şah Qacar Şuşanı muhasirədə saxladığı dovrdə qasidlə İbrahim xana belə bir məktub gondərir: «Fələyin mancanağından fitnə dağı yağırkən, sən axmaqcasına Şişə icərisində qərar tutmusan». İbrahim xan isə Vaqifin vasitəsilə Qacara belə bir cavab yazır: «Əgər məni himayə edən mən tanıdığımdırsa (yəni Allahdırsa) şişəni daşın fəsadından qoruyacaqdır».

Pənah Əli xanın olumundən sonra oğlu İbrahim Xəlil xan 1760-cı ildən 1806-cı ilədək Qarabağın hakimi oldu. 1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacar Şuşanı işğal etmək məqsədilə yaxın qohumu Suleyman xanın komandası altında Şuşa şəhərinə 8 minlik ordu gondərdi. Suleyman xan Şuşa ətrafında boyuk məğlubiyyətə ducar olaraq 20 nəfərlə guclə canını qurtardı.

Bu hadisədən bir qədər sonra, yəni 1795-ci ilin avqust ayında Ağa Məhəmməd şah Qacar 85 minlik ordu ilə Xudafərin korpusu ilə Araz cayını kecərək Şuşa uzərinə hucuma kecdi. İbrahim xan şəhərin mudafiəsinə ozu rəhbərlik edirdi. O, az bir vaxt icərisində 15 min nəfərlik qoşun toplaya bilmişdi. Ağa Məhəmməd şah Şuşaya yaxınlaşaraq onu uzuk qaşı kimi muhasirəyə almışdı. Fransız zabitlərinin komandanlıq etdiyi duşmən topları Şuşanı 30 gun atəşə tutdu. Qacarın qoşunu şəhərə bir necə dəfə hucuma kecdi, nə duşmən toplarının dolu kimi yağdırdığı mərmiləri nə də, sərbazların nizələri şəhərin istehkamlarını dağıda bilmədi. Ağa Məhəmməd şah şəhəri 33 gun muhasirədə saxladısa da xalqın iradəsini qıra bilmədi.

1797-ci ilin yazında Ağa Məhəmməd şah 100 minlik ordu ilə yenidən Şuşa uzərinə hərəkət etdi. Bu dovrdə Qarabağın vəziyyəti cox ağır idi. 2 ildən bəri davam edən muharibə əhalini ağır vəziyyətə ducar etmişdi. İbrahim xanın qoşunu aclığa davam etmir, qacıb dağılırdı. Belə bir vəziyyətə ducar olan İbrahim xan oz ailəsi və yaxın qohumları ilə birlikdə Avar hakimi Umma xanın yanına getdi.

Qala başlı-başına buraxıldığından Ağa Məhəmməd şah hec bir muqavimətə rast gəlmədən şəhərə daxil oldu. Elə həmin gecə 12 may 1797-ci il tarixdə şah oz qapıcısı Səfərəli bəy və xidmətcisi Abbas bəy tərəfindən olduruldu. Bu hadisədən sonra İran ordusu Qarabağdan geri cəkildi. 2 ay sonra isə İbrahim xan yenidən Şuşaya qayıdır. 1806-cı ilin 2 iyun tarixində gecə mayor Lisanovicin dəstəsi İbrahim xanın yaşadığı mənzilə gəlir və İbrahim xan bir necə ailə uzvu və yaxın adamları ilə birlikdə qətlə yetirir.
XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında muhum rol oynamışdı. Həmin vaxtdan etibarən Şuşa ticarətinə sənətkarlığın və mədəniyyətin inkişafına və əhalisinin coxluğunda gorə Azərbaycanda birinci və Zaqafqaziyada isə Tiflisdən sonra ikinci şəhər sayılırdı. Təsadufi deyildi ki, o dovrdə Şuşaya «Bala Paris» adı vermişdilər.

Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də şəhərin fusunkar coğrafi movqeyi buranın uzun muddət Azərbaycanın elm, poeziya, xususilə musiqi mədəniyyəti mərkəzi olmasına boyuk təsir gostərmişdir. Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr, sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif və bir cox sənət məclisləri, bundan əlavə mətbəə, kitabxana, «Realnı» uciliş, «Qorodskoy» uciliş, seminariya və bir sıra mədəni maarif muəssisələri Şuşada yaranmışdır. Şuşada ilk teatr tamaşaları 1848-ci ildə gostərilmişdir. O zaman teatrda Mirzə Fətəli Axundovun komediyaları oynanılırdı.

Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir. Şuşanın Azərbaycana verdiyi istedadları hec bir şəhər verməmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasının topladığı məlumata gorə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişunas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nusvəxənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər muəllim və s. olmuşdur.

Lakin tarixcilərin dediklərinə gorə bu ad sonralar oz əhəmiyyətini itirərək şəhər «Şuşa Qalası» adlandırılmışdır.

1813-cu il oktyabrın 12-də Qarabağın Gulustan kəndində İran şahı ilə Rusiya arasında sulh muqavilənaməsi bağlandı. Həmin sulhun şərtlərinə gorə İran hokuməti bir necə xanlıqlarla bərabər mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ xanlığının Rusiya hakimiyyəti altında qalmasını təsdiq etdi.

XX əsrdə Şuşanın bir kurort şəhəri kimi inkişafında Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin boyuk əməyi olmuşdur. Belə ki, H. Əliyev Azərbaycan KP MK-nin birinci katibi təyin olunduqdan sonra Şuşanın inkişafı ilə əlaqədar bir sıra qərar və sərəncamlar imzalamışdır ki, (Azərbaycan AP MK və Azərbaycan Nazirlər Sovetinin 360 nomrəli 4 noyabr 1976-cı il tarixli «Şuşa şəhərində kurort kompleksinin daha da inkişaf etdirilməsi sahəsində tədbirlər haqqında» qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nomrəli «Bakı şəhərində «İcəri şəhər»in və Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-arxitektura qoruqları elan edilməsi haqqında» qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 10 dekabr 1981 - ci il tarixli 629 nomrəli «Şuşa şəhərində Şəkil Qalereyasının yaradılması haqqında» sərəncamı, Azərbaycan KP MK-nin və Azərbaycan Nazirlər Sovetinin 01 noyabr 1978-ci il tarixli 413 nomrəli «1981-1985-ci illərdə gorkəmli inqilabcılara, partiya, dovlət xadimlərinə və ictimai xadimlərə və mühüm tarixi hadisələrə həsr olunmuş abidə və obelisklərin qoyulması sahəsində işlərin başa catdırılması haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 31 iyul 1978-ci il tarixli 279 nomrəli sərəncamı) bunlar da şəhərin sosial-iqtisadi və mədəni inkişafında muhum rol oynamışdır.

Lakin bədnam qonşularımız olan erməni millətcilərinin təhriki ilə erməni-rus birləşmələri tərəfində 1992-ci il mayın 12-də Şuşanın işğalı zamanı üç əsr ərzində şəhərdə ucaldılmış tarixi-memarlıq incəsənət və dini abidələr darmadağın edilmiş, şəhər xarabazara cevrilmişdir. Müharibə dövründə 197 şuşalı şəhid olmuş, 300 nəfər isə muxtəlif dərəcələrdə xəsarət alaraq əlil olmuşlar.

Televiziya, radio, qəzet və digər kutləvi informasiya vasitələri haqda məlumat
«Şuşa» qəzeti fəaliyyətinə 1932-ci ildə başlamışdır. Həmin dovrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin orqanı olaraq «Kolxoz Bayrağı» adı altında nəşr olunmuş, 1969-cu ildən isə «Şuşa» qəzeti adlanmışdır. Qəzet hal-hazırda Bakı şəhərində fəaliyyət gostərir.
«Şuşa» radiosu və «Şuşa» televiziyası Şuşanın işğalı ilə bağlı fəaliyyətlərini dayandırmışlar.

Avtomobil, dəmir yolları haqda məlumat
Rayonun ərazisindən 77 km uzunluğunda III dərəcəli, 34 km uzunluğunda IV dərəcəli yollar keçir.

Şuşanın İşğalından 18 İl KeçirŞuşa Şəhərinin İşğalı

Azərbaycanın Şuşa şəhərinin işğalından 18 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.
1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.
Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.
Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.
Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.
Ümumi sahəsi 29356 hektar olan Şuşanın ərazisi müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklərlə zəngindir. Qafqazın ən iri mineral bulaqlarından sayılan Turşsu və Şırlan məhz bu ərazidə yerləşir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, Şuşada ümumi ehtiyatı 1143 min kubmetr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, 397 min kubmetr kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min kubmetr/gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min kubmetr/gün mineral su yataqları var. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edib. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10301   Tarix: 08 may 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 0
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

14:42 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260