Bığlı-saqqallı qadın: Ən gözəl xanım mənəm

Bığlı-saqqallı qadın: Ən gözəl xanım mənəm"28 il əvvəl oğlum dünyaya gələndən sonra bədənimdə dəyişikliklər başlandı. Üzümdə tüklərin çıxmağa başladığını hiss etdim.Günlərin birində artıq bığ və saqqalım vardı. Çoxları məni eybəcər hesab edir. Amma hesab edirəm ki, ən gözəl xanım mənəm. Hələ belə seksual olmamışdım. Ərə getmək, yenidən ailə qurmaq istəyirəm".

49 yaşlı alman Mariamın üzü tüklüdür. Daha doğrusu, onun bığ və saqqalı var.
Dediyinə görə, 2008-ci ilin avqust ayından bəri saqqal saxlayır.
10 il əvvəl ərindən boşanmış Mariam yenidən sevmək və sevilmək arzusunda olduğunu bildirib.

Britaniyanın İTV telekanalındakı This Morning səhər şosuna qatılmış alman əsilli, İngiltərədə yaşayan Mariam saqqalını anomaliya hesab etmir: "Əksinə, saqqalım çox seksualdır və kişiləri cəlb edir. Böyük, pak, ülvi sevgiyə hazıram".

Proqramın aparıcıları Holli Uilloubi və Filipp Şofildin suallarını cavablayan Mariamın sözlərinə görə, 2008-ci ilin avqustuna qədər hər səhər üzünü qırxırmış.

"Lakin sonra qərara gəldim ki, üzümü qırxmayım, saqqal saxlayım. İnternetdə bloqum da var. Mənə sataşan, təhqir edənlərə əsla fikir vermirəm. Oğlum doğulandan bir qədər sonra üzümün tükləndiyini görəndə ginekoloqa müraciət etdim. O da söylədi ki, narahat olmayım, ana olandan sonra qadınların çoxunda belə sindrom yaşanır", - Mariam deyib.

Doktor Kerol Kuper isə bildirib ki, Mariam ana olandan sonra onun orqanizmində hormonal balans pozulub və üzündəki tüklər sıxlaşmağa başlayıb.

Mariamın sözlərinə görə, 2008-ci ildə işsizdi, depressiyaya qapılmışdı: "Üstəlik, hər gün uzumu qırxırdım və evdən çıxanda dəfələrlə güzgyə baxıb sifətimə "nəzarət" edirdim. Lakin sonra düşündüm ki, tüklərə toxunmayım.

Qoy böyüsünlər. Saqqal və bığlarım çıxdıqca yaşadığım hissləri başqa qadınlarla bölüşməyə qərar vedim. Cəsur deyildim - sadəcə, maraqdı. Bığ və saqqallı vəziyyətdə başıma nələrin gələcəyini bilmək istəyirdim. Amma qorxurdum ki, kimsə mənimlə danışmayacaq, hamı məndən üz döndərəcək. Anam çox narazı qalmışdı. O, insanları şoka salmaq fikrində olduğumu deyirdi".

Mariam indi sirkdə işləyir və "Saqqallı qadın" nömrəsi ilə çıxış edir.

Doktor Kuper bildirir ki, Mariamda hormonal xəstəlik var. Onun orqanizmində kişi hormonları olan adrogenlərin miqdarı artıb və qadınlarda arzuolunmaz tüklərin çoxalması olan girsutizm xəstəliyi başlanıb. Bu xəstəlik qadınlarda yumurtalıqların polikistozu kimi də tanınır.

mənbə: mailonline.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6383   Tarix: 13 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xankəndidə ermənilər yaşayan evdən Zeynəb Xanlarovanın kaseti tapıldı - VİDEO

Baku TV Xankəndi şəhərində vaxtilə ermənilərin yaşadığı evlərdən birində olub. Lentə alınan görüntülərdə evdə müxtəlif videokasetlər aşkarlanıb. Aşkarlanan kasetlərin arasında Xalq artisti Zeynəb Xanlarovanın mahnıları olan kasetin olması diqqət çəkib. Bu da ermənilərin Azərbaycan mədəniyyətinə böyü

23.03.2024 443
.

İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır? - TƏDQİQAT

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır. Bu barədə "PLOS Digital Health Journal" tibbi nəşrində dərc olunan araşdırmada deyilir. Tədqiqatçıları

16.03.2024 886
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 319
.

Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib. "Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. "Batik Air" aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zaman

10.03.2024 696
.

Tarixdə bir ilk: Sadəcə, düşüncənin köməyi ilə sosial şəbəkədə paylaşım etdi

Beyninə çip implantasiya edilən Nolan Arbo düşüncələrdən istifadə edərək "X" sosial şəbəkəsində ilk paylaşımını edib. Bu barədə "Neuralink" neyrotexnoloji şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask özünün sosial şəbəkə hesabından məlumat verib. "Telepathy" (şirkət

23.03.2024 334
.

"Qızıl Moruq 2024" mükafatının qalibləri açıqlandı

ABŞ-də son bir ildə kino sahəsində ən pis nailiyyətləri tanıyan "Qızıl Moruq 2024" mükafatının qalibləri elan edilib. Mükafatların sayına görə lider "ən pis film", "ən pis rejissor", "ən pis ssenari", "ən pis ekran cütlüyü" və "ən pis remeyk, parodiy

10.03.2024 341
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24.03.2024 434
.

Peşələrin özünəməxsus xəstəlikləri: Kim nədən ƏZİYYƏT çəkir?

Hansı peşə ilə məşğuliyyətindən asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stres, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzunmüddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəliklərini

24.03.2024 302
.

Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək? - ARAŞDIRMA

Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. Maraqlıdır, Novruz süfrəsi bu il bi

17.03.2024 681