Prezident naziri döydü (Video)

Prezident naziri döydü (Video)İdman naziri yaxşı işləmədiyi üçün cəzalandırılıb.Çeçenistan prezidenti Ramzan Kadırov rinqə çıxıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Kadırovun rəqibi fiziki hazırlıq və idman naziri Salambek İsmayılov olub. Ramzan Kadırov pis işlədiyi üçün naziri bu yolla "cəzalandırıb".

Belə ki, İdman Nazirliyinin binasının görünüşü Kadırovu qane etməyib. O, "Nə üçün nazirliyin binasının görünüşü köhnədir? İki həftə ərzində burada əsaslı təmir işləri tamamlanmalıdır. Nazir isə bu gün axşamki məşqdə mənim sparinq-tərəfdaşım olacaq, həm də müdafiə şlemi olmadan", deyə, o öz "Instagram" səhifəsində yazıb.

"Görüşdə mən ehtiyatla ona sağdan və soldan başa saldım ki, baş ilə işləmək lazımdır. Nazir öz səhvlərini artıq bu gün axşamdan düzəltməyə başlayıb. Ona görədə, ona müdafiə şlemi geyinməyə icazə verdim. Axı o sabah işə getməlidir".

Hakim rolunda isə Rusiyanın və Çeçenistanın əmək və sosial müdafiə nazirləri Maksim Topilin və Mohmad Axmedov çıxış edib. Ola bilsin ki, növbəti döyüşdə namizəd Axmedov olsun. "Axmedovun rinqdə cəzalandırılıb cəzalandırılmayacağı sabahki iclasdan sonra bəlli olacaq".

Qeyd edək ki, R.Kadırov boks üzrə usta hesab edilir. O, həmdə Boks federasiyasına rəhbərlik edir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3046   Tarix: 23 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740