Xalq artisti Həsənağa Turabovun doğum günüdür

Xalq artisti Həsənağa Turabovun doğum günüdürBu gün Azərbaycanın böyük sənətkarı, xalq artisti Həsənağa Turabovun doğum günüdür.

Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakıda anadan olub.

1956-1960-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda Mehdi Məmmədovun kursunda aktyorluq təhsili alib. İnstitutu bitirdikdən sonra akademik Milli Dram Teatra qəbul edilib. Teatrda və kinoda bir sıra obrazlar yaradan Həsənağa Turabov sənətdəki uğurlarına görə, xalq artisti adına layiq görülüb.

"Şöhrət" ordeni, Avropa Türk Kültür İslam birliyinin qızıl medalı ilə təltif olunub. 15 il Akademik Milli Dram Teatrına rəhbərlik edən Həsənağa Turabov, ömrünün son günlərinə qədər teatr xadimləri ittifaqının sədri olub. Həsənağa Turabov Azərbaycanın səhnə əsərində 50-dən artıq rol oynayıb. Mərhum sənətkar oynadığı Gəray bəy, Qaçaq Nəbi rolları ilə əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır.

Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.

Görkəmli sənətkar 2003-cü il fevralın 23-də uzun sürən ürək çatışmazlığı xəstəliyindən sonra 65 yaşında dünyasını dəyişib.

mənbə: gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1133   Tarix: 24 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 414
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

20.04.2024 445
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14.04.2024 327
.

Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər

Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər. Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır. "Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcı

14.04.2024 332
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 252
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 187
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 402
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 343
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 508