Qənirə Paşayevanı təsirləndirən uşağa böyrək köçürüldü

Qənirə Paşayevanı təsirləndirən uşağa böyrək köçürüldü13 yaşlı Məhəmməd artıq evə buraxılıb.Bir xəbər Qasımovlar ailəsini xeyli sevindirib. Məsələ burasındadır ki, azərbaycanlı həkimlər artıq 50-ci böyrək çatışmazlığından əziyyət çəkən xəstəyə böyrək köçürüblər. Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının ən təcrübəli həkim komandasının zəhməti hesabına 13 yaşlı Məhəmməd Mehdizadə yenidən normal həyatına qayıdıb.

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirdi ki, 2 il 6 ay böyrək çatışmazlığından əziyyət çəkən və dialezlə yaşayan Məhəmmədə böyrək transplantasiya olunub. Ona canlıdan lakoroskopik üsulla böyrək transplantasiya olunub. Həkimin sözlərinə görə, hazırda Məhəmməd Mehdizadənin özünü olduqca gümrah hiss edir. O, artıq evə buraxılır.

Məhəmməd Mehdizadə Yazıçılar İttifaqının üzvü, Prezident təqaüdçüsü Rasət Qasımovun (Piri Soyu) qəyyumluğunda böyüyür. Rəsat Qasımov ANS PRESS-ə bildirdi ki, Məhəmmədin müalicəsi üçün əvvəlcə İrana gediblər, lakin o, əməliyyata hazır olmadığı üçün iranlı həkimlər əməliyyatı həyata keçirməyiblər: "Məhəmmədin anası vəfat edib, atası isə onu tərk edib. Ona görə Məhəmməd üçün donor tapılması məsələsi xeyli çətin idi. Lakin Bakıya gələndən sonra buradakı transplantoloqların əməliyyatı haqda duydum. Məhz bu həkimlərin sayəsində Məhəmməd yenə də normal həyatına geri döndü. Əməliyyat dövlət hesabına baş tutub. Bu işdə bizə yardım edəm hər bir kəsə təşəkkürlərimi bildirirəm".

13 yaşlı Məhəmmədin əməliyyatında Mircəlal Kazımi, Eldar Əhmədov, Fərid Həsənov, Kamran Beydullayev, Ceyhun İsayev, Rəna Əliyeva, Elnur Fərəcov, Şahnaz Cəfərova, Ağakişi Yəhyayev, Qulam Rüstəmzadə, Mayıl Sədiyev, Bəhruz Səlimovdan ibarət peşəkar həkimlərdən ibarət komanda iştirak edib.

Qeyd edək ki, Millət vəkili Qənirə Paşayeva orqanlarının bağışlanması ilə bağlı vəsiyyətnaməsini məhz Məhəmməd Mehdizadənin vəziyyətini öyrənəndən sonra yazıb.

Onun bu qərarı ictimaiyyətdə əsl rezonans doğurmuşdu. Millət vəkili bu barədə xeyli düşündüyünü və qərara gəldiyini açıqlamışdı: "Məsələ barədə ilk növbədə özüm qərara gəlməliydim. Elə ki, qərara gəldiyimi yəqin etdim, nəhayət anamla, bacımla, bir sözlə, ailəmlə açıq söhbət edib, qərarımı onlara da açıqlamağı uyğun gördüm. Onlar üçün belə bir söhbət psixoloji olaraq çətin olsa da, şükürlər olsun ki, qərarımın mahiyyətini (geniş müzakirədən sonra da olsa) anlayışla qarşıladılar. Nəinki anlayışla qarşıladılar, doğru addım atdığımı qəbul etdilər..!"

Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildə Azərbaycan və region Orta Asiya və Qazaxıstan daxil olmaqla, tibb tarixində ilk, həm də canlıdan canlıya qaraciyər transplantasiyası uğurla baş tutub.

2008-ci ildən bu vaxta qədər Mərkəzi Neftçilər Xəstəxanası ümumilikdə 51 böyrək köçürməsi həyata keçiriblər.
36 canlıdan isə qaraciyər transplantasiyası həyata keçirilib. Onlardan 23 kişi (64%), 13-ü isə qadındır (36%). Xəstələrdən ən gəncinin 9, ən yaşlısını isə 64 yaşı var.

Bir xəstəyə canlıdan eyni zamanda 2 fərqli donordan qaraciyər və böyrək transplantasiyası olub.

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirdi ki, xəstələrin 16-sı (45%) Hepatit C, 11-i isə (30%) Hepatit B virusuna yoluxan xəstələrdir.

Azərbaycan Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsinin aparıcı cərrahı, endoskopik cərrahiyyə və diaqnostika şöbəsinin müdiri Eldar Əhmədov bu vaxta qədər əməliyyat üçün 36 donorun qəbul olunduğunu bildirib. Onun sözlərinə görə, donorların 30-u kişi, 6-sı isə qadındır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6160   Tarix: 25 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704